Bir qrup şəxs Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İranı idmanda ayrı-seçkiliyə yol verməmək prinsipini pozduğuna görə 2024-cü il Paris Olimpiadasında iştirakdan kənarlaşdırmağı xahiş edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məsələ İranda qadınların güləş, boks, üzgüçülük, voleybol və gimnastika ilə məşğul olmasının qadağan edilməsidir.
Səlahiyyətlilər bu məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsi ilə də əlaqə saxlamaq niyyətindədirlər.















