İmişlidə Heydər Əliyev ilə bağlı konfrans keçirildi — Fotolar

İmişlidə Heydər Əliyev ilə bağlı konfrans keçirildi — Fotolar

Ötən gün İmişlidə Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rəhim Süleymanov və Qaçay Qarayev, Vətən müharibəsi qaziləri, çağırış yaşlı gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Konfrans başlamamışdan öncə Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrünün xalqımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Vurğulanıb ki, rəşadətli Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyev formalaşdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açılıb.

Konfransın sonunda xatirə şəkilləri çəkdirilib.


Share: