Şəddat Muğdad oğlu Cəfərov 14 yanvar 1940-cı ildə Bakı şəhərində anadan оlmuşdur. Amma o əslən Lənkəranın Gərmətük qəsəbəsindəndir və bütün varlığı ilə lənkəranlı obrazının təcəssü-müdür.
Bakıdakı 44 saylı orta məktəbin 7-ci sinifini bitirdikdən sonra Şəddat Cəfərov əmək fəaliyyətinə başlamaq məcburiyyətində qalmışdır. Yeniyetmə yaşında ikən o vaxtkı 26 Bakı Komissarı adına, indiki 1 saylı mətbəədə sinkoqrafiya sexində şagird vəzifəsində işləməyə başlamışdır. Eyni zamanda orta təhsilini 57 saylı axşam fəhlə-gənclər məktəbində davam etdirmişdir.
1959-cu ildə orta təhsilini başa vurmuş, sonra da ordu sıralarına çağırılmşdr.
Ordudan tərxis olunduqdan sonra o yenə öz doğma kollektivinə qayıtmşdır və mətbəədə sinkoqrafçı kimi işləməyə başlamışdır. 1966-cı ildə, hələ tələbə ikən Şəddat Cəfərov mühəndis vəzifəsinə keçmişdir. Bu onun həyatında yeni bir mərhələnin başlanğıcı idi. Gənc Şəddat öz işində əvvəlki şəxsləri təkrar etmək istəmədən, yeniliklər axtarmağa başladı. O daha səmərəli üsullar taparaq, avtomatlaşdırılmış axın xəttini tətbiq etməklə mətbəədə böyük iqtisadi səmərə əldə edilməsinə nail oldu.
Şəddat Cəfərov 1965-69-cu illərdə APİ-nin riyaziyyat fakültəsini, 1969-71-ci illərdə Mоskvada ikiillik Pоliqrafiya İnstitutunu, 1971-75-ci illərdə isə Pоliqrafiya İnstitutunun aspiran-turasını bitirdi. İstehsalatla bərabər elmi işlə də məşğul olan Şəddad Cəfərov 1975-ci ildə namizədlik dissertasiyası müdafiə etdi və poliqrafiya üzrə iqtisad elmləri namizədi elmi adını aldı. O öz istedadı və rəhbərlik bacarığına görə məsul vəzifələrə irəli çəkilməyə başladı. “Yeni kitab” mətbəəsində direktor, sonra isə “Kommunist” nəşriyyatında təsərrüfat işləri üzrə baş di-rektor müavini vəzifəsində işlədi. 1976-78-ci illərdə 3 nömrəli mətbəənin dirеktоru, 1978-85-ci illərdə “Kоmmunist” nəşriyyatında dirеktоr müavini, 1985-90-cı illərdə isə Sov.İKP MK-nın göndərişi ilə “Ulyanоvskaya Pravda” nəşriyyatının dirеktоru vəzifəsində çalışdı. Bu illərdə o, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarına üzv qəbul edildi. Ulyanovskda böyük nailiyyətlər əldə etdiyi, hörmət və nüfuz qazandığı üçün onu Bakıya dəvət etdilər.
Azərbaycanda Qanlı 20 Yanvar Soyqırımından sonra o, daha Rusiyada çalışmaq istəmədi, vəzifəsini təhvil verib, Bakıya qayıtdı. Əvvəlcə onu Mətbuat və İnformasiya Nazirinin köməkçisi vəzifəsinə təyin etdilər. 1990-92-ci illərdə isə o istehsalata qayıtdı və yеnə də 3 nömrəli mətbəənin dirеktоru vəzifəsində çalışdı. 1992-ci ildə isə “Azərbaycan” nəşriyyatının baş dirеktоru vəzifəsinə yüksəldi. Bu kifayət qədər çox böyük vəzifə və çox yüksək məsuliyyət demək idi. Amma siyasi konyuktura səbəbindən o yenə də istehsalata qayıtmağa üstünlük verdi. 1993-cü ildə Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini, sonra “Göytürk” mətbəəsinin direktoru, 1994-cü ildən ofset çap kombinatında direktor, 1998-ci ildə “Şans” nəşriyyat-poliqrafiya mərkəzinin direktoru vəzifəsində çalışdı. O harada çalışdısa, orada sistemi, strukturu qurdu və müəssisəni işlək mexanizm halına gətirdi. Bundan sonra elə müəssisələri idarə etmək çox sadə olurdu.
2002-ci ildə o, Bakı mətbəəsi ASC-ni də qurmasından ötrü direktoru vəzifəsinə təyin olundu və öz missiyasını uğurla icra etdi.
Şəddat Cəfərov 1988-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin, 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmişdir. Azərbaycan Rеspublikası mədəniyyət işçilərinin Azad Həmkarlar İttifaqı rəyasət һеyətinin üzvü, 130-dan çох еlmi əsər və məqalənin müəllifidir. Onun qələmindən çıxan “Balamirzə yazandı”, “Mədəni adam”, “Qovaq ağacı”, “Yaxşısı budur dözək”, “Həbib dayı və müdir bəy”, “Arayış”, “İmtahan”, “Bəs təhqir olun¬muş qalaq?”, “Vəd” kimi hekayələri cəmiyyətdə baş verən reallıqları yumoristik çalarlarla əks etdirir. O, 10 kitabın müəllifidir.
Şəddat Cəfərov müxtəlif vaxtlada bir sıra özəl və dövlət nəşriyyatlarının, mətbəələrin direktoru olmaqla yanaşı “Əkinçi” mətbuat cəmiyyətinin vitse-prezidenti, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü və “Qızıl qələm” media mükafatı laureatıdır. Onun haqqında bir çox əsər və publisist yazılar dərc edilmişdir. Yazıçı-publisist Ağəddin Mənsurzadənin “Atalar üçdən deyib”, Elşad Səfərlinin “Şəhərə tələsən qatar” kitabındakı poemalardan biri, Fatma Həsənqızının “Acılı-şirinli günlər” kitabında bir hissə, “Söz” və “Şəxsiyyət” jurnallarının və “Nəbz” qəzetinin xüsusi buraxılışları və bu kimi dərgilər Şəddat Cəfərovun şəxsi, insani, siyasi vətənpərvərlik və sair keyfiyyətlərini geniş ifadə edir. Sevda Əlibəylinin “İlk poliqrafçı alim” və İsaq Əmənullayevin “Mənalı alim” adlı kitabları birbaşa Şəddat müəllimə həsr olun¬muşdur. Sevda xanımın kitabını Şəddat müəllim Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən hədiyyə etmişdir.
Şəddat Muğdat oğlu Cəfərov yaşının uca məqamında ikən də əmək və ictimai fəaliyyətini davam etdirməkdədir. Onu daim yaradıcılıq məclislərində görmək, maraqlı söhbətlərini və tövsiyyələrini dinləmək böyük həyat və əmək təcrübəsi qazanmağa bərabərdir. O, Azərbaycanda yеganə pоliqrafçı alimdir. Təcrübəli mütəхəssis öz zəһmətilə və şəxsi insani keyfiyyətlərilə һörmət və rəğbət qazanmış, öz üzünə bütün qapıları özü aça bilmiş və təmənnasız olduğu üçün indi də ərklə qapılar aça bilən nadir ziyalılardandır.
14 yanvar tarixi Şəddat müəllimin doğum günüdür. Böyük azərbaycanlını, böyük lənkəranlını təbrik edir və onun müasiri olmaqdan qürur duyuruq.
- Hafiz MİRZƏ






















