Cəlilabadda yaşayıb yaradan tanınmış qələm adamı İlqar İsmayılzadə bu günlərdə işıq üzü görmüş yeni kitabı haqda yazdığı məqaləni Müstəqil az-a göndərib. Yazını təqdim edirik:
Nəşr olunmuş əsərlərimdən biri də bu il yazmağa qərar verdiyim və bu günlərdə nəfis şəkildə işıq üzü görmüş bir təqdimat əsəridir.
Kitabın adı: “Şəhla Rəvan zirvəsi” (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, pedaqoq, filoloq, ədəbi təhlilçi, tənqidçi və şair Şəhla xanım Rəvanın həyat yoluna bir baxış)
Müəllif: İlqar İsmayılzadə
Dizayner: Səbinə Hüseynzadə
Naşir: “İmza” Nəşrlər Evi, Bakı
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 172 səhifə
Kitab barədə:
Bu əsər Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın həyat yolu və yaradıcılığına həsr edilmiş bir təqdimat kitabıdır.

Kitabda Şəhla Rəvanın özü və mənim barəmdə yazdığı ürək sözlərindən sonra tərəfimdən geniş ön sözü, bundan sonra isə aşağıda göstərilən altı fəsil mövcuddur:
Birinci fəsil: Bioqrafik məlumatlar;
İkinci fəsil: Əsərləri ilə tanışlıq;
Üçüncü fəsil: Önəmli xüsusiyyətləri ilə tanışlıq;
Dördüncü fəsil: Baxışları ilə tanışlıq;
Beşinci fəsil: Şəhla Rəvan başqalarının vəsfi ilə;
Altınci fəsil: Sənədlər və fotolar.
Kitab Şəhla Rəvanın həyat yolundan başlayaraq onun indiyədək nəşr olunmuş kitablarının təqdimatı, həyatda malik olduğu xüsusiyyətləri və müxtəlif sahələrə olan baxışları, eyni halda rayonun tanınmış simaları, ziyalılar və qələm yoldaşlarının onun haqqında söylədikləri fikirləri, həmçinin, bu dəyərli xanım-xatının uşaqlıq dövründən indiyədək fotoşəkilləri, müxtəlif sənədləri və əldə etdiyi çoxsaylı fəxri fərman, diplom, sertifikat və təşəkkürnamələrinin fotoşəkillərini özündə ehtiva etmişdir.
Bu təqdimat əsərinin doğma elimizin elit-ziyalı xanımı, görkəmli ədəbiyyatşünas, filoloq və şair Şəhla Rəvanla bağlı oxuculara əhatəli məlumat və tanıtım təqdim edəcəyi ümidi ilə!
Təşəkkür və diləklər!
Sonda indiyədək işıq üzü görmüş sayca 51-ci məlum əsərimin nəşrində öz şəxsi məlumatlarını səmimiyyətlə mənə təqdim etmiş əzizimiz və dəyərlimiz Şəhla xanım Rəvana səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan ona uzun, sağlam və mənalı-məsud ömür, işlərində və ədəbi yaradıcılıq sahəsində davamlı uğurlar diləyirəm!
Bu arada kitabın yüksək keyfiyyətlə nəşrində rolu olmuş “İmza” Nəşrlər Evinin rəhbəri, dəyərli qardaşım Səbuhi Aslana və eləcə də kitabın peşəkar dizayneri Səbinə xanım Hüseynzadəyə təşəkkürümü bildirir, onların hər birinin məsud olmasını arzulayıram!
İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist
28.12.2025
















