Bu gün UEFA Çempionlar Liqasında 7-ci turun sonuncu oyunları keçiriləcək.
Müstəqil.Az xəbər verir ki, azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi “Qarabağ” – “Ayntraxt Frankfurt” qarşılaşmasından əlavə, Avropanın yaşıl meydanlarında daha 8 qarşılaşma baş tutacaq.
Ağdam klubunun oyunu ilə paralel keçiriləcək görüşdə Türkiyə təmsilçisi “Qalatasaray” İspaniya nəhəngi “Atletiko”nu qəbul edəcək.
Azərbaycan çempionunun növbəti və sonuncu turdakı rəqibi “Liverpul” isə Fransada “Marsel”in qonağı olacaq.
UEFA Çempionlar Liqası, 7-ci tur
21 yanvar
21:45 Qarabağ – Ayntraxt Frankfurt
21:45 Qalatasaray – Atletiko
00:00 Bayern – Union Royal
00:00 Marsel – Liverpul
00:00 Çelsi – Pafos
00:00 Slaviya – Barselona
00:00 Yuventus – Benfika
00:00 Atalanta- Atletik Bilbao
00:00 Nyukasl Yunayted – PSV
Heybət






















