Çoxunun yalnız uğurlardan danışmağa üstünlük verib, həqiqəti dilə gətirməyə cürət etmədiyi bir zamanda haqsızlıqlara göz yummayan, baş verən hər bir hadisəyə olduğu kimi qiymət verən ziyalılar çox azdır.
Bu dəfə sizə həmin ziyalılardan biri- Fəlsəfə və Sosialogiya İnstitutunun elmi işçisi, publisist, ictimai xadim Yasəmən Mahmudova haqqında söhbət açmaq istəyirəm. O, ölkədə həm də Yasəmən Qaraqoyunlu kimi də tanınır…
Deyir ki:- “Sonuncu parlament seçkilərində Sumqayit 42 sayli 1- ci seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm, qalib gəlmişdim. Seçilmişdim.
Mənim səslərimi oğurlayan, saxtalaşdiran 3 nəfər var:- Məzahir Pənahov, Hicran Hüseynova, Zakir Fərəcov. Məndən üzr istəsinlər. İstefa versinlər…”
Yasəmən xanım 1971-ci ilin may ayının 17-də İrəvan Mahalının Qaraqoyunlu bölgəsinin Qaraqaya kəndində, (Ermənistan Respublikası, Krasnoselsk rayonu. Qaraqaya kəndi) dünyaya gəlib. Qaraqaya kəndində ibtidai, Çaykənd kəndində isə orta təhsilə yiyələnib. 1988-ci ildə Bakı Dövlət Universitetinə (BDU) qəbul olunaraq, 1993-cü ildə oranı müvəffəqiyyətlə başa vurub. 1988-ci ildə Ermənistanda yaşayan bütün yerli türklər vətənlərindən zorla deportasiya ediləndə Yasəmən xanım da ailəsi ilə birlikdə zorla köçürülərək Azərbaycana gəlib. 1988-ci ildən Azərbaycanda başlayan Müstəqillik Hərəkatına qoşulub və Əbülfəz Elçibəyin rəhbərliyi altında Milli Hrəkatın fəal üzvlərindən biri və Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. 1992-1993-cü illərdə Elçibəyin prezidentliyi dövründə AXC-nin ideologiya şöbəsində, eyni zamanda Azərbaycan Televiziya-Radio Şirkətinin İran bölməsində çalışıb. 1995-ci ildə Güney-Quzey Azərbaycanım birləşməsini hədəfləyən Bütöv Azərbaycan Hərəkatını quraraq ilk dəfə Bütöv Azərbaycan ideyasını açıq siyasi müstəviyə gətirib. O, Bütöv Azərbaycan işinin nəzəri prinsiplərinin və konseptual siyasi perspektivlərinin formalaşmasına böyük töhfələr verib. Bütöv Azərbaycan Hərəkatı təşkilatının lideri kimi İranda Türk Hərəkatının yüksəldilməsi, Türklük şüurunun bərpa edilməsi istiqamətində fəal rol oynayıb. 2002-ci ildə Qlobal inteqrasiya və Dialoq Mərkəzini yaradaraq, ona rəhbərlik edib. 2002-ci ildən AMEA Fəlsəfə və Sosialogiya İnstitutunda elmi işçi vəzifəsində çalışır…
…Onun həyat enerjisi çox yüksəkdir. Bütün məsələlərdə təfərrüatlı və diqqətlidir. Hər adama etibar etmir, inanmadığı insanlardan uzaq olmağı xoşlayır. Duyğularını tam şəkildə hiss etməyi sevir. Olduqca mehribandır. Tez qərar verir və qərarını qısa müddətdə həyata keçirməyə can atır. İnadkar, iradəli, əzmkardır. İş həyatında iddialı olması ilə tanınır. Məqsədinə yetişməkdə israrlıdır…
55 akademik, 100-lərlə publisistik məqaləsi işıq üzü görüb. Tədqiqatları və məqalələri Türkiyə, Fransa, Bolqarıstan və Azərbaycanda yayımlanıb. Qarabağ problemi və İrəvan türklərinin problemləri, türklərə qarşı Erməni terror təşkilatlarının, Rusiyanın və Ermənistanın həyata keçirdiyi soyqırımlar və “erməni soyqırımı” yalanları, Azərbaycan türklərinin Qərbi Azərbaycandan (Ermənistandan) güc və silahlı təhdidlə sürgün edilərək zorla qaçqın statusuna salınması, Xocalı soyqırımı barədə çoxsaylı məqalə və araşdırmaların müəllifidir. Uzun müddət televizyalarda Türk dünyası problemləri, İran haqqında çoxsaylı proqramların müəllifi olub və ekspert kimi fəaliyyət göstərib…
“Orta məktəbdə quzeyli-güneyli bütün Azərbaycan yazıçılarının əsərlərini oxuyurdum, çünki filologiya fakültəsinə hazırlaşırdım. Mirzə Cəlil, Hüseyn Cavid kimi yazarların ədəbi yaradıcılığını oxuduqca, artıq bilirdim ki, ömrümü millət davasına həsr edəcəyəm, çünki onların təsiri altında idim. Tələbə vaxtı qaçqın düşməsəydik, Xalq hərəkatı başlanmasaydı, yenə də bütöv Azərbaycan uğrunda mübarizə aparacağımı bilirdim. Millətimin nə istədiyini, kim olduğunu oxuduqlarımdan öyrənmişdim, necə deyərlər, yolumu cızmışdım. Birinci kursda ictimai-siyasi xadim Xudu Məmmədovun dəfnində iştirakımı ilk milli hərəkatım hesab edirəm. Universitetdə qurulmuş “Yurd” Birliyinə qoşuldum və sonra öyrəndim ki, birliyin gizli rəhbəri Əbülfəz Elçibəy olub. Bu birliyin məqsədi Azərbaycan milli abidələrini bərpa etmək, Xudafərin körpüsünü qorumaq, milli mədəniyyəti yaşatmaq idi. Əslində bu, mədəni-kültür hərəkatı idi, milli özünüdərk prosesi başlatmışdı. Elə birinci kursda həmin birliyə qoşuldum. 1988-ci ilin noyabr ayında Meydan hərəkatı başladı və 17 yaşlı bir yeniyetmə ilk gündən meydanda oldu. O gündən başlayaraq indiyə qədər meydandan çəkilmədim və bu yolu davam etdirdim. İstər tələbəlik illərimdə, istər jurnalist kimi çalışdığım zamanlarda, istər AMEA-da elmi fəaliyyətim dövrüdə hər zaman Türk millətinin davasını aparan bir mövqedə olmuşam. Həm elmi, həm siyasi fəaliyyətim bu amala xidmət edir.”- söyləyir.
…Məntiqli, həssas və emosionaldır. Həmçinin fədakar, istedadlı, bilikli bir şəxsdir. Çox mülayim və qayğıkeşdir, həmişə başqalarının rahatlığını özününkündən üstün tutur və öz xoşbəxtliyini başqalarına sərf etməyi bacarır. Kifayət qədər ağıllıdır və hadisələrə mühakimə yürütməyi sevmir. Mübahisələrə nifrət edir və sakit bir həyat tərzini üstün tutur. Dostlarına qarşı çox yaxşıdır. Bəzən qeyri-sabit və qərarsız ola bilir. Bəzən də hisslərindəki ani dəyişikliklər onda ətrafındakılara güvənsizlik hissi yaradır. Yaxşı dinləyici, maraqlı müsahibdir. Yarımçıq işlərlə maraqlanmır və gördüyü hər işi ən yaxşı şəkildə tamamlamağı sevir. O, düzgün işlər görür və məqsədinə nail olmaq üçün bütün gücünü əsirgəmir. Necə deyərlər, altıncı hissi çox güclüdür və həyatında qarşılaşdığı hər çətinlikdən, intuisiya ilə çıxış yolu tapmağı bacarır. Onun həyatında ən önəmli olan şeylərdən biri, öz daxili sükunətini və balansını qorumaqdır…
Bəli, çoxunun yalnız uğurlardan danışmağa üstünlük verdiyi bir zamanda haqsızlıqlara göz yummayan, baş verən hər bir hadisəyə olduğu kimi qiymət verməyi bacaran ziyalılardan biri də- Yasəmən Qaraqoyunludur. Çox kişidən cəsarətli Yasəmən xanım…
Deyir ki:- “Qarabağı alan lider bunları da yapa bilər!!!
1. Nəriman Nərimanovun heykəli sökülsün. Yerində M.Ə.Rəsulzadənin heykəli ucaldılsın.
2. Bakıda Şəhidlər Xiyabanı parkında Nuru Pasanın, Ənvər Paşanın heykəlləri dikilsin.
3. Cümhuriyyət muzeyi açılsın. Cümhuriyyət hökümətləri, xadimləri, ailələri Dövlətin sərvəti elan edilsin.
4. Parlament binası qarşısında ilk parlament başqanımız Ə.B.Topçubaşovun heykəli dikilsin.
4. Müsavatçılıq dövlətin rəsmi ideologiyası elan edilsin. Müsavat tarixinə sahib çıxılsın.
5. Anayasa deyişsin. Dövlət dili Türk dili adlansın. Millətin Türk adı bərpa olunsun.
6. “Putinin parlamenti” buraxılsın, yeni Parlament seçkiləri keçirilsin. Milli düşüncəli, milli stratejili parlament formalaşsın.
7. Yeni hökumət yaradiılsın. Putinə bağli kadrlar hökumətdən təmizlənsin.
8. Dövlət bütün sahələrdə milliləşsin, gerçək bir Türk dövlətinə çevrilsin.
9. Türkiyə- Azərbaycan konfederasiyası qurulsun.
10. TDT inteqrasiya prosesi tamamlansın.
11. Əbülfəz Elçibəyin heykəli Azadlıq Meydanında ucaldılsın. İstiqlalçı liderlər, deputatlar şərəfləndirilsin.
12. Azərbaycan sərvətləri partnomenklatura oliqarxiyasının əlindən alınsın. Dövlət partnomenklaturadan təmizlənsin. Milli gəlirlər bərabər paylaşılsın. Ədalət və hüquq bərpa edilsin.
Dövlətimiz, hökümətimiz, parlamentimiz millətimizin ideallarını gerçəkləşdirməlidir. Qarabaği Rus imperiyası işğalından azad edən hökumət millətin bütün tarixini bağrına basmalı, o tarix üzərində güclü Azərbaycanı inşa etməlidir…”
Eman Eldaroğlu
















