“Kremlin məqsədi “sabitləşdirici xaos” mühitini qorumaqdır…” – Samir Əsədli

“Kremlin məqsədi “sabitləşdirici xaos” mühitini qorumaqdır…” – Samir Əsədli

Kreml hakimiyyətinin Azərbaycan əleyhinə güclənən siyasəti bir sıra strateji məqsədlərə xidmət edir.

Rusiyada yaşayan azərbaycanlıların müxtəlif bəhanələrlə təzyiqə məruz qalması, hüquq-mühafizə orqanları tərəfindən hədəfə alınması təkcə daxili sosial nəzarət və qorxu siyasətinin tərkib hissəsi deyil, eyni zamanda regional geosiyasi balansın dəyişməsinin qarşısını almağa yönəlmiş məqsədli addımlar kimi də qiymətləndirilə bilər.
Bu təzyiqləri eyni zamanda Ermənistanın könlünü almaq, onu Rusiyanın orbitindən çıxmağa imkan verməmək və Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi prosesinə dolayısı təsir göstərmək cəhdi kimi də başa düşmək olar. Kreml bu yolla həm Cənubi Qafqazda uzunmüddətli vasitəçilik iddiasını qorumağa çalışır, həm də Azərbaycanın regionda artan nüfuzunun qarşısını almaq istəyir.
Digər tərəfdən, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivi də Moskvanı narahat edən əsas məsələlərdən biridir. Çünki bu normallaşma regional inteqrasiya prosesini sürətləndirə və Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədə bilər. Kremlin məqsədi isə bölgəni açıq-aşkar nəzarət altında saxlayan “sabitləşdirici xaos” mühitini qorumaqdır.
Share: