Peşəkar musiqiçi Hüseyn Məhəmmədoğlunun ilk solo konserti bir sıra maraqlı məqamlarla yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, klarnet ifaçısını dinləyən tamaşaçılar arasında II Qarabağ müharibəsi qaziləri çoxluq təşkil edib.
Ən yaddaqalan məqam isə konsertin sonunda “Zəngəzur yallısı” ifa olunan zaman bütün qazilərin səhnəyə çıxması olub. Klarnetdə müşayiət edən Hüseyn Məhəmmədoğlunu xanəndə Pərviz Qasımov muğam ifası ilə daha da coşdurub.
Qeyd edək ki, “Zəngəzur yallısı”nın bəstəkarı Xalq artisti Brilliant Dadaşovanın atası Süleyman Dadaşovdur.
















