Müstəmləkəçi təfəkkürlə müstəqillik əqidəsi arasında fərq… – Aydın CAN yazdı

Müstəmləkəçi təfəkkürlə müstəqillik əqidəsi arasında fərq… – Aydın CAN yazdı

Müstəmləkəçi təfəkkürlə müstəqillik əqidəsi arasında fərq budur:

Müstəqil olanda Rusiyaya (İran, ABŞ, Fransa, eləcə də və hətta Türkiyə) xidmət vətənə xəyanət olur, Müstəmləkə olanda “Şöhrət” ordeni, cənab “tolstoyevski”lər (ifadə İbrahim Nebioğlu abimindir).

Hamı, o cümlədən Müzəffər ABK, cənab Prezident də bilirdi kimdir… bu adam! Amma və lakin… Dövləti qorumaq, Siyasi gələnəklər öz şərtlərini diqtə edir. Odur ki Əlahəzrət dəfələrlə təkrar edir: Mən Özüm bilirəm nəyi nə vaxt necə etməyi!
İndi… əsas məsələ odur: ilanın başı əzilib, bəs kərtənkələlər?
Hünəriniz var kərtənkələlərin adını, iş yerini deyin istintaqçılara!
2014-cü ildə efirdən demişəm: 80 min azərbaycanlı oradan maaş alır.
ÜSTƏLİK DƏ… ey cahanşümul analitiklər, ekspertlər, ağlınıza gəlmir ki, “boz kardinal” ətrafında bu hay-küy onçundur ki, artıq Rusiyanın sonrakı dövr üçün “ramizmehdiyev”i görəvə təsdiqlənib?
Çox maraqlıdır ki, yeni rezident də məhz 18 milyon… istəyib iş görmək üçün, amma və lakin… euro nominalı ilə.
Görünür, bilirmiş Ramiz Mehdiyev bu görəv üçün alveri 18 milyon üstündə edibmiş… manatla!
Bəlkə fikirləşəsiniz kimin ad gününə hədiyyədir Ramiz Mehdiyevin rezident vəzifəsindən rəsmən azad olunması?
Mən möhtərəm Prezidentin nələr çəkdiyini gözəl bilirəm – bu xalq hələ də Onu başa düşmək istəmir, elə hey tələb edir, istəyir, umur, küsür Ondan, acıq edir! Görəndə ki, Ramiz Mehdiyev haqqında nələr yazırlar, danışırlar, amma sonrakı gün barədə düşünmürlər!!!
Ramiz Mehdiyev 25 il kadr yerləşdirib e… hər yerə: ağzınızın danışığını bilin. Sizin nə həqiqət çarçısı kimi, nə üzəduran, işverən kimi xidmətlərinizə ehtiyacı yoxdur nə vətənin, nə də istintaq qrupunun. Siz onda Vətənə Xidmət etmiş olarsınız ki… fəaliyyətə başlayan “Ramiz Mehdiyev”i tapıb təqdim edəsiniz! Ona imkan verməyəsiniz SK formalaşdırmağa, bütün sahələrdə kadrlarını yerləşdirməyə, hər şeyi nəzarət altına alıb idarə etməyə və və s.
Qarı-qapı məsələsini aktuallaşdırmayın! “Kərtənkələ”lərin adını çəkməyə cəsarət edin, lütfən
Share: