Şəddat Cəfərov -85
Bu doğma vətənin bircə qış günü
Yaxşıdır qürbətin yüz baharından.
Xalq şairi Nəbi Xəzrinin bu poetik misralarında danılmaz həqiqət var . İnsan ömrü boyu qürbətdə yaşasada vətən sevgisi onu tərk etmir. Başqa sözlə desək , qazandığı şan şöhrət , tükənməz var- dövlət ….
Vətən sevgisini əvəz edə bilmir. Çünki bu sevgi ana südündən qaynaqlanır. Təsadüfi deyil ki, məqam tapan kimidoğma el –obanın yanına qayitmağa tələsir.
Təbii ki, tanınmışyazıçı-jurnalist, Azərbaycanı ilk poliqrafçı alimi Şəddat Cəfərov da vaxtiylə bu hisləri yaşayıb. 1985 ci ildə Sov.İKP MK nın göstərişi ilə “ Ulyanovskaya Provda” nəşriyyatına baş direktor təyin edilən Azərbaycanlı alim Ulyanovsk şəhərində şöhrət zirvəsinə qalxsada, böyük hörmət və yaxşı ad -san qazansa da ürəyi həmişə Azərbaycanla döyünüb. O öz hörmət və nüfuzundan istifadə edərək əzəli torpağımız olan Dağlıq Qarabağla bağlı erməni yalanlarının qarşısına bir sədd kimi Azərbaycan həqiqətlərini ortaya qoyub, xalqımızın milli mənəvi dəyərlərini təbliğ edib, Təbii ki , belə bir alovlu vətənpərvər insan doğma el- obaya fayda vermək üçün Rusiyada çox qala bilməzdi. Bakının çağırışını qəbul etməli idi. Çünki burada yaradıcı şəxs mətbuat və informasiya mütəxəssisi kimi ona böyük ehtiyac vardı…
Milli poleqrafiyanın inkişafında böyük xidmətləri olan Şəddat Muğdat oğlu Cəfərov 1940 cı ildə Lənkəran rayonunun Gərmətük kəndində anadan olub. O əvvəlcə kənd məktəbinin birinci sinifində oxuyub, sonra ailə Bakıya köçüb, Şəddat 1955 ci ildə Bakı şəhərində 44 saylı orta məktəbin yeddinci sinifini bitirərək 26 Bakı komisarı adına ( indiki 1 saylı ) mətbəədə sinkoqrafiya sexində şagird kimi əmək fəaliyyətinə başlayıb. Istehsalatdan ayrılmadan orta təhsilini 57 saylı axşam fəhlə – gənclər məktəbində başa vurub. Sonralar Sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Hərbi xidmət illəri onun dünya görüşünün formalaşmasında , mənəviyyatının zənginləşməsində böyük rol oynayır . Ordudan təxris olunduqdan sonra yenə öz doğma kollektivinə qayıdır. Mətbəədə daha sinkoqrafçı deyil, mühəndis vəzifəsində çalışır. Mətbəədə böyük iqtisadi səmərə əldə etmək üçün yeni üsullar tapır və ilk dəfə avtomatlaşdırılmış axın xəttini tətbiq edir. Gənc poliqrafçı istehsalatla bərabər elmi işlə də məşqul olur və nəticədə elmi uğurlarından bəhs edən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir, iqtisadi elmləri namizədi alimlik dərəcəsini alır.
Şəddat Cəfərov təkcə yeniliikçi,istedadlı poliqrafçı kimi deyil,rəhbərlik bacarığına görədə tez tez məsul vəzifələrə irəli çəkilib. O “Yeni kitab” mətbəəsində direktor sonra isə “Kommunist” nəşiriyyatında təsərrüfat işləri üzrə baş direktor müavini vəzifəsində işləyib.
1985-ci ildə Şəddat Cəfərovun həyatında yeni dövr başlayıb. O yuxarıda qeyd etdiyimiz kimi o, Rusyanın Ulyanovski şəhərində “Ulyanovskaya Pravda” nəşiriyyatına baş direktor vəzifəsinə təyin olunub və qssa müddətdə nəşiriyyatı ən qabaqcıl müəssəyə çevirib.
Ulyanovskdə işlədiyi illərdə şəhərin deputatı və Vilayət Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü seçilib. Ş. Cəfərov eyni zamanda tanınmış poliqrafçı alim kimi Ulyanovsk İqtisadi Universitetində idarə etmədən mühazirələr oxuyub.
Vəziyyət elə gətirir ki, Ulyanovsk şəhərində məsul vəzifədə çalışan və burada böyük nüfuz , hörmət sahibi olan Şəddat Cəfərov bir Azərbaycanlı alim, yazıçı-yurnalist kimi öz vətənpərvərlik missiyasını da ləyaqətlə yerinə yetirib.Belə ki, O, qeyd edildiyi kimi, erməni yalanlarının ifşasında Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayır.Təbii ki, onun vətənpərvərlik nümunəsi haqqında məlumat doğma Azərbaycana da gəlib çatıb.Beləliklə , Bakının dəvəti ilə vətənə qayıdıb.Vətənə qayıdışı 20 yanvar faciəsinin yaşandığı dövrə təsadüf edib.Mətbuat və İnformasiya nazirinin köməkçisi kimi fəaliyyətə başlayıb.Lakin O, nazirlikdə özünü istehsalatdan təcrid olunmuş kimi hesab edərək bu vəzifədə qərar tuta bilməyib.1991-1992-ci illərdə3 saylı Bakı Kitab Mətbəəsində direktor, 1992-1993-cü illərdə “Azərbaycan” nəşriyyatının direktoru, Ensiklopediya Nəşriyyat –Poliqrafiya birliyində baş direktor müavini , “Göytürk” mətbəəsinin direktoru 1994-cü ildən Ofset Çap Kombinatında direktor, 1998-ci ildə “Şans” Nəşriyyat –Poliqrafiya Mərkəzinin direktoru vəzifələrində çalışıb.2002-ci ildən isə Bakı Mətbəəsi ASC-nin direktoru vəzifəsində işləyir.
Şəddat Cəfərov həm bir yazıçı-jurnalist, həm mətbuat və informasiya mütəxəssisi,həm də tanınmış alik kimi inkişaf etmiş ölkələrin mətbuat sisteminə inteqrasiyasına səy göstərib.Ümummili lider Heydər Əliyevin siyasi xəttini dəstəkləyərək onun dünyəvi şəxsiyyət kimi təqdim olunmasına öz töhfəsini verib.1992-ci ildə “Azərbaycan” nəşriyyatına rəhbərlik edən Şəddat Cəfərov o dövrdəki çətinliyə və təzyiqlərə baxmayaraq Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin şəklinin “Naxçıvan yaşayır,döyüşür” kitabının üz qabığında verilməsinə nail olub.
Şəddat Cəfərov öz fəaliyyətini təkcə mətbuat və informasiya mütəxəssisi kimi məhdudlaşdırmayıb.O, həm də bədii yaradıcılıqla məşğul olur.Onun “Balamirzə yazandı” , “Mədəni adam” , “Qovaq ağacı”, “Yaxşısı budur dözək”, “Həbib dayı və müdir bəy” , “Arayış”, “İmtahan”, “Bəs təhqir olunmuş qalaq?”, “Vəd” və s. Kimi hekayələrində müasir cəmiyyətdə baş verən reallıqlar öz əksini tapır.
Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov haqqında çox əsər və publisist yazılar işıq üzü görüb.Yazıçı-publisist Ağəddin Mənsurzadənin “Atalar üçdən deyib” publisist yazısı şair Elşad Səfərlinin “Səhərə tələsən qatar” kitabındakı poema ,Fatma Həsənqızının “Acılı-şirinli günlər” kitabı , “Söz” jurnalının və “Nəbz” qəzetinin xüsusi buraxılışları və s.məhz Şəddat Cəfərovun həyat və fəaliyyətinə hısr olunub.İstər bu bədii, istərsə də bu publist qeydlərində onun humanist , vətənpərvərlik . yüksək mənəvi keyfiyyətləri sadalanır.Azərbaycan poliqrafiyasının inkişafına şəxsi töhfəsi diqqətə çatdırılır.Təsadüfi deyil ki, “Söz” jurnalının baş redaktoru, tanınmış yazıçı-yurnalist Sevda Əlibəyli Şəddat Cəfərovu “Peşəsinin adamı” Xalq şairi Sabir Rüstəmxanlı isə onu “Poliqrafiya elminin ilk qaranquşu” adlandırıblar.
Çoxcəhətli fəaliyyətə malik olan Şəddat Cəfərov bir alim kimi də diqqət çəkir .O, İran, Rusiya , Fransa, Almaniya , Türkiyə və digər xarici ölkələrdə poliqrafiya təcrübəsinin öyrənilməsi üzrə keçirilən beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edərək Azərbaycan təcrübəsini ortaya qoyub.
Hazirda 3 saylı Bakı mətbəəsində poliqrafik fəaliyyətini davam etdirən Ş.Cəfərov öz bilik və bacarığını gənc poliqrafçılara həvəslə öyrədir.
Şəddat müəllim ömrünün 85-ci ilini yaşayır.Lakin ötən illərə xəyalın qürürla baxır.Çünki bu illərin hər biri qazandığı uğurlardan xəbər verir.Axı , O “Əkinçi”
Mətbuat Cəmiyyətinin Vitse –Prezidenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü və “Qızıl Qələm” Media Mükafatı laureatıdır.
Bəli ötən illərin heç biri yelə sovrulmayıb.Bu ildən eyni zamanda Ş.Cəfərovun bədii, elmi və publisistik kitablarında əbədiləşib.Onun yaradıcı təfəkkürünün bəhrəsi olan “Hadisələr, düşüncələr “, “Kitab çapı” , “ Ötən illərin əhvalatları”, “Kitab gözəlliyinin elmi mahiyyəti” , “Əzəldən bağlıyam sözə”, “Sabir Rüstəmxanlı yolu” və s. Kitabları bu gün də oxucular tərəfindən sevə-sevə oxunur.
85 yaş yazıçı-jurnalist, ölkəmizin ilk poliqrafçı alimi Şəddat Cəfərovun növbəti yubiley yaşıdır.Şəddat müəllimi bu münasibətlə təbrik edir, Azərbaycan poliqrafiyasının inkişafı naminə ona xoş,sağlam,bitməyən söz ömrü arzulayıram.
85 yaşın sevinci
Yazıçı-jurnalist , poliqrafçı alim
. Şəddat Cəfərova
Köçəri quş kimi baxdın hər ilə,
Vermədin bir günü küləyə, yelə.
Ucalıq gətirdin bu doğma elə,
Nə yaxşı ömrünə 85 gəlib.
Qonaq tək tutubdur üz ünvanına,
Sənət ünvanına, söz ünvanına.
Halaldan iz düşüb öz ünvanına,
Nə yaxşı ömrünə 85 gəlib.
Bir vaxt qürbətdən gəlsə də səsin,
Vətəndən güc aldı qəlbin , nəfəsin.
Hələ ki, sönməyib gənclik həvəsin,.
Nə yaxşı ömrünə 85 gəlib.
İnsana verilən ömür də paydır,
Sınağı sərt qışdır, bürkülü yaydır.
Niyyətin , məramın Günəşdir, Aydır,
Nə yaxşı ömrünə 85 gəlib.
Zəhməti bağladın, düz yaşamağa,
Qoydun hər bir yerdə iz yaşamağa,
Sənin ki, haqqın var yüz yaşamağa,
Nə yaxşı ömrünə 85 gəlib.
Məcidova Leyla Qadir qızı
Lənkəran Dövlət Universitetinin dossenti,
tarix üzrə fəlsəfə doktoru.
















