İtkin düşən Ermənistan hərbçisinin meyiti tapılıb

İtkin düşən Ermənistan hərbçisinin meyiti tapılıb

İtkin düşən Ermənistan hərbçisinin meyiti tapılıb

Ermənistan Daxili İşlər Nazirliyi itkin düşən hərbçinin öldüyünü təsdiqləyib.

-nın xəbərinə görə, Ermənistan DİN 20 yaşlı Beniamin Manuçaryanın meyitinin Tsxuni kəndi yaxınlığında qar uçqunu altında tapıldığını açıqlayıb.

***

saat 15.11

Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda itkin düşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ölüb.

-nın “Pastinfo”-ya istinadən verdiyi xəbərə görə, valideynlərinə artıq hərbçinin meyitinin tapıldığı bildirilib.

Hələ ki, Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yaymayıb.

***

13 yanvar saat 22.44

Döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbçi ilə əlaqə kəsilib.

xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib.

Güclü qar və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”, – deyə nazirlikdən bildirilib.

Share: