Güvəndiyim dağa da qar ələnər bir yığın, Üşüyər səhralarda bağrımın heybələri- Banu MƏHƏRRƏM

Güvəndiyim dağa da qar ələnər bir yığın, Üşüyər səhralarda bağrımın heybələri- Banu MƏHƏRRƏM

Dağların yamacını parçalayar ildırım

Təsəlli söhbətlərin ürəyimin dincidir,
Göz yaşıma islanar quru su gölmələri.
Qübar cəhənnəm odu- ürəyimi incidir
doldurarkən dumanlar ağlımda xeymələri.
.
Dağların yamacını parçalayar ildırım
Yağışlar burulduqca təmizlənər qaldırım.
Güvəndiyim dağa da qar ələnər bir yığın,
Üşüyər səhralarda bağrımın heybələri.
.
Qınanılsa da ölüm dəli bir eşq uğruna,
Səhvlərim heçnə etməz,gözüdönmüş doğruma.
Bir reseptlik əlacdır- hüzur verib ağrına
dodağına pıçıldar ruhumun geymələri.

“Ölsə də bağışlamaram”

dediklərimizə həsr etdim.

Sabahlar da meyvə kimi,çürükdür.
Bəlli olmaz nə çıxacaq içindən.
“Gün sayaram, payız gələr”-deyincə
Görərsən ki, qaydıram biçindən.
.
Səhv addımlar elə-belə atılmır.
Yanlış nədir,günah nədir öyrədim?!
Bir baharlıq döngələri gəz yenə,
Bu şaxtada gözlərini göynədim!
.
Baxacaqsan qarda donmaq üzrəsən.
Görəcəksən yuxun gəlir-şirindir.
“Pis adama heçnə olmaz” deyirlər.
Gözlərimdə hər gün ölmək -işindir.
.
Demək- mənim zəifimmiş inanmaq
Zəiflərim xırda-xırda tükəndi.
İç ışığım yanmır bağışlamaqdan.
Bağışlanmaq ölənlərə kəfəndi.

İndi hər şey gözümdə…

Söylədiyin nağıllarda qala bilməyib
qaçdım önümə çıxan pəncərə dəliklərindən.
Sığmadım şeirlərinin misralarına.
Sonra yelləndi ürəyimin yelpikləri.
Gövdəsinə adımı qazıdığım ağaclara
budaq olmayacaq neçə yolçu ötürdüm gözlərimdən.
Yağış pıçıltısında navalçalara səndən danışdım-
qovruldu ürəyimin ağrısı çay süfrəsində.
Acı dad buraxdı damağımda o çayın qurtumu.
Deyirlər ağrının çoxu məqbul,
bağrımın oxu qəbuldur-Ağrıdım!
Dəmləndim gözünün rəngində.
İndi hər şey gözümdə qırmızı-
Üzümdən axan su da..
İçimdən uçan qu da.
****
Qara sellofan gətir,topla arzularımı.
Yığ içinə,apar at,qaç gəl,kimsə görməsin.
Sonra otur yanımda;göstərim necə olur
atəş ilə oynamaq – sənə asan gəlməsin.
.
Sənə yerlər deyim ki,yer adları biləsən.
Qucaqlayım.İçindən uçanları görəsən.
Bilmədiyin hal ola,haldan-hala girəsən.
Nur içində uçasan,amma ruhun ölməsin.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Qayıtdığım yolları bircə dəfə sən dolan,
Dönə bilsən qayıt gəl,arzular olsun yalan.
Atəşin içindəki ayaza möhtac olan
adama qış olasan,alovun da sönməsin.
.
Qırılıb göylərdəki buludlara dönmüşəm.
İçimdəki dünyamla ürəyimə gönmüşəm.
Səni qəlbimdən sonra gözümə də gömmüşəm.
Yalanım varsa de ki,o gözlərin gülməsin.
Share: