Martın 10-u Əli HƏSƏNOVUN doğum günüdür…

Martın 10-u Əli HƏSƏNOVUN doğum günüdür…

Əli Həsənov- 66

Boynumda heç bir haqqı yoxdur. Vəzifədə çalışdığı vaxtlarda nə dövlətdən ev almışam, nə fəxri ad, nə vəzifə, nə də ki, medal. Amma yaxşı bilirəm ki, onunla bir dəqiqə söhbət etməkdən ötrü sinov gedənlər çox olub. Onun diqqətində olmaq üçün min bir oyundan çıxanlardan da xəbərim var…

Bizdə adətdir, nə qədər ki vəzifədəsən şəninə tərif söyləyənlər çox olur, elə ki vəzifədən getdin, hamı sənə asi kəsilir. Yaxşı deyiblər, gərək adamın çörəyinin duzu olsun. Elədir, duz-çörəyi, boynundakı haqqı unudan adamlar tülkü kimi riyakar olurlar. Bu gün aramızda gəzib dolaşan, yüzlərlə mətbuat işçisinin, qələm adamının ona mənəvi borcu var…
Görəsən, bu gün onun xeyirxahılıqlarını dilə gətirməkdən qorxan bəzi adamlar vicdanları qarşısında utanırlarmı?..
Bəli, Əli Həsənov Ulu Öndərin etibarını qazanan, etimadını doğruldan, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edən məsləkdaşlarından biri olub…
Martın 10-nu Əli müəllimin 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
…Yeri gəlmişkən, “Qanlı zəmi” filmində bir gözəl epizod var- Səlim bəy Qaçaq Nəbini həbs edərkən İbişə göstəriş verir ki, Nəbinin qollarına qandalı özü vursun. Nəbi ona elə acıqlı baxır ki, İbiş qorxusundan yerində donub qalır. Bu vaxt Səlim bəy atdan düşüb qandalı ondan alır və ibrətamiz bir söz deyir: “Haqlısan Nəbi, düşmən də olsaq haqlısan. Kişinin qoluna qandalı da gərək kişi vursun.” Bu gün ona ağız büzənləri görəndə, nədənsə bu epizod yadıma düşür…
Hörmətlə, Elman Eldaroğlu
Share: