Mbappe pentatrik edən ilk oyunçu oldu

Mbappe pentatrik edən ilk oyunçu oldu

Kilian Mbappe pentatrik edən ilk “PSJ” oyunçusu olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “PSJ”nin hücumçusu Mbappe Fransa Kubokunun 1/16 final mərhələsində ölkənin altıncı divizionunda çıxış edən “Pei de Kassel”lə qarşılaşmada 5 qol vurub. 

Matç 7:0 – parislilərin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “PSJ” Fransa kubokunun 1/8 finalına yüksəlib və paytaxt təmsilçisi “Marsel”lə qarşılaşacaq.


Share: