“Həyatına Şükran” kitabı dərc olunub

 “Həyatına Şükran” kitabı dərc olunub

Müstəqil.Az bildirir ki, tanınmış qələm adamı İlqar İsmayılzadənin yeni kitabı dərc olunub. Nəşr olunmuş yeni kitab Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, yazıçı-şair Sakit Üçtəpəlinin mərhum qızı Şükran xanım İsazadəyə həsr olunmuş bir qısa təqdimat və xatirə kitabçasıdır.

“Həyatına Şükran” adlanan kitabın nəşri Cəlilabadda fəaliyyət göstərən “Həməşəra” Mətbu Orqanına, dərci isə  “Qazi” Çap Mərkəzina aiddir.
Müəllif İlqar İsmayılzadənən kitabı barədə redaksiyaya göndərdiyi təqdimat-yazını təqdim edirik:

Bu kitab Cəlilabad ədəbi mühitinin tanınmış və dəyərli nümayəndəsi, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, ziyalı yazıçı-şair Sakit Üçtəpəlinin bu yaxınlarda itirdiyimiz əziz və sevimli qızı Şükran xanım İsazadəyə ithaf və həsr edilmiş qısa təqdimat və xatirə əsəridir. Kitab dəyərlimiz Sakit Üçtəpəli və eləcə də əzizimiz Şükran xanımın yaxınları və əzizlərinə bir növ təsəlli hədəfi ilə ərsəyə gətirilmişdir.
Bu kitab el şairi və yazıçı Sakit Üçtəpəlinin ön sözü və müəllifin müqəddiməsindən sonra aşağıda göstərilən iki fəsildə tərtib edilmişdir:
Birinci fəsil: Bioqrafik məlumat (Şükran xanım İsazadənin həyat yoluna qısa baxış);
İkinci fəsil: Bir əzizin xatirəsi (Şükran xanım İsazadənin vəfatı ilə bağlı deyilənlər və yazılanlar).
Həmin fəsildə vaxtsız dünyasını dəyişmiş əzizimiz Şükran xanım haqqında 30-a yaxın tanınmış ziyalı, pedaqoq, elm və incəsənət sahəsinin nümayəndəsi, xüsusilə də doğma elimizdən olan: Hacı Paşa Rüstəmov, Zülfi Vellidağ, Əfrahim Abbas, Şəhla Rəvan, Laləzar Əsədova, Seylan Abbas, Sevinc Şirvanlı, Aydan Nizamiqızı, Arzu Əyyarqızı, Gülbala Teymur, Ədalət Salman, Əlövsət Tahirli, Sakit Orduxanlı, Sakit İlkin (Yardımlı), İman Abdulla, Ehtiram Sevənli, Dadaş Bayramov, Adıgözəl Nuriyev, Qurban Əhməd, Azər Mirzə və s. tərəfindən qələmə alınmış başsağlığı, şeir və esse yer almışdır. Fəsilin davamında isə Şükran xanımın atası, yazıçı-şair Sakit Üçtəpəlinin əziz qızının yoxluğunda qələmə aldığı bir-birindən kədərli doqquz şeiri təqdim edilmişdir…

Sonda dəyərlimiz yazıçı-şair Sakit Üçtəpəliyə əziz qızı və əzizimiz Şükran xanımın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, Şükran xanıma ilahi rəhmət, əzizləri və yaxınlarına səbir diləyirəm!
Eyni halda indiyədək işıq üzü görmüş sayca 52-ci məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş bütün dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, işlərində davamlı uğurlar diləyirəm!
Bu arada kitabın kitabın çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzi direktoru əzizlərimiz: Yasər İsmayılov və çap mərkəzinin əməkdaşı Nurəddin Hüseynova dərin təşəkkürümü bildirirəm!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.02.2026

Share: