Müstəqil.Az-ın “Dənizçilərə Sosisial Dəstək” İctimaii birliyinə istinadla verdiyi xəbərə görə bu gün Dəniz və Liman Agentliyinin 03.02.2026-cı il və 05.02.2026-cı il tarixlərində keçirilmiş sertifikat (diplom) imtahanı zamanı ilk dəfə olaraq dənizçilik sahəsində gender bərabərliyinin və peşəkar inkişafın bariz nümunəsi müşahidə olunub.
Belə ki, 2024-cü ilin dekabr ayında AXDG QSC DND-nın “Prezident Heydər Əliyev” tankerində matorçu kimi əmək fəaliyyətinə başlayan ADDA məzunu İradə Astanova imtahan zamanı yüksək bal toplayaraq növbə mexaniki kimi heyətin komandir heyyətində işləmək hüququ qazanıb.
Bu haqda Dövlət Dəniz və Liman Agentliyinin Gəmi heyəti departamentinin direktoru Səid Orucovun özünün sosial şəbəkədəki divarında imtahanın statistikası haqda paylaşımda da xüsusi olaraq qeyd edib:”
“Xüsusi olaraq sevindirici və qürurverici bir məqamı da diqqətinizə çatdırmaq istərdim. İmtahan iştirakçıları arasında xanım namizədlərin olması və onlardan birinin mexanik ixtisası üzrə uğurla nəticə əldə edərək komandir heyətində yer alması ölkəmizdə dənizçilik sahəsində gender bərabərliyinin və peşəkar inkişafın bariz nümunəsidir. Bu mühüm nailiyyət ilk dəfə olaraq mexanik vəzifəsində komandir heyətinə daxil olan xanım dənizçi kimi tarixə düşür.”, deyən departamentinin direktoru əlavə edib:
“Bu münasibətlə İradə Astanovanı xüsusi olaraq təbrik edir, ona gələcək xidmət yolunda möhkəm iradə, davamlı uğurlar və təhlükəsiz səfərlər arzulayıram. Onun əldə etdiyi bu nailiyyətin digər xanımlar üçün də ilham mənbəyi olacağına inanır, dənizçilik sahəsində yeni uğurlara yol açacağını ümid edirəm.”
Müstəqil.Az





















