Göylərdir məkanım
Yağış damcısına adım yazılıb,
Buz olub göylərdən enəcəm yerə.
Mənimçün darıxan gözəl dostlarım,
Sizin xətrinizə dönəcəm yerə!
.
Məni təbrik etsin bulud adamlar,
Qorxaqlar, şimşəkdən uzaq durun siz.
Göylərdir məkanım yerlər deyil ha,
Yerlərdə ha mənçün tuzaq qurun siz!
.
Məni təbrikə gələn əziz dostlarım,
Adınız mənimlə ucalacaqdır.
O kəs ki, yüz ili vuracaq başa,
Şərəfli ad ilə qocalacaqdır!
Təbrizin!
Qaldıran tapılmır bu ağır yükü,
Dünyadan ağırdır daşı, Təbrizin!
Gözümün içində gürşada dönür,
Axır gözlərindən yaşı, Təbrizin!
.
Zülm ilə ayırdılar eli-elindən,
Oldu vətənindən,oldu dilindən.
Ay Allah, bir ovuc farsın əlindən,
Dərd-bəla içində başı,Təbrizin!
.
Min ildir yurdumu zindana salıb,
Üçbaşlı əjdaha qəlbindən çalıb..
Qəriblər diyarı həsrətdə qalıb,
Çatılıb dərd-qəmdən qaşı Təbrizin!
.
Qartalı qıy çəkir,uca dağların,
Bağbansız qalıbdır
baxça-bağların.
Ay İman,gur yansın qoy ocaqların,
Dünyayla tən gələr yaşı Təbrizin!
TƏBRİZ,AZƏRBAYCANDIR!!
Güneylərdə səda var, millətim ayaqdadır,
Min illərin hikkəsi, qüdrətim ayaqdadır.
Yurduma sədaqətim, qeyrətim ayaqdadır,
Bir bədən, iki candır!
Təbriz Azərbaycandır!
.
Erməni üzün öpən müsəlman ola bilməz,
Təbrizimiz Bakıdan ayrıca qala bilməz.
Allaha şirk çıxanlar qələbə çala bilməz,
Bir bədən,iki candır!
Təbriz Azərbaycandır!
.
Bu işin arxasının başqa bir sorağı var,
Türkə düşmən kəsilən.. Fransız barmağı var,
Qoç-qoca “baba”ların bu işdə qınağı var,
Bir bədən,iki candır!
Təbriz Azərbaycandır!
.
Əmmamələr altında əfi ilanlar yatır,
Firəngistan əliylə günahsız qanlar batır.
Qorxu gəlir Qüzeyə,Güneydən sözlər atır,
Bir bədən iki candır!
Təbriz Azərbaycandır!
.
“Qız Qalası”,”Qazan Xan köşkü”n-də ocaq çatın,
Duranlara əmr edin,yatanları oyadın!
Üçrəngli Bayrağınla dillərə düşsün adın,
Bir bədən, iki candır!
Təbriz Azərbaycandır!
.
Dünyanın ən qəhrəman igidləri bizdədir,
Can-fədayi Ordusu,şahidləri bizdədir.
Məzarları pir olmuş Şəhidləri bizdədir,
Bir bədən, iki candır!
Təbriz Azərbaycandır!
.
Süleyman,həm Bəxtiyar,Şəhriyar avazlıyam,
Ərdəbil,Mazandaran,həm də ki, Şiraz*lıyam,
Bir əlimdə qələm var,bir əli mən sazlıyam,
Bir bədən, iki candır!
Təbriz
.Azərbaycandır!
Min illərin həsrəti çözələnir,yapılmır,
“Nəmrud”ların ordusu dizə çökür,çapılmır..
“Günahkarıq” deyillər,günahımız tapılmır,
Bir bədən, iki candır!
Təbriz Azərbaycandır!
















