Hüseyn Cavidin böyük xəyanəti – Aqşin YENİSEY yazdı

Hüseyn Cavidin böyük xəyanəti – Aqşin YENİSEY yazdı

Mir Cəlal xatirələrində yazır ki, Hüseyn Cavidlə eyni küçədə yaşayırdıq. Hərdən Cavid əfəndi axşamlar söhbətləşmək və ya nərd oynamaq üçün bizə gələrdi.

Bir dəfə gələndə görür ki, Mir Cəlal gənc qadın şairlərin yaradıcılığından məqalə yazır. Mir Cəlala deyir ki, qələminə heyfin gəlmir? Elə mövzulardan yaz ki, mövzu səni qorusun. Füzulidən yazanı yazı özü saxlamasa da, Füzuli saxlayacaq!
Bu məsələdə çoxları Hüseyn Cavidi haqlı hesab edir.
Şəkilin açıqlaması yoxdur.Bir dərs şəkili ola bilər
Amma nə qədər böyük şair olsa da Hüseyn Cavid bu “nəsihətiylə” ədəbiyyata, sənətə çox böyük xəyanət edib. Haqqında yazılsa da, yazılmasa da Füzuli ədəbiyyatda yerini almış şairdir. Cavid bu “öyüdü” ilə ədəbiyyatın gələcəyini baltalayıb, Mir Cəlalı böyük mövzuların arxasında “gizlənməyə” çağırıb.
Bu mövzuda düz yolda olan Mir Cəlaldır, Hüseyn Cavid deyil!
Azərbaycanda ona görə yeni sənət cərəyanları, yeni füzulilər, nəsimilər yaranmadı. Çünki hamı böyük görünmək üçün böyük Füzulidən yazdı. Ədəbiyyatşünaslıq Füzulini gənc şairlərin ayağına katorqa kündəsi kimi bağladı.
Kaş həmin gün Hüseyn Cavid Mir Cəlalla nərd oynamağa gəlməzdi. İndi, allah bilir, ədəbiyyatımızda nə qədər qadın Füzulilər olardı.
Share: