Azərbaycan ədəbiyyatının tanınmışnümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illikyubileyi münasibətilə Azərbaycan Milli ElmlərAkademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib.
AMEA Nizami Gəncəviadına Ədəbiyyat İnstitutu ilə birgə keçirilən tədbirkitabxananın Şuşa zalında təşkil olunub. TədbirdəAzərbaycan ədəbiyyatı və elm ictimaiyyətininnümayəndələri, oxucular, eləcə də kütləvi informasiyavasitələrinin təmsilçiləri iştirak ediblər. Görüşçərçivəsində müəllifin müxtəlif illərdə nəşr olunmuşkitablarından ibarət sərgi də təşkil olunub. yubilyarınhəyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarxnümayiş etdirilib.
Görüşdə çıxış edən Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Xalq şairi Sabir Rüstəmxanlı, MEK-in direktorutexnika elmləri doktoru Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrədirektor müavini, filologiya elmləri doktoru MehmanHəsənli, filologiya üzrə fəlsəfə doktoru, ədəbi tənqidçiNərgiz Cabbarlı, MEK-in Rəqəmsallaşma, innovasiyavə elektron xidmətlər üzrə direktor müavini, tarix üzrəfəlsəfə doktoru Oruc Quliyev yazıçının zənginyaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyitöhfələr və əsərlərində əks olunan humanizm, realizmvə dərin fəlsəfi-psixoloji təhlillər barədə fikirlərinibölüşüblər.
Qeyd olunub ki, Seyran Səxavətin əsərləri müasirAzərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığında insan taleyi, mənəvi dəyərlər, cəmiyyət və zamanın çağırışları bədii şəkildə olmaqlayanaşı, axıcı dillə əksini tapır və bu xüsusiyyətlər onunəsərlərinə geniş oxucu marağı qazandırır. Bildirilib ki, müəllifin əsərləri uzun illərdir həm oxucuların, həm dəədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən yubilyar Seyran Səxavətoxucularla görüşdən məmnunluğunu ifadə edərəkyaradıcılıq fəaliyyəti, qələmə aldığı əsərlərin ideyaməzmunu və ədəbiyyatın cəmiyyətdəki rolu barədəfikirlərini bölüşüb. Yazıçı, həmçinin oxucularla səmimisöhbət aparıb, onların suallarını cavablandırıb vəyaradıcılıq planlarından danışıb.
MEK əməkdaşı Pərvanə Bayramqızınınmoderatorluğu ilə keçirilən tədbirin sonundaiştirakçılar Seyran Səxavəti 80 illik yubileyimünasibətilə təbrik edib, ona möhkəm cansağlığı vəyeni yaradıcılıq uğurları arzulayıblar.




















_(1).jpg)
