Gimnastımızdan bürünc medal

Gimnastımızdan bürünc medal

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya kubokunda bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, o, qadınlar arasında fərdi yarışda 52.910 göstərici ilə 3-cü olub. Braziliyadan Kamilla Qomes (54.860) 1-ci , Fransadan Lea Labrusse (53.970) 2-ci yerə çıxıb.

Qeyd edək ki, 20 yaşlı idmançımız  2022-ci ildə Bakıda keçirilən Dünya kubokunda gümüş medal qazanıb.


Share: