“Müstəqillik dövrünün ən yaxşı hekayələri”ni “Park” nəşriyyatı dərc etdi

“Müstəqillik dövrünün ən yaxşı hekayələri”ni  “Park” nəşriyyatı dərc etdi

Bədii ədəbiyyatı dəyərləndirən bir neçə gənc “Park” nəşriyyatı yaradıblar. Nəşriyyat bu yaxınlarda “Müstəqillik dövrünün ən yaxşı hekayələri” adlı kitab çap edib. Kitaba 33 müəllifdən 33 hekayə daxil edilib.

Kitabakı 33 hekayədən əksəriyyətini oxudum və böyük zövq aldım. Həmin əsərləri təhlil etmək peşəkar tənqidçilərin işidir. Bir oxucu kimi deyə bilərım ki, Saday Budaqlının “Yağmursuz havalar”ı, Rafiq Tağının “Qatilimə didaktika dərsləri”, Elçin Hüseynbəylinin “Oyun”u, Etimad Başkeçidin “Günəş topla mənim üçün”ü, Fəxri Uğurlunun ‘Məryəmin oğlu”, Mübariz Cəfərlinin “Güzgü”sü, Mübariz Örənin “Qum adası”, Məqsəd Nurun “Məftil arabası”, Pərviz Cəbrayılın “Ağ bayrağ”ı, Şərif Ağayarın “Cəfər əminin yolları”, İlham Əzizin “Elvira”sı, Seymur Baycanın “Qab-qacaq səsi”, Mirmehdi Ağaoğlunun “İşıq”ı, Sərdar Aminin “Atamın əlləri”, Ayxan Ayvazın “Sarı göyərçinlər”i, Ulucay Akifin “Piterə həmişə qar yağır”ı, Orxan Saffarinin “Mərcan xala və polipləri”, Nadir Yalçının “Balıqçılar”ı çox maraqlıdır.
Etibar Cəbrayıloğlu
Share: