Gələcək nəsillərə ötürüləcək irsi təhlükə altına qoyan vandalizm

Gələcək nəsillərə ötürüləcək irsi təhlükə altına qoyan vandalizm

Bakı şəhərində tarixi binalardan birinin– Nizami Kino Mərkəzinin divarları üzərində qrafiti çəkilməsi ilk belə hallardan biri kimi hər kəsin diqqətini çəkib, mübaliğəsiz desək şoka salıb və cəmiyyətdə ciddi narahatlıq doğurub. Əlbəttə, ilk baxışda bu, sadə bir “rəsm” və ya “gənclərin şıltaqlığı, dəcəlliyi” kimi görünə bilər, ən pis halda xuliqanlıq hesab edilə bilər. Lakin məsələni daha dərindən, bir neçə prizmadan araşdıranda, təhlil edəndə ciddi nəticələr əldə etmək olar. Bu hərəkəti hüquqi, mənəvi, beynəlxaql təcrübə, mədəni, tərbivi və s. nöqteyi nəzərdən təhlil edilməsi əhəmiyytəli olardı:

1. Nizami Kino Mərkəzi (keçmiş “Nizami” kino-teatrı) Bakının ən məşhur və tarixi-memarlıq abidəsi kimi tanınan tikililərdən biridir. Həm mədəniyyət obyekti, həm də memarlıq abidəsi kimi dəyərə malik olan, memarlıq üslubu klassik elementlərlə zəngin olan bina sovet dövründə, 1940-cı illərdə tikilib, və hal-hazırda Azərbaycanın mədəni irs obyektlərindən biri kimi qorunur !

   Bu cür tarixi binalar, mənəiyyət obyektləri, sadəcə daş və divardan ibarət deyil. Onlar xalqımızın tarixini, memarlığını və mədəni kimliyini özündə daşıyır. Nizami Kino Mərkəzi yalnız bir bina deyil, həm də ölkənin mədəni yaddaşının bir hissəsidir. Bu mədəniyyət abidəsinin divarları üzərində icazəsiz qrafiti çəkilməsi binanın fiziki və mənəvi zədələnməsi, onun tarixi dəyərini azaltmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək irsi də təhlükə altına qoyan vandalizmdir.

2. Bu hüququ baxımından da, ölkə qanunverciliyinintələblərinə zidd olan, məsulliyyət yaradan ciddi bir qanun pozuntusudur. Tarixi abidələr sadəcə bina deyil — onlar dövlət tərəfindən qorunan irsdir. Azərbaycan qanunvericiliyi də bu məsələyə ciddi yanaşır. Yəni, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində ölkə vətəndaşların əsas vəzifələrindən biri kimi, açıq və dəqiq qeyd olunur ki, “tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.”Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və 28 maddələri də bu barədə konkret tələblər qoyur,Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və digər normativ aktlara əsasən, tarixi abidələrin zədələnməsi hüquqi məsuliyyət yaradır, tarixi və mədəni əhəmiyyətli binaların zədələnməsi cinayət hesab olunur

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.
Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.  
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

 Onu qeyd etmək lazımdır ki, Azərbaycan qanunverciliyində qrafiti “əmlaka zərər vurmaq” və ya “vandalizm” kateqoriyasına aid edilir.

 Bəri başdan, bəzi ağzıgöyçəklərin mümkün iradlarına, ittihamlarına, cavab olaraq xüsusi ilə olaraq vurğulamaq lazımdır ki, divar qrafitisi (icazəsiz yazı və rəsmlər) bir çox ölkələrdə qanun pozuntusu sayılır və buna görə müxtəlif cəza tədbirləri tətbiq olunur. Bu, xüsusilə tarixi abidələrdə və ictimai mülkiyyətdə edilərsə, daha ciddi yanaşılır. Belə ki, Türkiyədə ictimai əmlaka zərər vermək kimi qiymətləndirilir, cərimə və ya həbs cəzası nəzərdə tutulub, Almaniyada qrafiti “əmlaka zərər” hesab edilir, böyük cərimələr və hətta həbs cəzası nəzərdə tutulub, ABŞ-daştatdan asılı olaraq dəyiş də, ümumiyyətlə qadağan edilib, bəzi ştatlarda, xüsusilə də New Yorkda ciddi cinayət sayılır Böyük Britaniyada, xüsusilə Londonda anti-sosial davranış hesab edilir, cərimə, ictimai işlər və bəzən həbslə cəzalandırlır. Bu məsələyə ən ciddi yanaşan və dünyada ən sərt qanunlardan biri malik ölkə isə Sinqapurdur. Burada icasəsiz qraffitə görə cərimə, həbshətta qamçı cəzası tətbiq oluna bilər.

3. Gənclərin tərbiyəsi və müəyyən vərdişlərin aşılanması baxımından da bəzi məqamlara diqqəti cəlb etmək vacibdir. Maraqlıdır, görəsən bəzi gənclər niyə Qərbdən Avropadan müsbət, qabaqcıl, proqressiv dəyərləri, vərdişləri deyil, mənfi, cəmiyyətə, mənəviyyata, əxlaqa, mədəniyyətimizə və s. zidd olan, gənc nəslin tərbiyyəsinə xələl gətirən əməlləri əxz eləməyə, onu yaymağa meyllidirlərr?

 Mütəxəssislər bunu bir neçə amillərlə – “asan və bəsid” olanın tez yayılması, sosial media (TikTok, Instagram s.kimi platformaların) təsiri, təhsil və maarifləndirmədə mümkün boşluqların olmasında (bəzi ölkələrdə vətəndaş məsuliyyəti, ictimai mülkiyyətə hörmət erkən yaşdan,öyrədilir), insan psixologiyası və s.ilə izah edirlər

 Axı Qərbdə, o cümlədən Avropada insanın, xüsusilə də gənclərin fərdi inkişafına, daha geniş mənada isə cəmiyyətimizin inkişafına müsbət edə biləcək çox əhəmiyyətli, mütərəqqi fəaliyyət növləri, faydalı olan  “görünməyən vərdişlər” var. Sirr deyil ki, bir çoxlarımızın müsbət nümunə kimi göstərdiyimiz, bəzilərimizin isə pərəstiş etdiyimiz, hətta yamsılmağa çalışdığımız, Qərbin, Avropanın gücü, nə yalnız, müasir texnologiyalarda, nə möhtəşəm binalarda,bahalı geyimlərdə, avtomobillərdə,  reklamlarda və s. deyil, məhz bu gündəlik vərdişlərdə və sistemdədir.  

 Məhz bu vərdişləri- dəqiqlik, özünün və başqalarının vaxtına hörmət, ictimai mühitə hörmət, qanuna əməl etmə mədəniyyəti, mədəni korrekt davranış, ünsiyyətqurma bacarığı, özünü inkişaf etdirmə vərdişi, şəxsi məsuliyyət hissi və s. əxz edib, təbliğ etmək, onun yayılmasında iştirak etmək daha faydalı olardı.

Nəticə olaraq: qrafiti bir sıra ölkələrdə düzgün istiqamətləndirildikdə incəsənət forması kimi qəbul edilsə də, lakin onun və ümumilikdə icazəsiz yazı, rəsmlərin (vandalizmin) həm fiziki, həm mədəni, həm də sosial səviyyədə bir çox mənfi təsirləri olduğu birmənalıdır. Belə ki, tarixi və memarlıq dəyərinə zərər vurur, orijinal görünüş pozulur, estetik, mədəni irsə və şəhər mühitinə mənfi təsiredir. Şəhərin görkəmi pozulur, turizm potensialına ziyan vurur, sosial və mədəni mənada cəmiyyətə “qayda pozuntusu normaldır” mesajı verir, başqaları üçün nümunə yarada bilər, gənclərin davranışına və gələcək nəsillərə təsir edir, onlar arasında məsuliyyətsiz davranış nümunəsi yaradır, hüquqi və iqtisadi təsirlərə malik ola bilər.

 Ümumiyyətlə, tarixi və mədəniyyət abidələri üzərində icazəsiz, xüsusilə də eybəcər, söyüş təhqir, şərəf və ləyaqətin alçaltmaq məqsədli və əxlaqsızlığın təbliği məqsədi ilə istifadəsi vandalizm kimi qiymətləndirilməli və ictimai qınaq olmalıdır, qanunuun sərti qaydaları tədbiqedilməlidir. Eyni zamanda problemin həlli üçün yalnız cəza tədbirləri kifayət deyil, gənclər arasında maarifləndirmə işlərinin aparılması, istedadlı gənclərin həvəsləndirilməsi, onların incəsənətə yönəldilməsi, yaradıcılığı stimullaşdırılması s. daha effektiv nəticə verə bilər. Bu, həm də şəhərin tarixi simasının qorunmasına kömək edər.

 Hər bir vətəndaş, ələxüsus da gənclər, tariximizə, mədəniyyətimizə, abidələrimizə, adət-ənənlərimizə, mədəni irsimizin mənəvi dəyərlərimizin qorunmasına, məsuliyyətlə yanaşmalı və paytaxtımıza – doğma Bakımıza diqqətlə yanaşmalı hörmət etməlidir.

Əhməd N. Abbasbəyli,

siyasi şərhçi

Share: