Tural Əsədli MMA (Mixed Martial Arts- Qarışıq Döyüş Sənətləri) üzrə keçirilən Respublika çempionatında uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb.
Müstəqil.Az xəbər verir ki, yeniyetmə idmançı 25 kq çəki dərəcəsində yarışaraq yüksək fiziki hazırlıq və böyük əzmkarlıq nümayiş etdirib.

Çempionat çərçivəsində 11 idmançı arasında keçirilən mübarizədə Tural Əsədli 4 görüşün hamısında qələbə qazanaraq turnirin qalibi olub. Bu nəticə ilə o, MMA üzrə ikiqat Respublika birincisi adına layiq görülüb.

Qeyd edək ki, Tural Seyran oğlu Əsədli 8 fevral 2017-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Bakı şəhərində yerləşən 180 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdidir.
Gənc idmançı əslən Yardımlı rayonunun Bilnə kəndindəndir və Şakir Əsədovun nəvəsidir. Qararadağ rayonunun Qızıldaş qəsəbəsində yaşayır.
Müstəqil.Az




















