“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu

Martın 18-də “İçərişəhər” Dövlət Tarix_Memarlıq Qoruğu İdarəsi, idarənin Elmi-Mədəni Mərkəzinin təşkilatçılığı ilə “İzimizi itirməyək” layihəsi çərçivəsində Bakı Fotoqrafiya Evində “Düzgün yazı üslubu, qrafik şeirlər və gənclərə kitab oxumağı necə sevdirək” mövzusunda elmi-praktiki seminar, şair və esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.

Bir bir və ya daha çox şəxs şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.

Müstəqil.Az xəbər verir ki, görüşü giriş sözü ilə Mərkəzin direktoru, tarix elmləri doktoru Vəfa Quliyeva açıb, qonağı salamladıqdan sonra layihə, bugünkü seminarın mövzusu və qonaq barədə məlumat verib.
Bir kitab və bunu deyən yazı "İÇARİŞAHAR SaHaR โ1 /H//HИИ LIUIGA GLAおO "İzimizi itirmayak" silsila layihasi çarcivasinda "Düzgün yazı üslubu, qrafik şeirlar cavanlara kitab oxumağı neca sevdirak" adlı elmi-praktiki seminar, Salim Babullaoğlu ila görüş keçirilacak. aip Ezimaizi inizi itirms Salim Babullaoğlu şair, tarcümaçi, esseist, Azarbaycan Yazıçılar Birliyinin katibi. Avropa Elm va Sanat Akademiyasının haqiqi üzvü ELMİ-PRAKTİKİ SEMİNAR 18 mart 18mart11:00 11:00 içaRİŞaHaR,BAKIFOTOGRAFİYAEVİ BAKI FOTOGRAFİYAE içaRİŞaHaR," illüstrasiyası ola bilər
Sonra isə Səlim Babullaoğlu Azərbaycan və dünya ədəbiyyatı, xüsusən poeziya, folklor, şifahi və yazılı irs,
yeni poetik tendensiyalar, vizual poeziya ənənələri barədə geniş məruzə edib. Mütaliənin insanın formalaşmasındakı vacib rolu barədə danışıb. Auditoriyanın suallarını cavablandırıb. Sonra isə natiq öz yaradıcılığından – “İlyas Göçmənin şəkil dəftəri” və “Qrafik şeirlər” kimi poetik silsilələrdən nümunələr oxuyub. Şeirlər videomateriallarla müşayiət olunub.
Çıxışının sonunda Səlim Babullaoğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə, Elmi-Mədəni Mərkəzinin direktoru Vəfa Quliyeva, mərkəzin elmi işçisi Gülsüm Hüseynovaya və zəhməti keçən bütün əməkdaşlara təşəkkür edib, maraqlı sualları ilə diqqət çəkən dinləyicilərə öz kitablarını hədiyyə edib.
Müstəqil.Az
Bir bir və ya daha çox şəxs, xəbər otağı və mətn şəkili ola bilər
Share: