FİLMİN SONU – Damət Salmanoğlunun yeni hekayəsi

FİLMİN SONU – Damət Salmanoğlunun yeni hekayəsi

Teleseriallarda çəkilən bəzi epizodların həyatdan götürüldüyünü bilirdim, ancaq belə bir hadisənin şahidi olacağımı heç düşünməmişdim.

Sakit və Səmanın ailəsində oğlunin başına gələn bu filim kimi hadisə demək olar ki, gözlərimin qarşısında baş verib.
Aqşin uşaq vaxtından qaradinməz, sakit oğlan olub. Dindirsən dinərdi, dindirməsən dinməzdi.
Aqşin böyüyüb boya-başa çatdıqdan sonra valideynləri onu evləndirmək fikrinə düşürlər. El adətinə uyğun olaraq qohum-qonşudan oğullarına uyğun, yəni sakit təbiyyətli, ailəcanlı, halal süd əmmiş gəlin soraqlayırlar. Axır ki, uzaq qohumlarının qızı Xumarı bəyənib Aqşini subaylıq taxtından endirirlər. Xumar ilk gündən qayınanasının, qayınatasının qəlbini fəth etməyi bacarır. Ata, ana sözü dilindən düşmür.
Hər söz başı, “ay Səma ana, bunu necə edim? Ay Sakit ata, çay süzümmü?” Bax beləcə, iki ay keçir. İki aydan sonra Xumarın qəlbindəki xumarlanıb mürgüləyən şeytan xisləti oyanır. Hər şeyə dodağını büzür, üzünü turşudur. Birinci gəlin olduğina görə heç kim xətrinə dəymir.
Aqşin yenə əvvəlki kimi qaradinməz, susqun olanları izləyir. Altı ay keçməsinə baxmayaraq Sakit və Səma nəvə sevinci ilə müjdələnmirlər.
Səma dəfələrlə:- bala, gəl səni aparım həkimə yoxlasınlar. Bəlkə, soyuqlaman var.
Bir seans müalicə yazsınlar, sən də bizi nəvə sevinci ilə müjdələ.
Amma Xumar təkidlə:-
Mən sağlamam, tezliklə ana da olacam, – deyir.
Bir müddət keçir, nəhayət, gəlin qayınanasına gözlədiyi müjdəni verir:
– Ana, muştuluğumu ver, nənə olursan.
Səma elə sevinir ki, nəvəsi dünyaya gəldiyi günə qurban deyir.
Aylar ötdükcə Xumarın hamiləliyi daha da biruzə verməyə başlayır. Səkkizinci ayın yoxlanışından sonra Səmaya “əkiz nəvən olacaq, ay ana” deyir. Ailədə hər kəs günləri sayır və bir-birindən maraqlı, əyləncəli xəyallar qururlar. Nəhayət, doqquz ay tamam olur. Lakin Səmanın “əkiz nəvələri” yollarını sıldırımlı aşırımlardan saldığı üçün dünya mənzilinə yetişmirlər ki, yetişmirlər. Qonşular arasında da pıçıltılar, bəzəmələr artır. Kimisi Xumarı camış adlandırıb “hələ 11 ayına var”, – deyib gülür, kimisi də, “əşi, gəlib neyniyəcəklər ey, isti yerlərini soyuq etmirlər də”, – deyib istehza ilə dodaq büzürlər. Və bir gün səhər ailə üzvləri oyananda masanın üzərində bir məktub görürlər.
“Mənim övlad sahibi olmağımı istəmirdim. Çünki mənim karyeram, gələcək səhnə uğurlarım var. Aqşinlə ailə qurmağımın yeganə səbəbi özümü hind serialındakı gəlin obrazının yerində görmək idi. Və bilirdim ki, mən, o, aktrisadan daha inandırıcı oynayaram bu hamiləlik rolunu. Oynadım və filmin sonunu hər birimiz maraqla izlədik. İndi rahatlıqla sənətlərimi İncəsənət Universitetinin aktyorluk fakultəsinə verə bilərəm.”

08.03 2025

Share: