AÇIQ MƏKTUB…
Hörmətli Bəhruz müəllim ,
Bir müddət öncə Facebook səhifəmdə foto və videomateriallarla Sabirabad rayon Uşaq – Gənclər iİdman – Şahmat Məktəbində aparılan əsaslı təmir işlərinin keyfiyyətsiz və bərbad vəziyyətdə olduğunu ictimayətin diqqətinə çatdırmışdım. Təəssüf ki , bu gün məktəbə yenidən baş çəkərkən gördüklərim məni dəhşətə gətirdi.
Yağan yağış nəticəsində otaqlara su axır , döşəmələrdə divar və tavanlarda açıq aşkar qüsurlar görünməkdədir. “Əsaslı Təmir” adı altında görülən işlər ən ucuz və keyfiyyətsiz materiallardan , peşəkarlıqdan uzaq ustalar tərəfindən icra olunub. Bu vəziyyət təmir deyil , açıq şəkildə dövlət vəsaitinin səmərəsiz və məsuliyyətsiz xərclənməsidir.
Məlumat üçün bildirirəm ki obyekt Mil Muğan Təhsil idarəsi tərəfindən Tikinti MMC dən rəsmi qaydada təhvil – təslim edilib. Bu isə sualları daha da artırır:
1. Bu təmir işləri hansı texniki nəzarət əsasında qəbul edilib?
2. Qəbul komisiyası bu vəziyyəti görməyib yoxsa görüb susub?
3. Dövlət büdcəsindən ayrılan vəsaitin keyfiyyətsiz işlərə kim cavabdehdir?
Burada söhbət sadəcə divar və döşəmələrdən getmir. Söhbət uşaqların təhsil və inkişaf aldığı bir müəssisədən , ictimai əmlakdan və dövlət vəsaitinə münasibətdən gedir.
Cənab direktor ,
ictimayət Sizdən açıq və şəffaf mövqe , bu məsələ ilə bağlı araşdırma aparılmasını , təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və qısa zamanda qüsurların aradan qaldırılmasını gözləyir.
Bu məsələ nə şəxsi nə də siyasi xarakter daşıyır. Bu , vətəndaş mövqeyi və ictimayi nəzarət hüququdur. Sükut bu cür halların davam etməsinə xidmət edir.
Ümüd edirəm ki , bu acıq məktub cavabsız qalmayacaq və konkret addımlar atılacaq.
P.S. Məsələ cox ciddidir. Bu işdə Cinayət məcəlləsinin 179 – cu maddəsi mənimsəmə və israfçılıq , CM – 308 maddə vəzifə səlahiyyətlərindən su istifadə , CM -313 maddə vəzifə saxtakarlığı əlamətlərinin olduğu açıq şəkildə göründüyündən Məhkəmə, Prokurorluq predmeti olması qaçılmazdır.

Hörmətlə : Elman Əliyev.
Sabirabad rayonu.
18. 12. 2025.















