Məndən sevgi umma – kədər aparıb, Dərinə düşübdür gözlərim dərddən -Aysel FİKRƏT

Məndən sevgi umma – kədər aparıb, Dərinə düşübdür gözlərim dərddən -Aysel FİKRƏT

Məndən sevgi umma 

Məndən sevgi umma – kədər aparıb,
Dənizin dalğası yuyub sahili.
Bu zaman özü də çox dəyişilib,
Yaman dəbə düşüb dövrü cahilin
.
Mən bu zaman üçün bir az gec qaldım,
Ötən zaman üçün tələsdim, amma.
Əvvəllər səni də əbədi sandım,
Sevgisiz qalmağa çalışdım — sanma!
.
Nədən alınmadı, nədən olmadı?
Nədən inanmadı nə istədi nə ?
Elə şübhə gəzdi, bəhanə gəzdi,
Yoluxdu ayrılıq xəstəliyinə.
.
Məndən sevgi umma – kədər aparıb,
Dərinə düşübdür gözlərim dərddən.
Özüm itirməyə aludə idim,
Elə dərd çəkməyə amanabəndəm.
.
Məndən sevgi umma – kədər aparıb…
Özüm öz əlimlə bada vermişəm,
Sevgi qumsalını dənizə verib,
Orda, uzaqlarda ada bilmişəm.

Deyil

Heç ürəyini sıxma,
Sən bilən,kitab deyil.
Bu Allaha ümiddir,
Bəndəyə xitab deyil.
.
Zərrə də ağlamıram,
Zərrə də qınamıram.
Çünki yaxşı bilirəm,
Bəndələr Allah deyil.
.
Nəsə qarışıb nəsə,
Səhvən gedib kiməsə.
Bu məktub kimi ömrüm,
Özümün vallah deyil.
.
Allah da evimizə,
Qonaq qismində gəlmir.
Həmişə mənimlədir.
Həqiqətdir ah deyil.
.
Canımda köz bağlayan,
Bir iki ümidim var.
Hərdən közü tərpənir,
Göz yaşım ahvah deyil

Buludlar dünyaçün

yağış ağlardı

Sevgi istəmişdim mən də bir zaman,
Daşdan dil istəyən o gül çağlardı.
Hələ yerin göyə sözü var idi,
Buludlar dünyaçün yağış ağlardı.
Bir 1 nəfər və su şəkili ola bilər
Qurd hələ quzuyla bir otlayırdı,
Hələ umacağım vardı – düzələr.
Kiminsə gələcək ümidi vardı,
İnci tək xoş günlər sapa düzülər.
.
Sevgi ərşə çıxdı, canı cəhənnəm,
İnsanlıq nə oldu, inam nə oldu?
İndi bundan sonra sevin gəl yaşa?
Hara qədər axı, bu yol nə yoldu?
.
Bir əlsiz, bir qolsuz yaşamaq olur.
Haqsız, ədalətsiz – çətindir, çətin!
Susdurub dünyanı ətalət, nifrət,
Sən də parçasısan bu kor zillətin.
.
Sevgi istəmişdim mən də bir zaman,
Daşdan dil istəyən o gül çağlardı.
Hələ yerin göyə sözü var idi,
Buludlar dünyaçün yağış ağlardı.
****

Əlinin içində
ovulmuş zaman dənələri
ömür qatarının
sonuncu tuneli.
Bu gün burda,
saralmış pəncərələrin
qırıq günəş işığında —
ölmək də olar elə,
kimsə xəbər tutmadan.
Qırmızı kəpənək səndəllərdə ayaqlarının uşaq çağında
qaçdığın yamac
sənə yalandan gülürdü.
İnanmışdın —
ona da, özünə də.
Nə o,
nə də özün
bir gün ağlamadı sənə.
Bir qatar, dəmir yolu və toran şəkili ola bilər
Üzünə gülüb,
sənə yalan danışanların
ən böyüyü torpaq oldu.
Bir-bir doğmalarını uddu.
Bir gün uzanıb
qapqara torpağın üstünə,
qulaq verdin qaranlığa:
Nə qollarını açdığın göy,
nə ayağını möhkəm basdığın yer
yar olmadı sənə.
Hamısı düşmən çıxdı.
İndi —
əlinin içində
ovulmuş zaman dənələri.
Ömür qatarının
sonuncu tuneli.
Bu gün burda,
saralmış pəncərələrin
qırıq günəş işığında —
ölmək də olar elə,
kimsə xəbər tutmadan.
Share: