
Millət vəkili Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə rayonun Meysəri kəndində səyyar qəbul keçiriblər.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Meysəri kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı sakinlər tərəfindən zəlzələdən ziyan çəkmiş evlərin təmiri, elektrik enerjisi infrastrukturunun yenilənməsi və fərdi məsələlərlə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.



