Mətbuatdan məlum olduğu kimi Dövlət Təhlükəsizliyi Xidməti “Ramiz Mehdiyev işi” ilə bağlı yeni detalları açıqlayıb.
Müstəqil.Az Bakupost.az-a istinadla xəbər verir ki, yeni görüntülərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının AXCP sədri Əli Kərimlinin əleyhinə etirafları, onun göstərişi ilə təxribata cəhd etmələrini deməsi əksini tapıb.
Fuad Qəhrəmanlı bununla bağlı sosial şəbəkə hesabında açıqlama yaymış və açıqlamada etirafları iynənin təsiri altında, həmçinin zorlama təhdidi ilə etdiyini iddia etmişdi. Eyni zamanda bildirmişdi ki, guya ona iri hərflərlə mətn yazıb, kənarda durub, oxumasını tələb edirlər.
Ancaq suallar yaranmışdı: Fuad Qəhrəmanlıya iynə vurulubsa və iynənin təsiri ilə bu sözləri deyirsə, onda zorlama təhdidi nəyə lazımdır? Mətn yazılıbsa və kənarda onu oxuyursa, niyə başını çevirir, müstəntiqə baxır və o qədər sürətlə danışa bilir? O danışıq mətn oxumaq təəssüratı qətiyyən yaratmır.
Həmçinin zorakılığa məruz qaldığı halda azadlığa çıxdıqdan sonra niyə açıqlama verib, ondan partiya sədrinə qarşı izahatlar alındığını deməyib? Məsələni niyə ictimailəşdirməmişdi?
Fuad Qəhrəmanlının sosial şəbəkə hesabında açıqlaması onun partiyadaşlarını da inandırmamışdı.
Sözügedən məsələ ilə bağlı Meydan TV Fuad Qəhrəmanlıya efir haqqı tanıyıb və aparıcı Aytən Mürsəlova sözügedən sualları açıq şəkildə qarşı tərəfə ünvanlayaraq, cavab almağa çalışıb.
A.Mürsəlovanın suallarına verdiyi cavabdan aydın olur ki:
– F.Qəhrəmanlı bu etirafları ilə bağlı indiyədək heç yerdə danışmayıb, məsələni ictimailəşdirməyib və hətta bununla bağlı partiyasının sədri Əli Kərimli ilə təkbətək söhbətində də məlumat verməyib. Əli Kərimliyə deməyib ki, sənin əleyhinə ifadə vermişəm;
– F.Qəhrəmanlı pul almaq məsələsinə aydınlıq gətirməyə çalışarkən, əvvəlcə, hadisənin 18 il əvvəl olmasına diqqət çəkib, “yadında qalmaması” istiqamətində inkişaf etdirir, daha sonra isə konkret məqama – statusunda qeyd etdiyi Həsən Kərimovun yaxşılıq etdiyi iş adamının “mənəvi öhdəlik” məsələsinə gətirir. Amma statusunda həmin şəxsin bunu çəkiliş üçün etdiyini xatırlatsa da, yenə “həmin adamın” adını çəkmir, buna baxmayaraq, vəsaitin çox az olduğunu xatırlayır;
– Aparıcının təkidi qarşısında pul aldığı yerin ofis olduğunu da bildirir, yəni yaddaşı ilə hər şey yadındadır;
– Statusunda iri hərflərlə yazılan mətni oxuduğunu iddia etmişdi. Ancaq mətni oxumaqla onun sərbəst, sürətli ifadə verməsi və başını o tərəf-bu tərəfə çevirməsi arasında əlaqə olmadığı haqda ictimai reaksiyadan sonra Meydan TV-yə müsahibəsində mətni əvvəlcədən oxuduğunu, “mənimsədiyini” deməyə çalışır. Halbuki həkim iynə vurandan sonra beyninin dumanlandığını da bildirir. Beyin dumanlanır, heç nə xatırlamır, ancaq mətni dəqiq yadda saxlayır və çox səlis, aydın ifadə edir və s.
Müəyyən populist çıxış və aqressiv reaksiya üçün ona yaradılan siyasi ton istisna olmaqla, Fuad Qəhrəmanlını Meydan TV əslində ifşa edib.
Asena,
BakuPost
Şərhlər















.jpg)




