“Karl Fridrix Qauss”un “Nemət Pənahlı” ilə “Vidadi Məmmədov”luq uğrunda rəqabəti

“Karl Fridrix Qauss”un “Nemət Pənahlı” ilə “Vidadi Məmmədov”luq uğrunda rəqabəti

Ədəbi Tənqid mövzusunda lektor mühazirəsi: Ədəbi tənqidin ədəbi təpikləmə və ədəbi tətikçiliklə ümumi sərhədləri və fərqli cəhətləri

REMARKA: Əbdürrəhimbəy Haqverdiyev “Uca dağ başında” hekayəsi – oxumamısansa, bu yazı sənlik deyil!

“Şəbəkədə kondensator var” nə deməkdir, bilmirsənsə, heç vaxt düzgün cavabı tapmayacaqsan! – Sovet dövründə fizika üzrə ümumittifaq olimpiadasında abituriyentə çatdırılan fikir!
“Əgər yazıya birinci şəxsin təkində başlamısansa, deməli, sən nə dilin, nə də janrın tələblərini bilməyən küt birisən!” V.Tretyakov, “Nezavisimaya qazeta”nın baş redaktoru
Salam, dəyərli Söz auditor(iya)ları!
Ədəbi tənqid, ilk növbədə, aqressiyasız təqdimatdır, düşmənçilik, qərəz, şəxsi iddia və təkəbbür, narsizmdən uzaq, empatiya ilə yoğrulmuş hedonizm və pedikürizmin ana rol oynadığı, səbrlə, təmkinlə, bir uşaq öyrədirmiş kimi, şəfqətli təbliğat vasitəsidir! Fəqət incəlik bu ki, ən humanist və vətənpərvər, ən savadlı və zəki, ən həssas və ən obyektiv biri olaraq da tanınan ədəbi tənqid nümayəndəsi mahiyyətdə əzazil diktator, qəddar cəllad rolunda çıxış edə bilər! Hətta öz əxlaqı ilə belə nümunə olan biri ədəbi tənqid yaylağında ən iyrənc ero-porno-seksual təcavüz səhnələri sərgiləyə bilər! Şəxsiyyətin ikiləşməsi bütün sahələrdə özünü büruzə verdiyi kimi, ədəbi tənqiddə də mövcuddur! Sadəcə, ədəbi tənqiddə üstünlük ondadır ki, dalğanı dəyişmək olur! İlk baxışda, üzdən yanlış görünməsə də, hansısa məqamda aydın olur ki, zamanında “fitil” düz yerinə və düz yerində qoyulmayıb. Ədəbi tənqid mühərriki işə düşəndə ədəbi enerji motoru kimi işə düşüb!
Bugünkü mühazirədə Azərbaycan ədəbi mühitində ədəbi tənqid və onun təmsilçiləri haqqında söz açacağıq!
Əslində, Azərbaycan ədəbiyyatının durumu belədir ki, burada Ədəbiyyat Planet yox, vaxtilə Azərbaycan dövlət olaraq, xanlıqlara bölündüyü kimi, meşəbəyiliklərə, eləcə də, qoruqluqlara bölünmüş haldadır: bildiyiniz monopolistlik əlamətləri, yəni. Daha dəqiq və dolğun belə ifadə etmək olar: Azərbaycan ədəbiyyatı 20-ci əsrin əvvəllərində feodalizmdən birbaşa… kapitalizmi görmədən… sosializmə adlayan Monqolustan kimidir! Halbuki, Yer üzündə ədəbi “Sirius xətti”nə malik tək və yeganə ölkədir: Məhəmməd Füzuli-İmaməddin Nəsimi-Hüseyn Cavid triosu ilə. Çoxlu peykləri – Nizami Gəncəvi-Şəms Təbrizi-Cəlaləddin Rumi timsalında. Amma və lakin… oddan kül törənmiş kimi görünür bugünkü ədəbi mühit! Təbii ki, zaman-zaman kimlərsə özünü ədəbi təəssübkeş, ədəbi lider, ədəbi xilaskar obrazında görür və başlayır… meydan sulamağa, mitinqlər təşkil etməyə, piket cəhdinə və hətta təknəfərlik etiraz aksiyası da qeydə alınır!
Bütün fiksasiya olunan ekssesslər ziyanlıdır və bütövlükdə fayda gətirmir: necə ki Allah adıyla alver edilir din fanatları tərəfindən, təriqətçilik də – ədəbi cərəyan təmsilçiliyi də Söz davası misalı daha çox ziyan vurur.
YƏNİ: Ədəbi Tənqid tərbiyəyə, Təkliyə (tənhalığa yox ha, TƏKBİRliyə – Vahidliyə), Təşviqə, Təhmidə, Təsbihə xidmət etməliykən, dönüb olub “Oliqarx Tənqidçi”, “Monopolist Ədib”lərin MONSTR meydanı.
Və bugünkü (məhz bugünkü: son bir il-ilyarımın) MONSTRlardan biri yox e, MƏHZ BİRi… Emil Rasimoğlunun üzərində izahlı təhlil aparacağıq!
Yadınızdadır, ötən əsrin sonlarından başlayaraq yeni ədəbi tənqid nəsli formalaşdı! Ədəbi tənqidin predmetləri olan… şair-yazıçılar bu missiyanı özləri başladılar yerinə yetirməyə. Təxminən belə də: şahid hakimin özüdür!
Tam 20 il lazım oldu… Söz-Ziya-İşıq adı altında və (guya da!!!) bunun uğrunda aparılan bu ZİYAnlı fəaliyyət sonlansın, sıradan çıxsın! Onlara ədəbi tənqid nümayəndələri, şair, nasir, ziyalı deməkdən daha çox, ZİYAnəvərlər demək olar! Hesab edirəm ki, ad çəkmək mənasızdır – proses bitmiş, imzalar sönmüş-söyülmüş, mərhələ adlanmışdır! Dəyişən heç nə olmamışdır… klassik üslubdan!
SÖZARASI: klassik üslubun gücümü, üstünlüyümü, poztivliyimi, yoxsa etitrazçı dalğanın yetkin olmaması, gücünün çatmaması, amma poztivliyimi, bəlkə zərərli bir tendensiyamı olduğumu ayrı yazının mövzusu, ancaq Azərbaycan Ədəbiyyatı küll halında, ən azı, 21-ci əsrin 21-ci ilinə 21 istedadlı imzanı itirməklə adladı!
Seymur Baycanın ən böyük ədəbi mükafatı Anarın Dədə Qorqudluğu ilə… “Seymur Badımcan” adqoyma törəni ilə batdı-bitdi. Hərçənd ki, Telli Pənahqızı kimi ciddi bir imza “Quqark” romanına bayılmışdı – niyəsi də o ki, Quqark faciəsini doğmaları yaşamışdı. Fəqət özü də şairə, jurnalist, publisist olan Telli Pənahqızı milli faciə ifadə olunan o əsərə bayılmalıydı ki, o əsər dünya oxucusunu və ədəbi münsif heyətini bu faciəyə bayıldaydı. Seymur Baycanda bu əndazə yox idi, Telli Pənahqızı da o ranqda ədəbi tənqid təmsilçisi!
Ardınca Qan Turalı qəhr oldu – bir ABSAZlıq SAYTda sperma ifrazına döndü!
Dalınca Aqşin Yenisey sarılığa tutuldu – bu, cismi-fiziki xəstəlikdən daha çox, ruhi xəstəlik idi: həm cəmiyyətlə, həm iqtidarla, həm də ədəbi mühitlə mübarizədə! Görünür, bu çarpışmada onun buna nə cəmdəyi, nə cismi, nə də ruhu yetərli olmadı!
Həmid Herisçinin, Rasim Qaracanın, Murad Köhnəqalanın şeyinə…zadına… mübarizəsinə güvənib ədəbi şıllaqatanlar camiəsi sonda həm Rafiq Tağısız qaldı – fiziki olaraq, həm də mübarizə kredosuz.
Günel Mövlud hicrət etdi, Sevinc Elsever millət üçün layla çalmaq ucalığına qalxa bilməyərək, ər evində beşik yırğalamalı oldu, bir-iki “kurtizanka” da gecə məclislərində “kampaniya”nı tamamlamaqdan o yana keçmədi: bardan qəhbə çağırmaqdansa, elə öz “mübarizə qələmdaşlarını” çağırdılar… təsəlli-təskinlik üçün!
Bitdi bütöv bir pleyada – bunlar ədəbi buntarlar, ziyalılar performansı yapanlar idi! YAP-dan da pis aqibət yaşadılar, baxmayaraq ki, YAP hələ də yaşayır və yaşayacaq!
ÇÜNKİ ədəbi tənqid öz dalğasında deyil!
“Müqəddəs yer boş qalmaz” – 2020-ci ildən bu yana bir salamat imza qalmadı! Hansısa formada bu boşluğu ya “talant mədəni” doldurmalıydı, ya da “iqtidar xəzinəsi” ağzını açmalıydı: kütləni özbaşına buraxmaq olmaz! Kütlənin qəhrəmanı, lideri və mücərrəd xoşbəxtlik savaşı təmin olunmalıdır!
Tarix bunu zaman-zaman sübut edib: Kütləni idarə edərlər! Kütlə ilə savaşmazlar! Kütlə ilə savaşanlar kütbeyinlər, kütləni idarə edənlər dahilərdir!
Hakimiyyət dövrəyə kütlə ilə savaşan kütbeyinləri buraxdı – ehtiyatında kütləni idarə edən dahilər yox idi, olanı da özü sıradan çıxarmışdı!
Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin faciəsi, bax, budur: kütlə ilə savaşan ZİYALI MANTOLU KÜTBEYİNlər və həmin kütbeyinləri gözdən salmaq üçün ƏDƏBİ TƏNQİD adı altında ƏDƏBİ TƏPİKLƏYƏNLƏRLƏ ƏDƏBİ TƏTİKÇİLƏR!
Bu tendensiya da ortaya tamam ayrı bir ədəbi mənzərə qoydu: ədəbi tvist oynama!
Düzdür, siyasi həyatda da kütlə elə belə idarə olunur – nümayəndələri də məlum. Siyasi həyata biganə qalmayan xalq onların arvad-uşağınacan üzünə söyür, amma ədəbi mühit bu xalqın qoz və alma calağı üçün yararlıdır!
Siyasi həyatda bu pisliyi Əbülfəz Elçibəyə etdilər – Hafiz Hacıyev, Siyavuş Novruzov kimilərin əliylə! Bununla işimiz yox – fakt olaraq ona görə nəzərə çatdırırıq ki, anlaşılsın: dövlət öz mahiyyətini hər yerdə büruzə verir, dünyanın heç harasında ədəbiyyat dövlətdən ayrı deyil, heç din də!
Və fonda həyat davam edir.
Ortaya ilk çıxan kim olsa yaxşıdır?
Ədəbi İmza olaraq da, Vətəndaş olaraq da Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin heç harasına boy verməyən, uzağı-uzağı qurşaqlarına – ayaqların çanaq sümüyünə bitişdiyi yerə güc-bəla ilə çata biləcək Qəşəm Nəcəfzadənin oğlu Kəramət Böyükçöl… açıq-aşkar aşağılayır! Nə ataları, nə anaları Rəsul Rzanın, Nigar Rəfibəylinin heç harasına boy verməyənlər Anarı topa tuturlar! Başda Qəşəm Nəcəfzadənin oğlu Kəramət Böyükçöl olmaqla! Belə bir cəsarət “postmodernçi”lərdə olmuşdu – sürü ilə gəbərdilər! Məhz sürü ilə!
Siyasilər siyasi blokla mübarizəyə başladılar, sonra ayrı-ayrı partiyalar ayrılıqda səslərini ucaltdılar, sonra tək bir partiya qaldı axıra! İqtidar nəticə çıxartdı: çoxlu “suka” partiya saxlamaqdansa, birini bəsləmək yaxşıdır! Kəsmək lazım olanda, rahat olsun!
Ədəbi mühitdə daha yaxşı effekt verən bu üsul davam etdirildi: Kəramət Böyükçöl həm bu xalqın siyasi, həm də ədəbi nümayəndələrinin üstünə sıçıb-batırdıqca, dədəsi Qəşəmi əvvəlcə bu, sonra o kanala çıxardıb üzr istətdilər, amma və lakin… yollarına da davam etdilər: nəticə göz qabağındadır! Qəşəm Nəcəfzadə bu kanaldan deyir oğlumla fəxr edirəm, Kəramət Böyükçöl o efirdən deyir atamla fəxr edirəm!
Tendensiya davam etdirilir… bu günəcən və bundan sonra da! Buna etiraz edə bilənlərin isə sözün məcazi və müstəqim mənasında, ayrı kanallarda küçə söhbətləri nümayiş etdirilir!
Ən maraqlısı da odur ki, Aydın Canıyev Şeyxdən yazı yazıb tutulanda Allahşükür Paşazadə ilə heç bir halda yaxınlığı, dostluğu, minnətdarlığı olmayan Rəşad Məcid “Aydın Canıyev içib yazır, içib sındırıb” deyir İTV-nin efirində, ancaq həm AYB-nin katibi, həm MŞ sədri olaraq, həm ən yaxını Anarın yanındadır, həm də Kəramətlə şəkil çəkdirməyə nəvəsini də aparır, içib Mir Şahini, İlham Əliyevi söyməsinə baxmayaraq! Torbada pişik yoxdur, yox, torbada Rəşad Məcidin – mənim çəkinmədən “Ağsaqqal” çağırdığım, 20 yaşımdan xeyirxahım olan əziz imzamın qarşısında ACİZ QALDIĞI “kütlələrlə savaşan kütbeyin qəhrəmanlarla kütlələri idarəetmə siyasəti və onun müəllifi” amili var!
Çünki Rəşad Məcid də gözəl bilir ki (başqa cür ifadə etmirəm!!!), Kəramət Böyükçölün etməyi özünə rəva gördüyü hərəkətləri heç bir …, …, …, kütbeyin etməzdi ki, Kəramət edib – bu görüntüləri nə zaman, nə tarix heç bir halda heç harasında gizlədə bilməz!
Rəşad Məcid, Rüstəm Kamal, Kamal Abdulla və hətta başda Anar olmaqla, hamı bu ədəbi təpikləməyə, ədəbi tətikçiliyə… susurlar!
Susmağa məcburdurlar! Ədəbiyyat dövlətdən ayrı deyil, ola bilməz, dövlətçilik bunu tələb edir!
Dövlət ərkanında olanlar bir dəfə bu səhvi ediblər, əlləri yanıb, ağızlarına təpiblər, Heydər Əliyev şəxsən bunun bədəlini çox böyük və ağır formada ödəyib, Bəxtiyar Vahabzadə, Məmməd İsmayıl, Mirzə İbrahimov, Rəsul Rza, Xudu Məmmədov, ən nəhayət, Sabir Rüstəmxanlı, varlıqları ilə qaragüruhu kütləlikdən çıxarıb vətəndaş cəmiyyəti yarada bilmək güclərini nümayiş etdiriblər! Bir daha olmaz!
Bu xalqı Nemət Pənahlı ilə aldatmaq olar – sınaqdan uğurla çıxdığı üçün “siyasi Nemət Pənahlı” yaşamalıdır!
Buna görə də bir ədəbi ötürmə etmək lazımdır – həm pas kimi, həm də rıçaq kimi! Bu priyomu düşünən başa mükafat verəndən sonra nümayişkaranə şəkildə asmaq, güllələmək, deşik-deşik etmək lazımdır – bu da ayrı yazılıqdır!
Hələlik isə, variant tapmaq lazımdır! Çünki “Nemət Pənahlı”nı tapmaq hələ işin tamamlanması deyil, gərək bir imza da ola ki, o, həm təpikləmə siyasətini yürütsün, həm də tətikçi olsun – snayper olmamağı önəmli deyil!
… Ağıla gələn ilk imza Vidadi Məmmədovdur, davranış, əxlaq, prinsip(sizlik), utanmazlıq və həyasızlıq, gödənist baxımından – dayısı İlyas Əfəndiyevlə iki litr bahalı konyakı vurub, axırda evdən çıxanda “bir köpüklük əsər yazmamısan” deyib, pişik kimi, quyruğunu belinə atıb gəzməyi bacaran biri! Bu obraz həm də onunçundur ki, ədəbi mühiti tam ruhdan salasan, ədəbi mühitə yeridəsən ki, yazmağa imkan verməyən biri var, istedadlı adamları çərlədəsən, “mənasız yazıdır”, “mənasız adamsan” deyib pisikdirəsən heç bir leksik-morfoloji çəkisi olmayan ironik idiomla!
Bizim oliqarxik-monopolist iqitdarın da, oliqarxik-monopolist ədəbiyyatın da bəxti həmişə gətirib, elə bu dəfə də: ölən 21 istedadlı imzanın yerini doldurmaq üçün sadaladığım prinsiplər üstündə, lazım olan biri tapılıb!
Allah işlərini avand eləsin!
Mənim bugünkü borcum, xidmətim ədəbi tənqidin durumunu çatdırmaqdır!
Kimlər üçünsə Kəramət Böyükçöl ədəbi tənqid, ümumilikdə isə Azərbaycan mühitinin ziyalı obrazı ola bilər – faktiki olaraq isə, “iqtidar təlxəyi” missiyasından başqa bir şey görünmür… performansa görə: ola bilər, belə olduğundan özünün də xəbəri yoxdur! Əvvəldə məhz bu amilə görə qeyd etdim ki, ƏDƏBİ TƏPİKLƏMƏ VƏ ƏDƏBİ TƏTİKÇİ – MONSTRdan yazacam: monstrlardan yox ha! Yəni, ədəbi tənqid dünyasında bu dəqiqə hamı öz işi ilə məşğuldur, təkcə Emil Rasimoğludan başqa!
Bu hal-durum niyə yaranıb?
Bilinməsi gərək olan mütləq bir səbəb var: ədəbiyyatı, ədəbi mühiti, ədəbi dünyanı tərbiyəsizləşdirmək, ədəb kriteriyalarından kənara çıxarmaq siyasəti hakimdir ölkədə – bunu ölkədəkilərmi edir, ya xarici xüsusi xidmət orqanları, bu, artıq dövlət babanın mükəlləfiyyətidir. Bu yazını oxuyub, addım atmaq borcuna yüklənmiş olur! Çünki siyasət onsuz da əxlaqsızların işi olub – dövlət babanın elə bir problemi yoxdur kütləni idarə etməyə, ölkəni doldurub ana-bacı, ata-bala, qohum-əqrəba, konstruktiv, radikal, lberal, sosial demokrat müxalifət adıyla… hər yerə, ta parlamentəcən!
Qalıb ədəbi qoruqluq, meşəbəyiliklərdə səliqə-sahman yaratmaq! Faktiki də məsələ həll olunub, amma və lakin… ortada bir MONSTR da tapılıb: Emil Rasimoğlu!

Kimdir Emil Rasimoğlu?

Emil Rasimoğlu
Emil Rasimoğlu özünün kimliyini bilən, sabitqədəm və daşlaşan Azərbaycan Türk Əxlaqının ən ali daşıyıcısıdır!
Emil Rasimoğlu o qədər ucalıq adamıdır ki, onu Kəramətlə müqayisə etmək təhqir olar, ancaq mən bundan qaça bilmirəm!
Yəni, ailə, tərbiyə, əxlaq, millilik düzəni qənirsiz adamdır!
Yəni, ədalət, vicdan, nəfs, dəyər ölçülərinin bir iynə ucu boydasını doğma dədəsinə görə tapdamaz!
Yəni, şəxsi qərəz, kin, təkəbbür, narsizm deyilən nəsnələr adama yaddır!
Yəni, Sözü-İşığı-Nuru bilir, İrfan-Sufi zirvəsinə ərə bilən ərəndir!
HAŞİYƏ: Kəndimizdə bir Rəhman müəllim vardı: ibtidai sinif müəllimi. Heç vaxt siyasi söhbətlərdə politkorrektlikdə yanlışı olmazdı! Ancaq Əbülfəz Elçibəy təzə prezident seçilmişdi, ondan soruşdular fikrini. Qayıtdı dedi ki, həyatınızı ağlınızla qurun, bundan prezident olmayacaq. Dedilər niyə? Təmiz adamdır, rüşvətə bulaşmayıb, yerlibaz-qohumbaz deyil, vətənini sevir! Rəhman müəllimin çox sarkazmlı, ironik bir pedaqoq baxışı vardı tənə ilə baxanda:
– “Külə Mirzəmməd” (“Küt” Mirzəməmməd) də saf adamdır, heç kimin anasına-bacısına-qızına-gəlininə başını qaldırıb baxmır, rüşvət almır, vətənini-Kərgəlanı sevir, neyləyək, gətirək qoyaq Kərgəlana icra nümayəndəsi?
Bax, həmin o kəndimizdəki “külə Mirzəmməd” rolundadır MONSTR Emil Rasimoğlu – ədəbi tənqidə “Əbülfəz Elçibəy”lik obrazı gətirən!
Adam neylədiyini bilmir! Neylədiyisə budur: ədəbi meşəbəyiliklə ədəbi monopoliya arasında tvist oynamaqdır Emil Rasimoğlunun etdikləri! Emil Rasimoğlu ədəbi flora və faunanı tapdamaq, əzmək, ədəbi fondu sıradan çıxarmaq missiyasını yerinə yetirir – Kəramət Böyükçölün özünün tərbiyəsiz, əxlaqsız obrazında etdiyi kütbeyinliyi guya özünün bilməməsi formasının astar üzüdür!
ƏN ADİ MİSAL: Şərif Ağa, Qəşəm Nəcəfzadəyə “mətni bilir” deyib, sonra da “mətni tanıyan” Tehran Əlişanoğlunu kirə çıxarmaq… Vidadi Məmmədovluq əxlaq idi!
Bu anasını öpdüyüm o “mətn” deyilən nəsnə nəmənə şeydir, əzizim? Əsərin ideyası, qayəsi, mövzusu, fabulası demək deyilmi? Konstruksiyası-skeleti, mala-suvaq işləri deyilmi? Salam Sarvanla başlayıb Rasim Qaraca ilə davam etdirilərək paz edilən bu “mətn, mətn” hənəki nəymiş, yahu?
Bəli, qalanları “mətn, mətn” hənəki oynayır, Emil Rasimoğlu isə… onlardan fərqli olaraq, Qaussluq edir!
HAŞİYƏ: Karl Fridrix Qauss ədədi və həndəsi silsiləni 4-6-cı siniflərdə oxuyanda kəsf edib, ancaq 20 yaşına qədər bir neçə dəfə Berlin universitetinə imtahan versə də, qəbul oluna bilməyib, axırda professorlardan biri başa düşüb ki, adam fərqli və istedadlı bir riyaziyyatçıdır, odur ki, ona məsləhət görüb:
– Mənim balam, sən mövcud qaydalarla imtahan ver, qəbul olun, bilmədiklərin çoxlu-çoxlu şeyləri də öyrən, bildiklərinlə bir yerdə elmə töhfələr ver!
Karl Fridrix Qauss sözə qulaq asıb! Emil Rasimoğlu sözə qulaq asan deyil, sözlə danışan deyil, Emil Rasimoğlu ayağını təpik, qələmini tətik kimi istifadə etməkdədir və elə bilir ki… onun bu “ali riyaziyyat dərslərindəki lotuluğu” cavabsız qalacaq – bu yazı, cavab deyil, leksiyadır! Həm onun, həm də hamı üçün!
“Mövcud qaydalar” derkən – sualını verə bilər Emil Rasimoğlu!
Əzizim Emil Rasimoğlu, mövcud qaydalar derkən, birincisi bu:
İsmayıl Şıxlı, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı Azərbaycanda kütlə ilə savaşmayan, kütləni tərbiyə və idarə edən dahilərdir! Azərbaycan miqyasında, Azərbaycan milliliyi və Azərbaycan dövlətçiliyi üçün! Sənsə, MÜSTƏQİLLİK İLLƏRİNDƏ belə, sanki Qəşəm Nəcəfzadə ağlı ilə DTX-ya donos yazmaqla məşğulsan, görürsən bundan bir şey alınmır, oğlun Kəramətin diliylə yazdırırsan ki, Bəxtiyar Vahabzadə heç kimdir, mən ondan böyüyəm – inan mənə, əzizim, sənin yazdıqların bundan artıq mahiyyət daşımır, hərçənd sən hansısa böyük ölçülərlə ittiham edirsən!
Sənin Karl Fridrix Qaussluğunun cavabı bilirsənmi nədir?
Oxuyub sənin xalqın antik yunan ədəbiyyatını, xəbəri varmı qədim Roma ədəbiyyatından, sən oxumusansa, nə başa düşmüsən o antik yunan-Roma ədəbiyyatından və bugünəqədərki dünya ədəbiyyatından!? Sən akulanı Kür çayında üzdürə bilərsənmi? Kərtənkələyə motor qoyub uçdurmaq iddiası niyə sənin postulatına çevrilməlidir!?
Adlarını sadaladığım yazıçı-şairlərin əsərləri üstündə bu xalqın 3-5 min vətənpərvəri yetişib e! Onların şeirləri, poemaları, hekayələri, povestləri, romanları ilə bu xalq milli azadlıq mübarizəsinə qalxıb!
Sən ədəbiyyatdan, şair-nasirlərdən nə istəyirsən? Elnur Astanbəyli demişkən, əsər oxumaqla olsaydı, Sədi Şirazinin “Bustan”ı gərək 8 əsr əvvəl tərbiyə edəydi şovinist farsları. Ancaq görürsən ki, adlarına qarşı çıxıb “boz ədəbiyyat nümayəndələri” dediyin şair-yazıçılar bu kütlə təfəkkürlü qaragüruh azərbaycanlılardan dünyanın qalib xalqını və dövlətini ortaya qoyublar!
Qaussluq edirsən, Qauss özündən sonra gələn nəsillər üçün ali riyaziyyat qoydu, özündən əvvəlki adi riyaziyyatçılara həqarət etmədi!
Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını, Sabir Rüstəmxanlının “Azərbaycan” qəzetini, Məmməd İsmayılın “Gənclik” jurnalını kimin harasında gizlədək – BUGÜNKÜ qalib Azərbaycan onlardan boy atdı axı!
Sənin üçün niyə “boz ədəbiyyat” olsun ki – hansısa orqanik probleminmi var? Ya hansısa genetik çatışmazlıqlar özünü büruzə verir?
Axı əlli dəfə danışmışıq: var kənddəki qızlar, gəlinlər, nənələr üçün poeziya, var rayon-mahal folkloru, aşıq sənəti, var ölkə miqyaslı döyüş, mübarizə əsərləri ilə birgə elmi-fantastik və fəlsəfi ədəbiyyat!
Hərənin öz yeri var!
Müslüm Maqomayev öləndə bir yazı yazmışdım – köhnə kişilərdən biri məni tapıb dedi: o, gənclik epoxamızdır, təşəkkür edirəm!
Sən Azərbaycan xalqının gənclik epoxasını təpikləyirsən, tətikləyirsən! Xeyir ola? Hansı prinsiplərlə? O prinsiplərlə bu gün meydanda olanlara da yanaşırsanmı? Gündə yüz “boz ədəbiyyat” şeiri, hekayəsi dərc olunur – niyə görmürsən, niyə onlarla dava açmırsan? AXI ONLAR BİZİM GƏLƏCƏYİMİZİ MƏHV EDİRLƏR! Sənin ittiham etdiklərin isə bizim keçmişimizin fondu, gələcəyimizin təminatçısı olub. Onlar olub ki, biz bu gün varıq!
Azərbaycan ədəbiyyatını niyə “detdom”a döndərirsən? Silsək sənin və Kəramətlə birgə təhqir (“mən təhqir eləmirəm” deməyinin yeri yoxdur – təhqir təkcə s…. ilə başlayan sözlərdən ibarət deyil!), tənqid, tərcih etdiklərini, bu, sizə nə verər, gələcəyimizdə hansı faydası olacaq?
Adlarını sadaladıqlarını – İsmayıl Şıxlı, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı və b – oxuyanda kimin arvadı ərinə xəyanət edir, kimin qızı qəhbəliyə gedir, kimin anası “mama roza”lığa başlayır? Axı indiki yazarların yazıları məhz oğraşlığı, qəhbəliyi təbliğ edir postmodernist ədəbiyyat adıyla – götür oxu Qan Turalını, Aqşin Yeniseyi, başqalarını… onların gələcəyi hələ qabaqdadır, gələcəyi artıq keçmişə çevrilənləri və hətta ölüləri ittiham hansı əxlaqın nümunəsidir!?
Oğraşlıq ediblər, kiminsə anasını, bacısını, qızını, gəlinini qəhbəliyə aparıblar? Əksinə, xalqı qəhbəliyə, oğraşlığa, peysərliyə aparanlarla yaşları və gücləri imkan verdikcə və BACARDIQLARI qədər vuruşublar! Onları ittiham etməkdənsə, sən mübarizəni davam etdir özünün RƏNGLİ bildiyin ədəbiyyatla!
Axı ədəbiyyatı və ədəbiyyat adamını dəfn etmək deyil ədəbi tənqidin missiyası! Sən də heç olmasa Tanrıdan daha bir gün çarp da ki yazınla, qoy bir gün də artıq yaşasınlar bizə bəxş etdikləri bu gözəlim Azərbaycanda. Sən elə bilirsən tənqid və tələf etmək istədiklərin olmasaydı, bugünkü Azərbaycan olacaqdı?
A kişi, bugünlərdə Çində qızıl yatağı kəşf olunub, deyirlər ki, bir hektardan 0,56 qram qızıl əldə olunacaq və başlayıblar işə, yəni rentabelli sayırlar. Başa düşdüyün bu olsun ki, adlarına və yaradıcılıqlarına qarşı çıxdığın hər bir imzanın küll yaradıcılığından bircə cümlə hansısa bir vətəndaşa təsəlli veribsə, təskinlik yaradıbsa, gedib ruhunu öpüb göz üstə qoymaq gərək!
Bu nə şairənifrət nəzəriyyəsidir?
Sənə hələ də çatmır ki, cəmiyyəti bicləşdiriblər, əxlaqsızlaşdırıblar, prinsipsizləşdiriblər – ona vətən, müstəqillik, azadlıq ideyaları girmir, onun üçün indi seks industriyası, narkotik kartelləri, sərvət və s prioritetdir.
Bunu ədəbi “julik”lərin əliylə edirlər, ədəbi “julik”lər də bundan yararlanır, axı sən ədəbi “julik”lərdən deyilsən!
Amma Emil Rasimoğlu olaraq, sən bu perforsmanlarınla ədəbi “julik”lərə xidmət etmiş olursan – həm dolayısı, həm də birbaşa və bu qədər zəki adam olaraq, bunu başa düşmürsən!
Niyə başa düşmürsən ki, niyə klassik üslubdan imtina sərgilənir, niyə postmodernizm çiçəklənir?
Modern-premodern-postmodern cərəyanlar oturubmu yerinə “feodal Monqolustan”da – ədəbiyyatımızda?
Əkrəm Əylisli ilə müsahibədə mənə dedi: mənim enerjimi almasınlar, mükafatlarını istəmirəm.
Sən də eynən Əkrəm Əylisli kimi, ittihamlarında enerjinin israfı, qəsbi haqqında danışırsan, eynən də Əkrəm Əylisli kimi, həm hamının enerjisini alırsan, həm də öz enerjini! Sən dünyada yeganə azərbaycanlısan ki, kimliyini, missiyanı bilə-bilə, özün öz enerjini məhv edirsən!
Axı sənə dəfələrlə demişəm (“Hedonizm və pedikürizm” yazımı tapsam, paylaşaram): Nəzərdə tut ki sənin missiyan var – fərqinə və varlığına vardığın İlahi İdrak Mühakiməsində axı sənə veriləcək suallar, səndən sorulacaq nəsnələr işini-gücünü atıb Məmməd İsmayıl, Elçin Əfəndiyev, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı haqqında yazdıqların olmayacaq! Bunu bilirsən, bilmirdinsə də, axı mən sənə demişəm! Axı o missiyanı kim sənə icazə verib ayrı koordinatda xərcləyəsən? Niyə Yunus Əmrə, Ağ Şəmsəddin, Fateh Mehmet Sultan ərən ucalıqlar dünyasına, sirlərinə vaqif olmağı qoyub, Vaqif Yusifli dərdinə düşürsən?
Əsgərlik yoldaşım göytəpəli Şirzadsan? Gəlirdi qapıya, əlini uzadırdı ki, ehmalca döysün, ağlı gedirdi başından, başlayırdı əsgər çəkmələri ilə təpikləməyə gecə saat 3-ün yarısında – niyyət yaxşı idi, bizə yeməkxanadan bişmiş gətirirdi, ancaq çatdırma yolu… faciə!
Eynən sənin kimi: niyyət ali – amma bir elədiyinə bax!
Axı niyə sənə bu biri Vaqif – Odər Bayatlı kimi baxmasınlar, durub desinlər ki…
Razıyam, Bəxtiyar Vahabzadə, Məmməd İsmayıl, Elçin Əfəndiyev öldülər, yazdın, elə bilirsən, sənin “boz ədəbiyyat adamı” kimi yarğıladığın Sabir Rüstəmxanlı cavab yaza bilmir, ya söz tapmır? Əgər Anar Seymur Baycana Dədə Qorqudluq edib “Badımcan” deməklə səsini xırp kəsirsə bütün “ali riyaziyyat ittihamları” ilə birgə, Sabir Rüstəmxanlı rejimlərlə, rəhbərlərlə savaşdan qalib çıxmış, istiqlalçı statusda bir şəxsiyyətdir!
Ümumiyyətlə, sənə əzizim kimi bir məsləhət verim: istər İsmayıl Şıxlı, istər Bəxtiyar Vahabzadə, istər Məmməd İsmayıl, istər Elçin Əfəndiyev, istərsə də Sabir Rüstəmxanlı və o ranqda olan kütləni idarə edən dahilər olsun, onlar bir dəfə dinirlər və bitirirlər – nə qədər qənirsiz və ipucusuz olsan da! Elə adamlardan ancaq qeybət eləmək olar, xəlvətdə bir az naqolay, qeyri-etik giley etmək olar, durarsan, müzakirə açarsan, mübahisə yaparsan, ittuham edərsən, qayıdıb deyərlər ki, özünə get, məndə üç tuzdur!
Bir azca Azərbaycanın müstəqillik illərində siyasi, mədəni, ədəbi həyatını vərəvurd etsəydin, tam yerinə oturardı sənə bu dediklərim.
Gələcəyə baxmaq lazımdır – o gələcəkdə bu gün ittiham etdiklərin sabah sənin ən sanballı tutalqan olacaq!
Üstəlik də, kimyəvi reaksiyaları riyazi düsturlarla aparmaq olur, amma riyazi məsələləri kimyəvi reaksiyalarla, fizika düsturları ilə həll etmək olmaz.
Bilirsən, mən müəllim peşəsinə, təhsil məsələlərinə həssasam, bugünlərdə yaşlı pedaqoqlardan biri ilə Lənkəranda görüşəndə durumu müzakirə etdik, qayıtdı ki, bu boyda Lənkəranda:
– Gimnaziyada bir müəllimə var, DİM nümayəndələri imtahan götürüb, tələb olunan 60 baldan təxminən elə 60 bal yığıb – iki-üç bal az, yəni və imtahandan çıxanda qayıdıb imtahan komissiyasına üzünü tutub ki, başqa fənlərdən, ixtisaslardan, sahələrdən sual vermək fikriniz yoxdur?
Açıq-aşkar meydan sulayıb: müəllimlərə qarşı ədalətsiz davranmayın, məntiq adı altında oyun çıxarmayın, ixtisasımız üzrə sual verin, yəni!
İndi sən də, əzizim, özünü Dövlət İmtahan Mərkəzi kimi aparırsan, götürürsən “məntiq” “fənnini” – yaradıcı mexanizmin emal prinsipi, fundamental ədəbi təfəkkür dəzgahı, ilahi-idraki fövqəlnəsnə, mətnin emal və enerji mərhələsini müşahidə edib çözə bilmək, fövqəlidrakın, ilahi ünsiyyətin laborator prosesini sorğulamaqla, sertifikatlaşdırma, lisenziya vermə kuratorluğu edirsən!
Bir dəfə gənc bir şair haqqında fikrimi soruşdular, dedim: yaxşı şairdir, hayıf ki onun oxucuları 200 il əvvəl ölüb – gəraylı, qoşma yazır və zamanı ifadə edən heç nə yoxdur!
İndi sən də, əzizim Emil, bizim üçün yazıb, bizim üçün etdikləri ilə yanaşı, özlərinə də bir tikə çörək qazananlara minnətdarlıq ifadə etməkdənsə, Elnarə Akimova, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Vaqif və Cavanşir Yusifli kimi adamları… təpiyin ayaqda, tətiyin əlində… atəş aça-aça biçirsən.
Belə “biÇin” biçmək həm də çox pis zümhardır!
Nəzərə al ki, sənin bu biçinin erməninin türkü biçinindən heç də fərqlənmir, amma nəticə nə oldu? Cəmi 44 gün və 23 saat 47 dəqiqə!
SON: Amerika B-12 istehsal edir, Rusiya Su-27, İran “Şahab”!
Amerika Drayzer oxuyur, İngiltərə Şekspir, Almaniya Höte! Özlərini xoşbəxt sayırlar!
Sən də Sabir Rütəmxanlını oxu da! Sən özünün olanı oxumaqla xoşbəxt olmağı öyrən, təriqətçilik heç kimi xoşbəxt etməyib.
Mən yazı yazanda xoşbəxt oluram – sənin yazdıqlarını hər dəfə oxuyanda görürəm ki, özünü bədbəxt etmisən! Hətta Kəramət Böyükçöl öz “kütbeyinliyi”ndə xoşbəxtdir, sənsə bu qədər zəkiliklə…
Dediklərimin tam doğru olduğunu anlamağın üçün bircə təklifim var: Şərif Ağ, Orxan Cuvarlı, Mübariz Örən – bu üç imzanı dediyin o tələblər prizmasından ağ yu, qara sər, elə et ki, “boz”armasınlar!
Onda nə qədər miskin olduğunu anlayacaqsan!
Mən səni ucalıqlarda görən adamam, amma sən dayanmadan Əbdürrəhimbəy Haqverdiyevin “Uca dağ başında” hekayəsinin qəhrəmanı olmaq istəyirsən!
Bunun qarşısını almamaq mənim Sənə, Ədalətə, Vicdana və İlahi İdraka xəyanətim olar!
Sayğılarla, doğru dalğada, doğru koordinatda üzə çıxacağın ümidiylə.
YAZIYA SÖZARDI: Bu boyda yazının əvəzinə, Emil Rasimoğluya qısa, bir cümləlik cavab-rəy yaza bilərdim: Sənin tələblərin fəlsəfəyə aiddir, poeziya və ədəbiyyata heç bir dəxli yoxdur, ədəbiyyatın janrları, tələbləri tamam fərqli şeylərdir, yaradıcılıq baxımından isə sufi təriqətinin istehlak məmulatları üçün tələb olunan istehsal ptosesi vasitələridir- aqreqat olaraq!
Vəssalam!
… Amma yazdım ki, bilsin: biz borclu olduqlarımızı etdiklərinə görə sevirik, etmədiklərinə, edə bilmədiklərinə görə ittiham etmək əxlaqsızlığını bizə öyrətməyiblər!
p.s. yazıda adlarını müdafiə zəminində çəkdiklərimin heç birinin qarşısında nə maddi borcum var, nə də yaxşılıqları olmayıb ki, boynumun minnəti sayılsın! Azərbaycanın olanları qorumaq üçün addım atmaq şərəf işidir!
p.p.s. Əminəm ki, haçansa Emil Rasimoğlu Sabir Rüstəmxanlı ilə üz-üzə oturacaq, anlaşacaq, mənimlə üz-üzə gələndə isə bugünkü incikliyi yerində dəyişməz qalacaq – bu da var! Kəramətin “qorxusu” yoxdur: bizi də getdikcə özü kimi “həyasız”lıq etməyə məcbur qoyduğunu anlayır – yaxşı siyasətçi demokratdır!

 

Share: