1969-cu ilin iyul ayının 14-ü mərhum Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəldiyi gün kimi tarixə düşüb. Son illər bu günü ölkəmizdə- Xalqın Özünə Qayıdışı Günü kimi də qeyd edirlər.
Sözüm ariflərədir, çünki hətta şah babamız Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəviyə dil uzadanlar məni doğru anlamazlar. Unudarlar ki, bir kəsi milyonlarla insandan fərqləndirən Allahdır, Allah! ONUN izni olmasa gün çıxmaz, yağış yağmaz, heç Yer kürəsi də öz yeində dayanmaz…
Xülasə, sizə Heydər Əlirza oğlu Əliyev haqqında danışmaq istəyirəm. Güclü intellektə malik olan bu şəxs, Allahın izni ilə dünyaya gəldiyi kimi, elə Allahın izni ilə də Azərbaycana uzun illər rəhbərlik edib. O, asan məqsədlərdən qaçır, çətinliklərdən qorxmurdu. Səmimi, dürüst, eyni zamanda çox emosional adam idi. Biz onun dəfələrlə kövrəldiyinin şahidi olmuşuq. Xəyanəti bağışlamırdı, çünki xəyanətdən böyük nadanlıq yoxdur. O, dövlətə, dəyərlərə, ləyaqətə sadiq insan olub. Əsas xarakter xüsusiyyətləri isə bunlar idi: Hörmətli, xeyirxah, qətiyyətli, optimist, səmimi, təşəbbüskar, şanslı, dözümlü, yumor hissi olan, dürüst, həssas, optimist, sədaqətli. Və səxavəti ilə seçilirdi. O, təmiz qəlbli insan, pis rəftara, yalan danışanlara qarşı dözümsüzdü. Eyni zamanda, məqsədinə çatmaq üçün əzmlə çalışır, bütün ömrünü insanların rifahı üçün sərf edirdi. İnsanlarla münasibətdə səbirli və qayğıkeş idi. Zəiflərin yanında olmaq, onlara dəstək vermək onun xarakterinin ayrılmaz hissəsiydi. O, həmişə faktlara əsaslanırdı. Şox inamlı və etibarlıydı. Son dərəcə bacarıqlı və işgüzar idi. O, yüksək standartlara çatmağı hədəfləyir, mühüm işlərin öhdəsindən asanlıqla gəlirdi. Həssas olmasına baxmayaraq, işdə dəqiq idi və həmişə müvəffəqiyyət qazanırdı. Dostluqda, eləcə də işdə əvəzolunmaz keyfiyyətlərə malikdi. Hamını olduğu kimi qəbul etməyi bacarırdı və çalışırdı ki, münasibətlərdə harmoniya pozulmasın. Onun səmimiyyətə böyük əhəmiyyət verməsi, vizual formalara və rəng tonlarına həssas olması, yüksək diqqətindən irəli gəlirdi. O, heç vaxt saxta olmayıb. İdealarına sadiq lider idi, ölkə gücləndikcə böyük zövq alırdı. Buna görə də, ölkənin maddi vəziyyətini tənzimləmək və israfçılıqdan qaçmaq onun həyatında mühüm yer tuturdu. Bəli, lider olmaq onun alın yazısı idi. Güclü yaddaşı, geniş miqyasda düşünmə qabiliyyəti vardı…
Elədir, iyulun 14-ü Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının ilk günü kimi tarixə düşüb. Bunu Allah belə istəyib…
Elman Eldaroğlu
















