Gənclər və İdman Nazirliyində yaxın günlərdə yeni Şöbə müdirinin təyin edilməsi gözlənilir

Gənclər və İdman Nazirliyində yaxın günlərdə yeni Şöbə müdirinin təyin edilməsi gözlənilir

Redaksiyamıza daxil olan və adının qeyd olunmasını istəməyən, şöbə müdirinin müavini Ülviyyə Axundovaya yaxın olan mənbə tərəfindən bildirilir ki, Nazirliyin Gənclər Şöbəsinin Müdir müavini Ülviyyə Axundova yaxın günlərdə Gənclər Şöbəsinin müdiri təyin olunacaq.

Müstəqil.Az sabahinfo-ya istinadla xəbər verir ki, mənbənin qeyd etdiyinə əsasən bu məlumat Ülviyyə Axundova tərəfindən yaxın ətrafına, yəni Debatçılarla görüşü zamanı özü tərəfindən bildirilib.

Məlumat üçün qeyd edək ki, Ülviyyə Axundova Nazirliyin Gənclər Şöbəsinin Müdir müavini olmamışdan öncə NAYORA-nın sədr müavini və Debat İctimai Birliyinin sədri işləyib. Ülviyyə Axundova qardaşı İlqar Axundov ilə birlikdə YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.

Redaksiyamıza daxil olmuş məlumatla əlaqədar qarşı tərəfin mövqeyini dinləməyə və işıqlandırmağa hazırıq.

 

Share: