Masallıda fərdi yaşayış evində yanğın olub

Masallıda fərdi yaşayış evində yanğın olub

Masallıda fərdi yaşayış evində yanğın olub

Masallıda yanğın olub.

– nın cənub bürosunun verdiyi xəbərə görə yanğın hadisəsi Masallı şəhərində 1986-cı il təvəllüdlü Maya Məhəmməd qızı Ağayeva məxsus evdə qeydə alınıb. Ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

İlkin məlumatda bildirilir ki, evin yanmasına səbəb odun sobasının alışmasıdır.

Qeyd edək ki, hazırda ana və 4 azyaşlı uşağın yaşadığı ev yaşayış üçün yararsız vəziyyətdədir. Ailə üzvləri müvəqqəti olaraq yaxın qohumlarının evinə yerləşiblər.
Faktla bağlı araşdırma aparılır.

Share: