Ədəbiyyat aləminin parlaq simalarından biri də yazıçıların sevimlisi, mədəniyyətin incə həlimini içində daşıyan, hər bir yaradıcı insana yoldaş olan ziyalı şəxsiyyət – Rauf Aslanovdur.
Onun adı çəkiləndə göz önünə ədəbiyyatın qayğısını çəkən, şairlərin, yazıçıların dərdini öz dərdi bilən, idarəçilik peşəsinin incəliklərini sənət ruhu ilə birləşdirən bir adam gəlir.
Rauf müəllim – sadəcə bir aparat rəhbəri və ya baş müşavir deyil. O, insan qəlbinin ustasıdır. Söz adamlarının, yaradıcı insanların incə ruhunu duya bilən, heç kimin xətrinə dəymədən sözünü deyən, məsləhətini verən, hər kəsə gülümsəyərək yaxınlıq göstərən bir mədəniyyət təmsilçisidir. Onun təmkinində bir müdriklik, rəftarında isə bir ucalıq var.

Ədəbi mühitin tanıdığı və sevdiyi Rauf Aslanov ,aparat rəhbəri kimi işinin ustasıdır, amma vəzifə kürsüsünü heç vaxt rəsmi sərhədlərlə məhdudlaşdırmayıb. O, şairin şeirinə, yazıçının hekayəsinə, publisistin sözünə hörmətlə yanaşan, onların yolunu açan, sözdən gələn işığa qəlbini verən insandır.

Rauf müəllimin ünsiyyət tərzində bir rəhmət, bir mərhəmət var. Elə bu səbəbdən də hər kəs onunla danışanda sanki bir dostla söhbət edirmiş kimi rahatlıq tapır. Onun ürəyi bütün insanı keyfiyyətlərə – mərhəmətə, sədaqətə, təvazökarlığa və qayğıkeşliyə məxsusdur.
Ədəbi mühit üçün belə insanlar bir körpü rolunu oynayır. Yazıçı ilə oxucu arasındakı məsafəni azaldan, söz adamının sözünü ucaldan, yaradıcı qəlblərə yol açan ziyalıların sayı çox deyil. Bu mənada Rauf Aslanovun adı özünəməxsus bir zirvədə dayanır.
O, həm idarəçi, həm dost, həm də bir qəlb adamıdır. Elə buna görə də ədəbiyyat cameəsi onu “sözün işığını daşıyan müşavir” kimi tanıyır.
Şair, publisist Damət Salmanoğlu
















