Jurnalistikanın 4 və… “əla” hədiyyəsi – Aydın CAN yazdı

Jurnalistikanın 4 və… “əla” hədiyyəsi – Aydın CAN yazdı

Bu gün 4 fb dostumun ad günüdür:

Əlövsət Əliyev, Cavanşir Kazımov, Maşallah Dəvəli, Hidayət İsmayıl

Bu dörd dostdan üçünü qardaşına görə, həm də üçünü jurnalistliyə görə tanımışam!

İLK TANIŞIM və fb dostum:
Əlövsət Əliyevin 65 yaşa çatması məni bir az diksindirdi: mənim jurnalist kimi şəxsən tanıdığım ilk polis rəislərindəndir – eyni vaxtda həm Əlövsət bəyi, həm də İbrahim Quliyevi tanımışam!
Düzdür, onda Əlövsət Əliyevin özünün də irad tutduğu kimi, İbrahim Quliyevdən bir səhifə, Əlövsət Əliyevdən bir cümlə yazmışdım “Azadlıq”da: “İbrahim müəllimdən bir səhifə yazmaq lazım idi, yazdım, sizə də lazım olanda, sizdən də yazaram”
Bu, atüstü-qaçaraq mükalimə 1993-cü ildə olmuşdu.
Sonra – 2001-ci ildə, “Millətin Səsi” qəzetində Əlövsət Əliyevdən və Əlövsət Əliyevə görə bir neçə sayda bir neçə səhifə yazdım!
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bunu – ondan yazmağı və onun tərəfində olmağı haqq edirdi: mənə jurnalistikada, redaksiyalardan kənar, rəhbərlik və iş yoldaşlarından xaric İLK TƏRİFİ məhz bu CAVAN POLİS RƏİSİ rəva görüb: “gözəl jurnalist!”
Əlövsət Əliyev uşaqlıqdan məndə və ümumiyyətlə bizdə olan polis rəisi – “nəçənnik milisiyə” xofunu-vahiməsini sıfırlayan peşəkar polis zabitidir.
Mən çoxlu polis rəisləri tanıdım, amma heç biri Əlövsət bəy kimi səmimi, gülərüz, heç vaxt el içində hirsli-hikkəli olmayanı görmədim! Bəzən əsəbi və narazı olanda ağbəniz siması tam, qıpqırmızı qızarsa da, qeyri-etik bir ifadəsini də kimsənin eşitdiyinə inanmıram!
Çox cavan yaşda polis rəisi olmasını az qala qaxınca çevirirdilər onda – bilmirdilər ki, Əlövsət Əliyev Masallıda əməliyyatçı ola-ola, könüllü Şuşada döyüşçü od-alovundan keçib o vəzifəni haqq edib: ölkə “kommunist” “nəçənnik”lərdən xilas olmağa çalışırdı və ləyaqətli namizədlərdən biri də Əlövsət Əliyev olmuşdu!
Az bir vaxtda Lerikdə, Lənkəranda və Astarada rəis olan Əlövsət Əliyevin peşəkarlığı şəxsən Heydər Əliyev tərəfindən qiymətləndirilsə də, artıq 1995-ci ildə görəvdən alındı!
Bilmirəm, bunu indi demək olar ya yox, amma mən deyirəm: Əlövsət bəyin vəzifədən alınmağının səbəbi… bu gün müxalifətçilərin utanmadan, hər şeyi unudaraq və həm də tez-tez rəhmət oxuduğu Cəlal Əliyevin adamlarının dəmir-dümürünü İrana daşıyanların təzyiqinə, hədə-qorxusuna məhəl qoymayaraq, mallarını müsadirə etməsi olmuşdu… qanunun aliliyini təmin etmək məqsədilə atdığı digər radikal addımlara görə! Və… onda elə dönəmlər idi ki, Heydər Əliyev etiraf etməli olmuşdu jurnalistlərin qabağında: “O o qədər müstəqil adamdır ki, istəsə, hətta məni də söyə bilər!”
Əlövsət Əliyev az sonra pasport, ardınca miqrasiya xidmətində şərəfli polis obrazını yaşatmağa məhkum oldu: bəzən el arasında deyirlər e ““paqon” “paqon”a qarşı çıxmaz”, qələt edir onu deyən, mən şahidəm… polkovnik-leytenant Əlövsət Əliyev hətta bu ölkənin general-mayoruna qarşı çıxıb… narkotranzitdə, insan alverində Azərbaycan xalqının oğul və qızlarına qarşı mənəvi-fiziki terror apardığına görə!
Əlövsət Əliyev, dediyim kimi, hakimiyyət təmsilçisi və oxucum olaraq, mənə ilk tərif deyən şəxsdir, üstəlik də…
1997-ci ildə Moskvadan növbəti səfərimdən qayıdanda Şahbaz bəylə maşında harasa gedirdik: Əlövsət bəy qabaqda oturmuşdu, Faiq bəy mənimlə arxada. Tbilisi prospekti ilə irəliləyəndə Əlövsət bəy təklif etdi: “Vətəndaş Həmrəyliyi”nin baş redaktoru Aydın Canıyev yaxşı səslənir, etiraz etmə!”
Düzünə qalsa, Şahbaz Xuduoğlu Namiq Həsənovdan əvvəl də mənə təklif etmişdi, imtinamın səbəbini yazıram: “İbrahim Quliyev qışın qarında-çovğununda məni qardaşımla evində yerləşdirib, mən onun yerinə təyinatı qəbul edə bilmərəm” və çıxıb getmişdim Moskvaya.

Namiq Həsənov iki ya üç aydan sonra üzülüşəndə Əlövsət Əliyevin yenidən və bir daha səmimi təklifinə yox deyə bilmədim: yenə də baş redaktor yox, redaktor əvəzi statusunda olmaq şərtiylə.

İndi kimsə deyə bilər ki, Əlövsət bəyə heç iradın yoxdur, onu da deyirəm: rastlaşanda “gözəl jurnalist” müraciətini mənə çox görmürdü, mən də cəmi bircə dəfə irad tutdum: “Rəis, gözəl qız olur, gözəl paltar olur, mən yaxşı jurnalistəm”.
Vəssalam!
Hə-ə, bir dəfə də Lənkəranda rəis olanda separatçılar, hərəsi bir qruplaşmaya məxsus “etirazçılar” tez-tez “nöqsanlar”ı mətbuata ötürürdülər. Rastlaşanda irad tutdu ki, niyə etirazını bildirmirsən, dedim ki, rəis, iki nəfərin adını deyim, gəlsinlər, sənədlərini versinlər, pulsuz göndərin İrana, mən də yazım ki, ölməyən atamın olmayan goruna and olsun ki, İrana vizaya görə rüşvət alınmır!
Sağ olsun, o iki vizanı rüşvətsiz verdi və mən düz otuz ildir deyə bilirəm ki, Əlövsət Əliyevin rəis kimi rüşvət almadığına şəhadət verirəm!
Sonra… rəhmətlik Əli Salahlı demişkən, Aydın, sənin başına o qədər müsibətlər gəlib, mənim dinləməyə ömrüm çatmaz, gedək çayımızı içək!
Sonra… mənim başıma saysız müsibətlər gəlməkdə davam etdiyindən bir də Əlövsət bəydən türmədən çıxanda xəbər tutdum: miqrasiya xidmətində çalışan Əlövsət bəy artıq özü miqrant idi!
Səhhətimlə bağlı problemlər vardı, yeganə adam idi ki, nə lazımdırsa kömək etməyə, hətta Almaniyaya dəvətə qədər, hazır olduğunu bildirdi!
Təbii ki… təşəkkür etdim və heç nə istəmədim!
Niyə 65 yaşa çatdığına görə diksindim, səbəbi bu: Əlövsət Əliyev Azərbaycan gəncinin, hüquqşünasının, polisinin və polis rəisinin ən işıqlı simalarından biri kimi yaddaşımda qalıb: bu simanın qocalmasını heç istəməmişəm!
Təbrik edirəm, Qanunu, Sözü-Ədəbiyyatı, İnsanlığı gözəl bilən rəis!
Yəqin yadınızda qalar birlikdə “Yeni Müsavat”ın redaksiyasına gedəndə əlacsızcasına “Səfillər”dəki Javeri xatırlamağımız!
Əslində, bütün dünyada polis rəisləri Javerin günündədir – heç yerdə Berlindəki hakimdən yoxdur, onçun!
İndi bircə təsəllim və arxayınçılığım var ki, sizdən yana, əziz insan, Siz Almaniyadasınız və “Berlindəki hakim” hələ də öz nüfuzunu qoruyur!
Doğrudan da, hər zaman sizi “Sabir Rüstəmxanlının qardaşıdır” tənəsi ilə qısnayanlara “Sabir Rüstəmxanlı mənim qardaşımdır” notasını doğruldursunuz!
Bəli, Sabir Rüstəmxanlı Almaniyada yaşayan Əlövsət Əliyevin qardaşıdır!
Eynən… Üzeyir Hacıbəyli Parisdə yaşayan Ceyhun Hacıbəylinin qardaşı olduğu kimi!

2. “Kevin Kostner”in qardaşı: Cavanşir Kazımov

Bir mətn şəkili ola bilər
1985-ci ildə Lənkəranı tərk edəndən sonra ilk növbədə mənim tanıdığım “xarici millət”in nümayəndələri Tovuz və Füzuli vətəndaşları-sakinləri olub! – xahiş edirəm, bu “xarici millət” ifadəsinə don geyindirməyin, çünki 1985-ci ildə SSRİ-də yaşayırdıq, mən də talış olaraq, türk, ləzgi, rus, ukrain, erməni, belarus, tacik və s milllətlər kimi, hamısına “xarici millət” gözündə baxırdım.
Yarıgerçək zarafatı qoyaq bir kənara, keçək səbəbkarın təqdimatına: deməyim o idi ki, Füzuli mənə çox doğma şəhər, rayon olub. Rəhmətlik Ənvər Çingizoğlu mənim həm qrup, həm də parta yoldaşım olub. O Ənvər Çingizoğlu ki… Türkü dünyaya sevdirəcək gücdə azman bir qələm oldu!
Təəssüf ki, həm tələbəlik illərində, həm də sonradan həyatda Ənvər Çingizoğlu Fərəcovla tez ayrıldıq – ruhu şad olsun!
Sonra mən “Kommunist” qəzetində işlədim hərbi xidmətdən sonra: Mehdi Alıyev, Vahid Əzizov, Dilman Musayevlə birgə ən simsar dostlardan biri də Kazımov idi: Füzulidən! Jurnalistika fakültəsini əla qiymətlərlə bitirib, “Kommunist”də korrektor işləyən Zahid Kazımov!
Lənkəranda da Kazımovlar çox olub – amma mən Füzuli Kazımovlarını çox istəməli olmuşam!
Bir o sadə səbəbdən ki, “Azərbaycan” nəşriyyatının yataqxanasında həmin o Zahid Kazımovla eyni otağa (ev 2, mənzil 20) qeydiyyatdayam bu gün də. Və… Zahid Kazımovla ayrılığın üstündən illər keçəndən sonra (allah rəhmət eləsin!)… toya getdiyim yerdə məni çağırıb türməyə basanda, ilk harayıma çatan… Kazımov olub: Osman ağa.
Düzdür, bir orası da var ki, mənim başıma gələn çoxsaylı olaylarda Aslan İsmayılovu həmən, Elçin Sadıqovu sonradan yanımda görmüşəm, ancaq Osman ağa xanımımı arayıb, TƏMƏNNASIZ da peyda olub yanımda! Bilə-bilə ki… həbsin sifarişi hardan və kimdən nə üçün gəlib!
Mən Osman ağanı Kevin Kostnerə – həm simaca, həm də oynadığı rollara görə – bənzədirəm!
Dünyanın ən yaxşı OSMANlarından ən yaxşısıdır! “Canavarların rəqsi”nə baxmaq kifayətdir!
Günlərin bir günü fb-də yazımı paylaşmışam – təbii ki, latayır və əndrabadi ifadələr sağa-sola uçuşur, nəinki dilin, hətta fizikanın qanunları aciz qalıb, bu yandan da bir Kazımov çıxıb ortaya! Ki… mənə irad tutur!
Əvvəl Adamın adı, sonra yazdığı cümlə “qəza kranı”nı çəkdirdi – “əyləc”, “ruçnoy”la vəcə gəlməzdi e!
Kim olsa yaxşıdır? Bu gün 65 yaşı olan Cavanşir Kazımov!
Bəli, mənə həyatda və jurnalistikada yazdıqlarıma irad bildirmək cəsarəti, ərki və buna haqqı ola bilən nadir insanlardan biri – Cavanşir Kazımov!
ƏN AZINDAN: Osman Kazımov Bakı Apellyasiya Məhkəməsinin hakim heyətinə cəsarətlə “Eynulla Fətullayevin götünün qırağının Azərbaycan Dövlətinin informasiya təhlükəsizliyinə nə aidiyyatı var və hanı Eynulla Fətullayev, hanı ərizəsi, haçan istintaqda üz-üzə gəlib, hansı yüngülləşdirici, barışdırıcı tədbirlər görülüb istintaq zamanı” deyən bir XƏLİFƏdir! Ayrıca statusda vurğulayıb: Aydın Canın üstünə ittihamçı orqanın timsalında Dövlət düşmən kimi yeriyir!
Bax, həmin o Osman Kazımovun qardaşıdır Cavanşir Kazımov və Osman Kazımovun bugünkü təbrik mətnini oxuyanda Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” ifadəsi yadıma düşdü!
Siz də mənə qoşulun, təbrik edin “ondan da yaxşı qardaş” olmayan qardaşı… Cavanşir Kazımovu!
Onlar həm sevimli torpağın övladlarıdır, həm də böyük kişilərin böyük kişi kimi yaşayan oğullarıdır!

3. Maşallah! Dəvəlidən NƏR OĞUL!

Şəkilin açıqlaması yoxdur.
Anladığınız dini anlamda “maşallah” demirəm e, adamın adını deyirəm: Maşallah! Təxəllüsləri: Dəvəli!
Əslində, naxçıvanlıdırlar!
Bu Maşallah Dəvəlini də qardaşına görə tanımışam: İshaq bəyə görə.
İshaq bəylə 1990-cı illərdən tanışam! Tanışam deyəndə ki, divarın o üzündə o, xanımı, oğlanları Qorqud, Oğuz, qızı Duyğu ilə birotaqlı evdə yaşayıb, divarın bu üzündə mən kirayədə qalmışam qardaşımla Bünyad Sərdarovun heykəlinin arxasında – indi oradan əsər-əlamət qalmayıb: “mikrorayon tikməyə gələnlər” təzə şəhər salıblar!
90-cı illərdən İshaq bəylə də yollarımız ayrı düşdü, bir də bir beş il qabaq xəbər tutdum: Almaniyada imişlər. Azərbaycana gələndə məni qardaşları Nizami, Maşallah ilə görüşdürdü, Almaniyadan gətirdiyi eynəyi də mənə bağışladı və getdi!
İndi baxıram ki, Maşallahın da ad günüdür!
Səni təbrik edirəm, əzizim: yaxşı qardaşın yaxşı qardaşı!

4. Allah hamımızı Hidayət etsə, İsmayıl qurbanına ehtiyac olmaz!

Şəkilin açıqlaması yoxdur.
Ayə, qadan alım, mən ciddi deyirəm e, söz oynatmıram!
Bir dəfə “Yaranış”ın müəllifi Vahid Rzayev dedi ki, Aydın, haçan görsən, min nəfər bir yerdə “la ilahə illəllah” dedi, göyə işıq seli axdı, onda bil ki, o min nəfər həqiqətən də ürəyində Allah eşqi olan, adı çəkiləndə HƏR ŞEYİ unudan insanlardır!
Dedim ki, Vahid MÜƏLLİM, Siz də mənə elə şeyi deyirsiniz ki, heç mən o dünyada o qədərini bir yerdə görmərəm!
Güldü…
Bəli, dünyanın bir nömrəli problemi məhz o min nəfərdir!
Onçun deyirəm: hamınızı Hidayət etsə, hidayət etmək öz yerində!
Bu Hidayət ağa (cəbhəçilər özlərinə “bəy” deyir, mən də müsavatçılara “ağa” deyirəm) var ha, ondan min ədəd olsa, vallah, Azərbaycanda mitinq, piket, inqilab etməyə ehtiyac olmaz! Heç İsmayıl qurbanı kəsməyə də!
Məsələn, təsəvvür edin ki, bu dəqiqə min ədəd Hidayət İsmayıl var və hamısı da düz-düznəqulu, imanlı, kamil adamdır! Nə olar?
Əli-ayağı təmiz bu min ədəd Hidayət İsmayıl bir şirkət açar, bir iş qurar, heç kimin haqqını heç kim yeməz, heç kim heç kimin namusuna xor baxmaz, heç kim şər-böhtan atmaz, hər kəs dost, qohum-əqrəba üçün canından keçməyə hazır olar! Yaşa da, dədə! Əvvəl adına kommunizm deyirdik, indi sivil demokratik ölkə, tap, düzəlt, qayır, ortaya çıxar min ədəd Hidayət İsmayıl, gör kommunizm, demokratik sivil ölkə nətəri olur, dənə!
Təbrik edirəm, Hidayət ağa, mindəbir kişi!
Qoy bu ölkənin daha 999 Hidayət İsmayılı olsun, amin!
Share: