Sayğıdəyər dostlarım bilir ki, şəxsi münasibətlərə ya qarışmaz, ya da qarışıb onu sülhlə sonuclandıraram. Elə məsələlər var ki, insan gərək özünü kənarda tutmasın.
Əvvəllər ermənilər milli dəyərlərimizi ya təhqir edər, ya da öz adlarına çıxardı. Sonradan sapı özümüzdən olan baltalar da ermənilərə eşlik etməyə başladı. Əsili, nəsili, şəcərəsi bəlli olmayan, yeddi beldən gələnlər gah Şah İsmayıl Xətaini, gah Həcəri, gah Vaqifi, gah Səməd Vurğunu və bir çox dəyərlərimizi hədəfə aldılar. Şübhəsiz, bu adamlar bugün də bir şəbəkədən idarə olunur və onların tulapayı ilə yallanırlar. TV və mətbu orqanların əksəriyyəti bu qarayaxanların əlində cəm olub desəm yanılmaram. Bugün tv-lərdə əxlaqsızlıq, ədəbsizlik, tərbiyəsizlik örnək kimi təbliğ edilir. Bugün milli dəyərlərimizi aşağılayan bir sürü əkrəm əylislilər ordusu “iş” başındadır.

Türkə düşmən kəsilən, bir qismi cona, bir qismi cinə, bir qismi farsa, bir qismi rusa işləyən çörəyi dizlərinin üstdə olan, sayları iki cüt, bir təkdən ibarət bəzi etnik qrupların nümayəndələri bugün də alət olmaq “missiyalarını” davam etdirir. Xatirimdədir, “qarayaxma” şəbəkəsi 2-3 il öncə AYB sədrinin müşaviri Sayman Aruza qarşı min cür fitnə-fəsad oynuna girişmişdi, adamı sübutsuz, dəlilsiz iran təhlükəsizlik xidmətinə işləməkdə günahlandırırdılar. “Qara məni basınca, mən qaranı basım” prinsipi ilə işləyən bu quzğunlardan soruşan olmadı ki, bəs nədən Sayman Aruzun iran xüsusi xidmət orqanına işləməsini bizim təhlükəsizlik xidməti orqanları təsdiq etmədi?! Neçə gündür ki, bir iyrənc sürəcə yenidən start veriblər, qarayaxmalara saxta imzalarla nail olmağa çalışırlar. 283 nəfərdən ibarət, sicilləmə bir siyahı peyda olub. Bu, 99%-nin adı heç it dəftərində də tanınmayan bir “etirazçılar” siyahısıdır. Bir az dərinə getsək, orda adları yazılanların ya bu siyahıdan xəbəri yoxdur, ya da həyatda heç mövcud deyillər. Axı Sayman Aruz uzun illərdir ki, ədəbi-mədəni, ictimai-siyasi cəbhədə Cənubi Azərbaycanı ləyaqətlə təmsil edib. 15-20 il ərzində Saymanla 9-10 dəfə rastlaşıb, görüşsək də, onu mənə daha yaxından tanıdan ən yaxın dostlarım, əsl ədəbiyyat insanları, sonra isə onun yazıları və ictimai mövqeyi olub. Bu gün isə, amalları və əməlləri çirkab qoxuyanlara demək istəyirəm: Əlahəzrət həqiqətdən uca heç kim və heç nə ola bilməz. Sayman Aruz dəyərli şair- yazar, milli mücadilə adamıdır!















