Noyabr düşüncələri… – Cahangir NAMAZOV yazdı

Noyabr düşüncələri… – Cahangir NAMAZOV yazdı

Bu gün otuzuncu noyabr. Payızın son günü.

Ömür də fəsillər kimi keçir…
Mövsümlər hər il yenidən gəlib bir-birinin yerini dəyişər, amma həyat geri qayıtmaz…
Yaşanmış günlər, keçilmiş yollar, hər şey geridə qalır.
Payız da öz hüznü, sükunəti və bütün arzu-sadələrini mənə qoyub gedir kimi…
Yerə tökülən, iztirablı küləklərlə hər tərəfə səpələnən saralmış yarpaqlar mənim düşüncələrim, xəyallarım kimidir…
Nə isə, payız gələndə ruhumda bir qəmginlik qərar tutar, anlaşılmaz bir depressiya içimi bürüyər.
Nə isə, bu fəsil mənə sanki suallar verirmiş kimi hiss edirəm…
Sarıyan ağacların yarpaqları bütün həqiqəti üzə çıxarmağa toplanmış kimi görsənir…
Nə isə, payızda yalnız oluram, ruhən zəifləyirəm.

Tamamilə hər şeydən ürəyim soyur, ölüm qarşısında çarəsiz olduğumu anlayır, təslimiyyət qəbul edirəm.
Baharda mənimlə gəzən insanlar, yayda həyatın ən gözəl günlərini yaşayan dostlar payıza gələndə itir, yox olur…
Bilməyirəm…
Payızda mən anlaşılmaz bir insana çevrilirəm!
Xətalar insanlara dərs olduğu kimi, payız da mənə dünyanın əbədi olmadığını vurğulayır və saralmış yarpaqlarla mənim talehimi göstərir.
Hər il payız gələndə, Mevlana Rumi’nin bu hikmətli sözləri dilimdən düşməz, qəlbimə yerəşər:

Ey könül, ibret al, bax hər tökülən yarpağa,
O da əvvəllər göydən baxırdı
torpağa.

30.11.2024
Cahangir NAMAZOV

(Özbəkistan)

Share: