Azərbaycan Yazıçılar Birliyinin iki üzvü “Ən Yeni” ədəbi cərəyanı yaratdığını elan edib.
Bu barədə Teleqraf-a şair, yazıçı, esseist, “Lal gəmilər” kitabının müəllifi Seyid Aynur məlumat verib.
Onun sözlərinə görə, həmkarı Gülnar Ümidin də qoşulduğu ədəbi cərəyana yeni yazarların cəlb olunacağı gözlənilir.
“Əsas məqsədimiz Azərbaycan dilinin saflığını qorumaq, milli kimliyi və milli-mədəni dəyərləri ədəbiyyat vasitəsilə yaşatmaq, sadə və poetik dildə yazılmış müasir ədəbi nümunələrin yaranmasını təşviq etmək, istedadlı qələm sahiblərinin, xüsusilə gənc və regionlarda yaşayan yazarların ədəbi mühitə qazandırılmasına dəstək olmaq, ədəbi düşüncədə yenilik və dinamika yaratmaq, eləcə də ədəbiyyatda gender bərabərliyinin təmin edilməsinə töhfə verməkdir” – Seyid Aynur əlavə edib.




















