Maştağa Xəstəxanası tərəfindən növbəti sosial aksiya

Maştağa Xəstəxanası tərəfindən növbəti sosial aksiya
Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Maştağa Xəstəxanası tərəfindən növbəti sosial aksiya uğurla həyata keçirilib.
Bir bir və ya daha çox şəxs və xəstəxana şəkili ola bilər
Aksiya çərçivəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində sünnət əməliyyatları təşkil olunub. Tədbirdə Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, cərrahi işlər üzrə direktor müavini Kamil Hacıyev, inzibati işlər üzrə direktor müavini Rəşad Veysov, eləcə də Maştağa Xəstəxanasının baş həkimi, direktor müavini Namiq Nəbiyev iştirak ediblər.
Sünnət aksiyası Bakı şəhəri 1 nömrəli ümumtəhsil internat məktəbi-nin aztəminatlı ailələrdən olan 6–8 yaş aralığında 10 azyaşlı sakini üçün nəzərdə tutulub. Əməliyyatlardan əvvəl uşaqlar həkim müayinəsindən keçirilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və prosedur tibbi göstərişlərə uyğun şəkildə icra olunub.
Bir bir və ya daha çox şəxs, xəstəxana və mətn şəkili ola bilər
Cərrahi müdaxilələr Maştağa Xəstəxanasının təcrübəli həkim-cərrahları – Ənvər Qurbanov, Elman Salamov və Səadət Ömərova tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.
Sabunçu Tibb Mərkəzinin direktoru N. Bəşirova çıxışında bildirib ki, belə humanitar aksiyaların əsas məqsədi sosial həssas təbəqəyə dəstək olmaq, uşaqların sağlamlığının qorunmasına töhfə vermək və cəmiyyətə faydalı təşəbbüsləri davamlı şəkildə həyata keçirməkdir.
Bir dərs, xəstəxana və bunu deyən yazı "ਪਥ MIED" şəkili ola bilər
Aksiyanın sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, valideynlərə isə tibbi tövsiyələr verilib.
Sabunçu Tibb Mərkəzi tərəfindən sosial yönümlü layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Share: