
Ukraynada xüsusi əməliyyat başlayandan bəri Çeçenistandan döyüş bölgəsinə 21 mindən çox könüllü göndərilib.
Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Ümumilikdə, xüsusi əməliyyat başlayandan bəri zonaya 55,5 min döyüşçü, o cümlədən 21 min 600 könüllü gedib. Hazırda cəbhədə Müdafiə Nazirliyi, Rusiya Qvardiyası, “Əhməd” xüsusi təyinatlıları və Çeçenistan Daxili İşlər Nazirliyinin birləşmiş dəstəsinin əməkdaşlarından 11 mindən çox döyüşçü var”, – Kadırov qeyd edib.
Müstəqil.Az