Gecə ağlamağın yaxşıdır, çiçək! Vasif SÜLEYMAN 20 yanvar şəhidlərimiz haqda paylaşım etdi

Gecə ağlamağın yaxşıdır, çiçək! Vasif SÜLEYMAN 20 yanvar şəhidlərimiz haqda paylaşım etdi

Bir ömürlük sayğı duruşundayıq, VƏTƏN ŞƏHİDLƏRİ!

Tanınmış şair Vasif Süleyman özünün feysbuk sosial səhifəsindəki divarında 36 il baş verən faciəmiz haqda status yazıb.
Müstəqil.Az şairin haqqında bəhs etdiyimiz yazısını təqdim edir:
… 36 il əvvəl də beləcə idi: Hava soyuq, ürəklər təpərli, Vətən eşqi hər şeydən ucada…
Bir abidə və bunu deyən yazı "キ © Trend TrendNewsAgency News Agency" şəkili ola bilər
Bir qədim inanca görə şəhid məzarlarına keşik çəkən qərənfillər gecələr ağlayırlar.
İnsanların gündüz məzar başında ağlamasını çiçəklər, çiçəklərin gecə ağlamasını şəhidlərin ruhları eşidir:
Gecə ağlamağın yaxşıdır, çiçək,
Ağla, bu gecədə nə var… Eşidir.
Ellər ağlayanda şahidi sənsən,
Sənin də səsini ruhlar eşidir.
Amma sabah ağlamayacağıq. 36 il əvvəl Vətən azadlığı, süverenliyi uğrunda canından keçən şəhidlərinin ruhu qarşısında saat 12:00-da 1 dəqiqəlik ağayana sükutla dayanacağıq. Bu ağayanalıq haqqını bizə VƏTƏN ŞƏHİDLƏRİ verdilər.
Başını dik tut, şəhid anası! Biz sizin övladların qəhrəmanlığı, ruhu qarşısında bir ömür farağat komandası ilə sayğı duruşunda dayanacağıq!
Allah cəmi-şəhidlərə rəhmət eləsin!
QARABAĞ AZƏRBAYCANDIR!
Share: