
İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.
xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra cinayət yerindən qaçıb. Polis araşdırmaya başlayıb.
Agentlik daha sonra zərərçəkənlərlə bağlı məlumatı düzəldib. Yenilənmiş məlumatlara görə, söhbət yeni hadisədən yox, 27 Yanvar hadisələrindən gedir.
Yanvarın 27-də Mehr agentliyi naməlum şəxslərin silahlı hücumu nəticəsində orada 9 əcnəbinin həlak olduğunu bildirib. İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
***
13:01
Sistan və Bəlucistanda Bəsic üzvləri öldürülüb.
xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının Qüds bazası bildirib.
Zahedan-Bam dəmir yolu istiqamətində mühafizə məntəqəsinə silahlı şəxslərin hücumu nəticəsində iki Bəsic üzvü – Məhəmdənanur Qəmşadzahi və Əbdulhüseyn Bəluç öldürülüb.
















