Habil Mirzəyev- Əzrailin çəkindiyi həkim…

Habil Mirzəyev- Əzrailin çəkindiyi həkim…
Çox həkimlər görmüşəm, çox həkimlərlə tanışlığım var, amma haqqında söhbət açdığım həkimlər az olub. Bu gün sizə daha bir həkim haqqında danışmaq istəyirəm. Çalışacağam ki, söhbətim qısa və yığcam olsun…
…Bilirsiniz ki, bu dünyada Həzrət İsadan sonra ölünü dirildən ikinci bir insan olmayıb, amma ölümü gecikdirən, adamı ölməyə qoymayan həkimlər çox olub. Haqqında danışmaq istədiyim Habil Mirzəyev də adamı ölümün pəncəsindən xilas etməyi bacaran loğmanlardandır. O, hansı xəstəni ziyarət edirsə, əlindən tutub nəbzini yoxlayırsa, Əzrail yavaş-yavaş aradan çıxır…
Bəli, Habil həkimin nəinki əlləri, qədəmləri də şəfalıdır. Olduğu yerdə ölüm öz işini təxirə salır. Elə bil, Allah ona xüsusi imtiyaz verib- Xəstəliklər onu görəndə təslim olurlar…
Nə isə, əgər mən onun insanlığından da söz açsam, gərək onda sabaha qədər dayanmadan danışım…
Martın 16-sı Habil həkimin növbəti ad günüdür. Bu dəfə 56 yaşı tamam olur. 56 rəqəmi mələklərin numerologiya sistemində dəyişikliyi, azadlığı, məsuliyyət və harmoniyanı birləşdirir. Bu rəqəm həyatda müsbət dəyişikliklərə uyğunlaşmağı, ailə və karyera arasında tarazlıq yaratmağı, həmçinin maddi məsələlərdə məsuliyyətli olmağı simvolizə edir. Bu münasibətlə Habil həkimi təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram…
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu
Share: