İstedad və zəhmətin bəhrəsi – Leyla Məcidova yazır

İstedad və zəhmətin bəhrəsi – Leyla Məcidova yazır

 

Azərbaycan ədəbiyyatında tarixi roman yazısına müraciət edən
sənətkarları barmaqla saymaq olar. Bu da səbəbsiz deyil.Tarixi
roman yazmaq bu günlə keçmiş arasında mənəvi körpü yaratmaqla
bərabər yazıçıdan yaradıcılıq məsuliyyəti tələb edir.Belə ki, tarixi
həqiqətləri bədii təfəkkürün süzgəcindən keçirəndə gərək təhriflərə
yol verilməsin.Fərqi yoxdur,elmi və ya bədii əsər olsun, tarixi
saxtalaşdırmaq olmaz.Bu baxımdan tarixə müraciət edən hər bir
yazıçı tarixi hadisələri özünə bədii material seçərkən son dərəcə
diqqətli olmalı, oxucunu sual qarşısında qoymamalıdır.
Hacı Qəni Camalzadə özünü bu ağır yükün altına verməklə
fikrimizcə məsuliyyətini lazımınca dərk edib və “Kiaksarın axırıncı
savaşı” adlı tarixi romanını oxucularının mühakiməsinə verib. Yazıçı
kitabın əvvəlində qeydlərində deyir: “Kiaksarın axırıncı savaşı”
romanında tariximizin qədim və şərəfli dövrünü, Midiya imperiyasının
yüksəliş dövrünü qələmə almışam. Eramızdan əvvəl qırx il
hökmdarlıq eləmiş Şahənşah Kiaksar ömrünün sonunda, 486-cı ildə
skiflərin Muğan düzündə qurduqları çarlığın iyirmi səkkiz illik varlığına
son qoyub. Skiflərin bir qismini qırmış, qalanını da Dar Keçiddən
“İndiki Dərbənd” şimala, gəldikləri yerlərə qovmuşdu… Qeydlərinin
sonunda müəllif oxucunun diqqətini Qarabağın fatehi prezident İlham
Əliyevlə skiflərin 28 illik çarlığına son qoyan Şahənşah Kiaksor
arasındakı oxşarlığa yönəldərək yazır: “Prezident İlham Əliyev
düşmənlə şahənşah Kiaksar kimi rəftar elədi. Qırx dörd gündə iyirmi
səkkiz illik işğala son qoydu, erməniləri torpaqlarımızdan qovdu.Yaxşı
deyirlər ki, tarix təkrar olunur…
Mən bir tarixçi alim kimi “Kiaksarın axırıncı savaşı” romanını
maraqla oxudum və belə qənaətə gəldim ki, Hacı Qəni bu kitabı hər
şeydən öncə oxucularını qədim tariximizi öyrənməyə dəvət edir.
Çünki yazıçı bizi qədim Midiya dövrünə aparır Məlum olur ki, Şahənşah Kiaksar 40 il hakimiyyətdə olub. Onun hərbi yürüşləri,
qələbələri Midiya ordusunun döyüş taktikası habelə o dövrün
atəşpərəstlik dini və bir çox mənəvi dəyərləri barədə müfəssəl
məlumat alırıq .
Romanda həmçinin Kiaksardan sonra Midiyanın süqutu da bədii
boyalarla diqqətə çatdırılır. Göstərilir ki, taxt-tacın vəlihədi Asfiaqın
hökmdar dövründə ölkə uğursuzluğa düçar olur. Əslində əsərdə
şahənşah Kiaksara müəllifin rəğbətini, onun hakimiyyətini örnək kimi
göstərməsini duymaq heç də çətin deyil. Çünki məhz onun dövründə Midiya öz çiçəklənmə dövrünü yaşayır və bir də suvari qoşun
növünün yaradıcısı kimi oxucuların yaddaşına həkk olunur.
Hacı Qəninin “Kiaksarın axırıncı savaşı” adlı romanı 2021-ci ildə
işıq üzü görüb.Bu romana qədər çoxlu əsərləri oxucuların
mühakiməsinə verilib. Onun ilk hekayəsi 1976-cı ildə tələbə ikən
“Ədəbiyyat və İncəsənət “ qəzetində dərc olunub. Sonralar ”Kirpi”,
“Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azərbaycan” jurnallarında
müəllifin satirik hekayələri işıq üzü görüb.
Həmin hekayələr eyni zamanda “Yeni səslər” eləcə də 1985-ci
ildə “Yaxşı oğlanın dayısı” kitabında yer alıb. Oxucuların marağına
səbəb olan bu hekayələri ilə gənc müəllif bir yazıçı kimi ədəbiyyatda
öz imzasını təsdiqləyib.Ədəbi uğurdan ruhlanan yazıçı 1988-ci ildə
“Sonuncu yeznə” adlı daha bir hekayələr kitabını nəşr etdirir. 1998-ci
ildə “Qohumların əsiri” adlanan üçüncü hekayələr toplusu oxuculara
təqdim olunandan sonra müəllif roman janrına müraciət edib. Birbirinin ardınca “Qızıl xotuğ” və “ Karxana” romanları kitab halında çap
olunub.Həmin romanlar rus və ingilis dillərinə çevrilib.
Hacı Qəni Camalzadə Azərbaycan ədəbiyyatının xaricdə
təbliğinə də dəyərli töhvə verib.Onun son beş ildə “Kiaksarın axırıncı
savaşı” və “Şeytana daş atanlar” romanları ölkəmizin hüdudlarından
kənarda nəşr olunub Hazırda daha iki roman üzərində işləyir.İndiyə qədər müəllifin 15
cilddən ibarət seçilmiş əsərləri işıq üzü görüb.
Azərbaycan nəşrində özünə məxsus yaradıcılıq üslubuna malik
olan Hacı qəni Camalzadə artıq oxucu auditoriyası qazanıb. Bu da
onun bulaq kimi axan Şəffaf nəşr dilindən, maraqlı oxucunu intizarda
saxlayan sujet qurmaq bacarığından həyatda ən mühüm hadisələri
süzgəcdən keçirib bədii matyeriala çevirmək qüdrətindən, bir sözlə
yaradıcılıq məsuliyətindən irəli gəlir.
Azərbaycan nəşrinə öz töhfəsini verən Hacı Qəni Camalzadə
1956-cı ildə Azərbaycanın Lerik rayonunda doğulsa da, kiçik
yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 1971-ci ildə orta
məktəbi 1977-ci ildə Azərbaycan Politexnik İnstituitunu bitirib.
İstehsalatda müxtəlif vəzifələrdə çalışıb.1992-1993-cü illərdə birinci
Qarabağ döyüşlərində iştirak edib. Hərbi xidmətdən tərxis olunandan
sonra təqaüdə çıxana qədər fərdi sahibkarlıqla məşğul olub. Bədii
yaradıcılığa gəldikdə isə hələ orta məktəb illərindən kiçik hekayələr
yazmağa başlayıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi ilk hekayəsi
tələbə ikən işıq üzü görüb.Sonralar kiçik hekayələrdən böyük
romanlara qədər yaradıcılıq yolu keçib.
Tarixi romana ilk dəfə müraciət edən müəllif “Kiaksarın axırıncı
savaşı” adlı əsərini ortaya qoymaqla ədəb ictimaiyyətin diqqətini cəlb
edib.İnanıram ki, uğurlu yaradıcılıq axtarışlarını davam etdirən kifayət
qədər yaradıcılıq təcrübəsi olan yazıçının istedadı və zəhməti layiqli
qiymətini alacaqdır.

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Məcidova Leyla Qadir qızı

Share: