Lənkəranın fədakar el anası – Dilrubə Camalova- Leyla Məcidova yazır…

Lənkəranın fədakar el anası – Dilrubə Camalova- Leyla Məcidova yazır…

 

Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş qadınlardan biri də Dilrubə Camalova olmuşdur. O, təkcə dövlət xadimi kimi deyil, həm də xalqın yaddaşında fədakar, prinsipial və cəsarətli bir el anası kimi qalmışdır.
Dilrubə Cəbrayıl qızı Camalova 7 yanvar 1938-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran onun həyatının və fəaliyyətinin mərkəzi olmuş, taleyi bu diyarla sıx bağlı olmuşdur.
Əmək fəaliyyətinə müəllim kimi başlayan Dilrubə xanım uzun illər təhsil sahəsində çalışmış, daha sonra isə rəhbər vəzifələrə irəli çəkilmişdir.
O, Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri, daha sonra isə şəhər partiya komitəsinin rəhbər vəzifələrində çalışaraq idarəçilik bacarığını sübut etmişdir.
1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi kimi fəaliyyət göstərən Dilrubə Camalova həmin dövrdə bölgədə ictimai-siyasi sabitliyin qorunmasında mühüm rol oynamışdır. 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru
Azərbaycan müstəqillik əldə etdikdən sonra o, 1993-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Bu vəzifəni 2000-ci ilə qədər icra edən Camalova müstəqil Azərbaycanın ilk qadın icra başçılarından biri olmuşdur.
Dilrubə Camalovaya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi hörməti vardı, onun dövlətinə bəslədiyi sədaqət, etibar, onların dosluq münasibətlərini daha da gücləndirmişdi. Bu münasibətlər qarşılıqlı etimada əsaslanırdı.
1990-cı illərin mürəkkəb və çətin dövründə onun rəhbər vəzifəyə gətirilməsi də məhz bu etimadın nəticəsi idi. Çünki həmin illər ölkədə siyasi gərginlik, iqtisadi çətinliklər və regional qarşıdurmalarla yadda qalırdı.
90-cı illərdə Lənkəranın xilaskarına çevrilmiş bu ər qeyrətli qadın, demək olar ki , hər sahədə özünü doğrultmuşdu.
1990-cı illər Azərbaycanın ən ağır dövrlərindən biri idi. Xüsusilə regionlarda sabitliyin qorunması ciddi problemlərlə müşayiət olunurdu. Lənkəranda da müxtəlif qarşıdurmalar, separatçı meyllər və sosial gərginlik müşahidə edilirdi.
Bu mürəkkəb şəraitdə Dilrubə Camalova:
bölgədə ictimai sabitliyin qorunmasına nail oldu o, qanunsuz silahlı qrupların qarşısının alınmasında prinsipial mövqe sərgilədi
əhalinin təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atdı,regionda dövlətçiliyin möhkəmlənməsinə xidmət etdi.
O,hətta qondarma “Talış-Muğan Respublikası” cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirərək dövlətçiliyin qorunmasında mühüm rol oynamışdır.
Bu səbəbdən xalq arasında o, “Lənkəranın qoruyucu anası” kimi tanınırdı.
İnsanlıq və liderlik keyfiyyətləri
Dilrubə Camalova yalnız idarəçi deyildi. Onu fərqləndirən əsas xüsusiyyətlər bunlar idi:sadəlik və səmimilik xalqa yaxınlıq
ədalətlilik,cəsarət və prinsipiallıq.
Onun qəbuluna gələn insanlar problemlərinin həllini tapacağına inanırdı. O, rəhbər olmaqla yanaşı, həm də insanların dərdinə şərik olan bir insan idi.
2000–2006-cı illərdə Dilrubə Camalova Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışaraq qadın siyasətinin inkişafına mühüm töhfələr vermişdir.
13 mart 2009-cu ildə avtomobil qəzası nəticəsində vəfat edən bu görkəmli şəxsiyyət . Vəfatından sonra zəngin bir irs qoymuşdur.
Dilrubə Camalova Azərbaycan tarixində qadın liderliyin, vətənpərvərliyin və dövlətə sədaqətin simvolu kimi yadda qalmışdır.
Onun fəaliyyəti bir daha sübut edir ki, çətin dövrlərdə güclü liderlər xalqların taleyində həlledici rol oynayır. Lənkəranın ağır günlərində göstərdiyi fədakarlıq isə onu sadəcə bir məmur deyil, xalqın yaddaşında əbədi yaşayan bir el anasına çevirmişdir.Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun inşallah 🙏

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Məcidova Leyla Qadir qızı

Share: