Tarixdə çoxlu ölkə başçıları – bəylərbəyi, padşah, şah, kral, imperator, baş katib, prezident adı ilə rəhbər olub!
Onların tam əksəriyyəti üçün tarixdə görəvləri avtobiqrafiya punktunda qalır və ancaq tarixi xronologiyada adları sadalanır! Eyni zamanda, çoxlu ölkə başçıları da olub ki, onlar Tarixdə öz xalqları üçün hansısa adla qalıblar – dövlət banisi, millətçi, faşist, sosialist, kommunist, demokrat, diktator və s. Amma tarixdə məhz SƏRKƏRDƏlər əbədi sevgi və hörmətlə anılır – istər demokrat olsun, istər millətçi və faşist, hətta diktator…
Tarix SƏRKƏRDƏ olaraq Çingizxanı, Əmir Teymuru, Şah İsmayılı, Atatürkü, Çörçilli, Şarl dö Qollu, həm də Stalini tanıyır, qəbul edir, sayğı ilə xatırlayır!
Türk Dövlətlərinin iyirminci yüzillikdə Atatürkdən sonra Tarixdə SƏRKƏRDƏ kimi qalmaq şansı kimsədə olmadı! İyirimibirinci yüzillikdə SƏRKƏRDƏlər çox olacaq – elmin, texnikanın, texnologiyanın sürəkli inkişafı bunu diqtə edir!
Ancaq ən maraqlı məqam odur ki, nə Azərbaycan Dövlət kimi, nə də İlham Əliyev Prezident olaraq, heç üfüqdə qalib dövlət və sərkərdə idimində-obrazında görünmürdülər!
Amma… oldu!
İyiribirinci əsrin SƏRKƏRDƏlər SİYAHISInda ilk imza İlham Əliyevə məxsusdur (Saakaşvili ola bilərdi, artıq uduzub, Zelenski-Putin savaşının qəhrəmanı AB olacaq) – qanlamı, qələmləmi, tuşlamı, flamasterləmi, klaviatura iləmi, ya başqa nəsə iləmi yazdı, fərq etməz! Yazdı!
Özü də nə Özünün, nə də ölkəsinin diapazonu buna imkan vermədiyi halda – təsəvvür edin: Cabbar Qaryağdı, Xan Şuşinski, Bülbül, Lütfiyar İmanov, Rəşid Behbudov, Yavər Kələntərli, Flora Kərimova da xalq artisti adını alır o boyda diapazonla-səslə-nəfəslə, Röya Ayxan da, Əlibaba Məmmədov da, Hacıbaba Hüseynov da öz cıqqılı səsləri ilə xalq artisti olurlar!
İlham Əliyev BÜTÜN DOĞMA VƏ YAD SƏSLƏRİ BATIRDI – təkcə Onun Səsi gəldi, gəlir və belə getsə, gələcək də!
Bu məharət SƏRKƏRDƏ performansı idi!
İlham Əliyev Tarixdə ola bilər prezident kimi nəinki ilk onluğa, heç yüzlüyə düşməsin, amma SƏRKƏRDƏ kimi ikinci bir İlham Əliyev olmayacaq: ikinci bir Həzi Aslanovun, ikinci bir Aydın Canın ola bilməsi mümkün olmadığı kimi!
İlham Əliyevin SƏRKƏRDƏliyinin alternativsizliyi və siyasi dominantlığı BUGÜNKÜ GÜNƏ onunla əyarlanır ki, O, Qarabağı və… Bakını işğaldan azad edib! Bütün Azərbaycanı işğaldan azad etməyinə isə, əminəm ki, az qalıb.
ZƏRURİ QEYD: bütün sərkərdələr ya ölkəsinin işğalda olan bir hissəsini, ya da müəyyən asılılıqdan azad edib!
İlham Əliyev xarici düşmənlərdə olan hissəni də azad (Qarabağı) edib, daxili düşmənlərdə olan hissəni də – Bakını!
Bakı… daha dəhşətli işğalda idi: işğalda olan Bakınin içi – kəndləri, məhəllələri və küçələri belə işğalda idi! Təfsilatı ilə yazmayacam, qısaca deyirəm!
Yoxdur “Sovetski” – İlham Əliyevə sayğıyla təzimlər və gurultulu sürəkli, ardı-arası kəsilməyən alqışlar! AYAQ ÜSTƏ!!!
Yoxdur “Kubinka” – həmən ifadə yenə: İlham Əliyevə sayğıyla təzimlər və gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlar! AYAQ ÜSTƏ!!!
Yoxdur İçərişəhər “ağşalvarlılar”ıyla birgə! – təkrarlamaq lazımdır: İlham Əliyevə sayğıyla təzimlər və gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlar! AYAQ ÜSTƏ!!!
Və yoxdur… “çuşka” leksikonlular!
Və yoxdur… “bakinets narodu”!
Və yoxdur… paytaxtın əyalətə “yoxdur” ağalığı!
İlham Əliyev Bakını beynəlxalq arenaya çıxartdı! Hətta 2003-cü ildə belə, Bakı beynəlxalq ölçülərlə götürəndə plintusdan aşağı bir şəhər idi: paytaxt statusunda!
Azərbaycan da, onun baş kəndi (məhz BAŞ kəndi!) də BMT-də müstəqil dövlət statusunda qeydə alınsa da, dövlətlər ölkəsinin – Yer kürəsinin əyaləti idi!
Azərbaycanın tapdanan, zorlanan, üstünə peşova gedilən namusunu-papağını-torpağını Parad Kostyumunun Furajkası ilə furor edərək özünə qaytaran Kişidir!
İlham Əliyevə sayğıyla təzimlər və gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlar! AYAQ ÜSTƏ!!!
Və həm də Azərbaycanı BÖLGƏ-BÖLGƏ, mərhələ-mərhələ klanlardan-maqnatlardan-oliqarxlardan, korrupsioner məmurların işğalından azad edərək irəliləyir!
Naxçıvan artıq işğaldan azad olunub: 30 il “indi həm xanı var, həm sultanı var” oxuyanlar ordusu “Barı Naxçıvan”ı sifariş verməyi, oxumağı qadağan edirlər, etdirirlər: çünki mahnının mətninin ilkin variantında o sözlər “indi nə xanı var, nə sultanı var!” şəklində idi!
İlham Əliyev Naxçıvanı, Naxçıvanlılığı işğaldan azad etdi, onu məhəlli-regional təfəkkür dominantlığından ALİ MƏQAMa çatdırdı: 1993-cü ildə qiyamın qabağını alan da naxçıvanlılar idi, 2023-cü ildə naxçıvanlıları qaxınc işğalından azad edən də naxçıvanlı İlham Əliyev idi – əslən!
İndi Bakıda “çuşka” sözü səslənməsə də, “ə bə” də səslənmir!
İndi “içerişeerri”ynen “korennoy bakinets”-“bakinets narodu”nun meclisləri axırda Yasamal cayılları ilə Zirə ceyillərinin “razborka”sına çevrilmir!
Day məhləyə qız gətirmək üstündə “məələ uşağı” tində oğlan bıçaqlamır – evini kirayə verən o “qaqaş”ın birbaşa evinə gedir!
İlham Əliyevə sayğıyla təzimlər və gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlar! AYAQ ÜSTƏ!!!
Bitdi Məmməd Əmin Rəsulzadənin “dağlılar” nağılları!
Bitdi Əbülfəz Elçibəyin “millət, vətən, sakarya” nağılları!
Bitdi Ayaz Mütəllibovun “şirvan” nağılları!
Bitdi Əbdürrəhman Vəzirovun “qarabağ” nağılları – əkdirdiyi qozlar tutsaydı, bar versəydi, indi Vəzirovun qozlarını yeməklə muşqulat edəcəkdilər!
İndi nağıl yox, bir reallıq var: Azərbaycanın HƏR QARIŞI, HƏR SAHƏSİ işğaldan azad olunur: mərhələ-mərhələ, bölgə-bölgə!
Naxçıvan, Gəncə, külli-Qarabağ, şəhri-Baku… artıq azaddır!
Bu gün işğaldan azad olunmuş ərazilərin sahibi-mütləqi İlham Əliyevdir – idarə etmək şahlığı Onun halal haqqıdır!
Yaşamaq istəyən ANLAMALIDIR və deməlidir: “Mən İlham Əliyevin dostuyam!” – necə ki, Amerikada don Karleone tələb edirdi (“Xaç Atası”: o mühacir italyan (ingilis, ispan, fransız) hardasa deyibmi don Karleone mənim dostumdur?)!
İlham Əliyev Onun dostu olmaq üçün HEÇ NƏ tələb eləmir – demir mənim üçün gülləyə get, müxalifəti söy, ermənilərlə vuruş, Rusiyanı-İranı dağıt! İlham Əliyevə bəs edir ki… sən, Azərbaycan vətəndaşı, Azərbaycanda və ya dünyanın harasında olursan ol, əgər deyirsənsə ki, mən İlham Əliyevin dostuyam, Mən səni qoruyaram, qızını zorlasalar, arvadını aparsalar, malını yesələr, pulunu atsalar, bil ki, haqqın yerdə qalmaz, qanın batmaz, namus ləkəsi ilə yaşamazsan! Yetər ki, sən deyəsən: “İlham Əliyev mənim dostumdur”!
Bu qədər asan və rahat, mükəlləfiyyətsiz və təmənnasız bir dostluq lüksü!
Təəssüf ki… demirəm, hərənin ağlı özünə bəs edir və bəzən də hətta lap çox gəlir özünə! Kim də nə edir, özünə edir!
İlham Əliyevin SƏRKƏRDƏliyinin daha bir dominantlığı var: dünyada heç Atatürk rəhbər, dünyanın yeddi müdriki filosof, Avropa dahiləri maarifçi olmaqla, mənsub olduqları xalqları belə tərbiyələndirib, maarifləndirib, saflaşdırmayıblar.
İlham Əliyev o təməli qoyub!
Nəyin təməlini və nədən ibarətdir o təməl?
Ən tezi 15, ən geci 30 ilə… Azərbaycanda TOXUMLUQ, NÜMUNƏ üçün EKSPONAT KİMİ də olsa, bir qəhbə, bir oğraş, bir yaltaq, bir dələduz, bir oğru, bir yalançı qalmayacaq, tapılmayacaq, ələ gəlməyəcək.
Vaxtilə “kubinka”da defisit mallar – pal-paltar, xarici siqaret, plaş, kurtka, narkotik əldə edilən kimi, bir qəhbənin, bir oğraşın, bir yaltağın, bir dələduzun, bir oğrunun, bir yalançının ələ gətirilməsi üçün “kubinka” olmayacaq!
Çünki İlham Əliyev bu 22 ildə onların hamısını gözdən saldı! Elə gözdən saldı ki, xalq eləsini siləcək, genosidə məruz qoyacaq! Nəslikəsilmişlərdən olacaq! Azərbaycan xalqının eşitmək istədiyi lükslərdən biri olacaq, tamarzı qalacaq qəhbə, oğraş, işverən, üzəduran, yalançı, dələduz sözlərini eşitsin, nəinki elələrini görsün… 15-30 il sonra!
Lifçiyində, vaginasında, anusunda seçki bülleteni daşıyan müəllimlərin, həkimlərin heç qəbrini tapmazlar ki, ziyarətə getsinlər… Oskar Uayldın qəbrini ziyarət kimi!
Bu gün ELƏ müəllimələr, həkimlər, icra nümayəndələri, dsk, msk, ksk təmsilçiləri fəxrlə deyirlər e, mən seçkidə səs vermişəm, YAP yarananda ilk üzvlərdən olmuşam, dayaq dəstəsini kənddə yaratmışam – bax, onları NASA heç kosmik radarlarla yaxalaya bilməz!
Necə ki, bir vaxtlar beynimizi eşirdilər e o kolxozçu deputatlar, mexanizator, sağıcı bacılar, fəxrlə də səfər xatirələrini danışırdılar e burdan Moskvayacan qatarda raykom onlara necə şeirdən-bayemadan oxuyub, onlar da necə “kultivasiya” ediblər, “sağıcılıq” məharətlərini göstəriblər! Hanı indi o şəninə mahnılar qoşulan sağıcı, mexanizator, pambıqçı bacılar, əm(m)ək qəhhhh…rəmanları!?
Bugünkü seçki qəhrəmanları, üzəduran, işverən, dələduz, yalançı… siyasi “lider”lər, bloggerlər, mühacir canfədailər olmayacaq!
İlham Əliyev MÖHTƏŞƏMCƏSİNƏ GÖZDƏN SALDI hamısını – Allah Lut qövmünü gözdən saldığı kimi!
Əmin olun və sadəcə, 15 il daha “Mən İlham Əliyevin dostuyam” deməklə davam edin yaşama!
Bir türk filmi var e, iki qadın bir-birini acılayır, biri o birinə qayıdır ki, “popomu ye!”, o birisi də qayıdır ki, yeərdim ya, ama həkimim yağsız ət yeməyi tərcih edib!
İlham Əliyev bu yağlanan-sazlanan kontingentin hamısını yedirdəcək… türmə odalarına!
Və İlham Əliyevə rəğbətimin tam özgür bir tərəfi daha var: həddən artıq humanist davranır! Tam bir Tanrı kimi – səbrlə!
Mir Şahindən yazdığım yazıda yazmışdım Nuh peyğəmbərin Tanrıdan istəyi barədə!
Həmin məqamdır yenə də: bu xalq elə hey istəyir ki, İlham Əliyev neyləyirsə tez eləsin, çünki bu xalqın özünün gələcəyinə inamı yoxdur, özünü tanıyır deyə, elə bilir ki, o gələn sabahı görməyə bilər!
Amma bilmir ki, İlham Əliyev özünün də, ölkəsinin də, xalqının da sabahını gözəl bilir! Sanki əliylə qoyubmuş kimi!
Bir dəfə bu qənaətimi yazmışam: əgər bir xalqın əxlaqını bilmək istəyirsənsə, onun türməsində ol və yollarında maşın sür!
Həm türməsində olan, həm də yollarında maşın sürən biri kimi deyirəm: İlham Əliyev bu xalqa Tanrının hədiyyəsidir!
Məndən qabaqkı müdriklərdən biri isə deyib ki, bir xalqla tanış olmaq istəyirsənsə, onun bazarına və qəbristanlığına get!
Bu deyimə də əməl etmişəm, az qala ölkənin bütün qəbristanlıqlarında və bazarlarında olmuşam: şairinin qəbir yerini satan ölkədəyik! Bazarında dırnağını göstərib “mayası budur” deyənləri də hər piştaxta dalında! Manatı öpüb möhür yerinə qoyub səcdəyə gedənləri də bəs qədər – müəllimim demiş!
İlham Əliyev bu xalqa Tanrının hədiyyəsidir!
Amma mənim demək istədiyim bunlarla bitmir: İlham Əliyev, Musa Nağıyevin oğlu kimi, “çox bədxərclik edir”: bu ölkədə Onun uğurlu daxili və xarici siyasətinin, cahanşümul iqtisadi uğurlarının, sosialyönümlü layihələrinin təbliğinə o qədər çox pul ayırır ki, o qədər çox adama bunu etibar edir ki…
Yox, əstəğfürullah, mən də bəziləri kimi, o iddiada deyiləm ki, onlara verməyin, hamısına verdiyinizi tək mənə verin, hamısının öhdəsindən tək gələrəm, sonra da bacarmayanda, “atdığımı” başa düşəndə, məni içəri qoyub, xərçəngə tutulandan sonra azadlığa çıxmaq fikrim yoxdur!
Əsla və qətiyyən!
DEMƏYİM O Kİ: Bir dəfə Qədir Rüstəmovdan soruşdular ki, bu təzə oxuyanlar haqqında nə deyə bilərsiniz, ha çalışdı nəsə deməsin, dirəşdilər, qayıtdı ki, nə deyim, vallah, oxuyurlar da, amma çox əziyyət çəkirlər e!
Bəli, indi bu məddahlarmı deyək, vəsfkarlarmı deyək, təbliğat-təşviqat agitatorlarımı deyək, hər nə isə, o dəstə çox əziyyət çəkir, amma və lakin… əsas sözü-fikri demirlər!
Nədir o əsas söz və fikir?
Uzun müddət bir neçə dələduzla – vətəndaşlara xüsusilə külli miqdarda pul atanlarla uğraşdım. Nəhayət ki, bunları əyalətdən ta paytaxtın dələduzluqla mübarizə idarəsinəcən dartıb gətirdim! Birinci, ikinci, üçüncü dərəcəli ədliyyə müşavirlərinin hüzurunacan çıxan bu adamlar məlum idarəni tərk edən kimi, qurşaqlarını göstərib üzümə dedilər: “yedilər!? yedin!?”
Əgər bir ölkədə bir dələduz birinci, ikinci, üçüncü dərəcəli ədliyyə müşaviri ilə görüşdən çıxıb onun və sənin nə “yediyini” publik dilə gətirirsə, onda uzun-uzadı, ardıcıl və fasiləsiz təbliğata, külli miqdarda vəsait sərfinə və xüsusilə böyük bir təbliğat ordusu yaratmağa nə ehtiyac var?
Elə, sadəcə, birdəfəlik bir nəfər müxbirin diliylə demək olar da o “ay qan üstündə gedəcəklər, ay diktatura qurublar, ay korrupsiya baş alıb gedir, ay bu zülmü onlara və dəstəsinə çəkdirərik” deyənlərə: “Siz İlham Əliyevin (qurşağına işarə edərək) …. yeyərsiniz!”
Müzəffər ABK, cənab Prezident, SƏRKƏRDƏ İlham Əliyevin qarşıladığı 65 yaşda özünü O-nun həqiqi tərəfdarı sayan, təbliğatçıları hesab edən, guya da üzdə ona sui-qəsd olsa, özünü güllə qabağına atacaq birinci şəxs sayan, Onun uğrunda ölümə, sosiska kimi 10 dəqiqəyə yox, pioner kimi həmişə hazır olan sadiq silahdaşlara CƏSARƏTLİ SÖZÜ-FİKRİ hədiyyə edirəm!
Yalnız o halda inanaram ki, SƏRKƏRDƏ İlham Əliyevi qoruyan ordu var!
Yoxsa ki, hamı bilir də İlham Əliyev qoruyur hamını – vətəni də, dövləti də, şəhid ailəsini də, korrupsioner naziri də, ortada hər yeri açıq görünən müğənnini də, bu vətən üçün ölməyə hazır olan əsgəri də!
Təbrik edirəm Sizi, SƏRKƏRDƏ – 65 yaşınızın tamamında ÖLKƏNİZİ TAM İŞĞALDAN AZAD ETMƏYİNİZƏ ŞAHİDLİK ARZUSUYLA!
ÇÜNKİ bu ölkədə elə qruplar var ki:
“Sprut” serialında bir ifadə səslənir komissar Kattaninin dilindən. Dəhşət saçan fikirdir: “Amerikanskaya prokuratura kruçe sitsiliyskiy mafii!”
Bəli, Azərbaycanda elə dövlət orqanları var ki, onlar Azərbaycan vətəndaşları ilə erməni, rus, gürcü, fars əsirliyində türk qızları ilə davranılan iyrənclikdən daha dəhşətli şəkildə davranırlar!
Onlar heç kimdən, hətta İlham Əliyevdən qorxmadıqlarını nümayiş etdirirlər!
Onlar, el arasında deyildiyi kimi, Paşayevləri belə şantaj etmək cəsarətindədirlər!
Onlar əzələ nümayiş etdirirlər: “Azərbaycanda Allah bizdən qorxur!”
SON: Sadəcə, 65 yaşın gəlişinə 6,5 cümlə siyasi cəhətdən korrekt, ədəbi cəhətdən mükəmməl, etik cəhətdən estetik, əxlaqi baxımdan ədəbli bir təbrik mətni yaza bilərdim!
ELƏ yazmadım ona görə ki, bilək, anlayaq, başa düşək: “Hannibale ante portas”
YEGANƏ ÇIXIŞ YOLU: “Mən İlham Əliyevin dostuyam!”
SƏBƏB: Bu ölkədə elə dövlət orqanları, elə siyasi liderlər, elə bloggerlər, vloggerlər, elə jurnalistika, elə ədəbiyyat təmsilçiləri var ki, nəinki sıravi vətəndaşın, hətta Qarabağı düşməndən tam azad edən, Rusiyanın hikkəsinə-hədəsinə baxmayaraq, Cənubi Qafqazda söz sahibinə çevirən İlham Əliyevin özü və həyatı təhlükədədir!
SƏRKƏRDƏ siyahısını Çingizxanın adıyla başlamışdım, elə onun sözüylə də bitirirəm öz SƏRKƏRDƏmizi təbriki: “Vaxt gələcək mənim qövmüm ən yaxşı atları minib, ən yaxşı ətləri yeyəcək, ən gözəl qadınların pəmbə dodaqlarını öpəcək, amma bunu kimə borclu olduğunu unudacaq!”
İlham Əliyevə nəinki borclu olmayanlar, hətta borclu olanlar artıq İlham Əliyevə minnətdar olmağı yadırğayıblar!
Əgər o fəxri adlar, medallar-meTallar, evlər-odalar, pullar-paralar ayrılmasa, heç “uğurlu daxili, xarici siyasət, sosialyönümlü layihələr, cahanşümul iqtisadiyyat” ifadələri də səslənməz!
p.s. Ömrümün elə çağı, ağlımın elə vədəsidir ki, Tanrının ezamiyyətinin tezliklə bitməsini arzulayıram: ən başlıca səbəbi də bu ki, Azərbaycan müstəqil olanda, müstəqilliyini qoruyanacan köç edim! Ömrün yarısını müstəmləkə Azərbaycanda yaşamışam. Müstəilliyin bərqərar olduğu müddətcə (baxmayaraq ki, hələ işğal altında olan məhəllə, küçə, kənd, rayon var) səfərimin bitməsini arzulayıram!
Bunun üçün minnətdarlıq etməyə İlham Əliyev var! 65 yaşınacan, ən azından, ad gününün tam səmimiyyətlə və təmənnasız təbrikini haqq edən SƏRKƏRDƏ!
Aydın CAN
















