Filippində göyərtəsində 350 nəfər olan bərə batıb, ölənlər var

Filippində göyərtəsində 350 nəfər olan bərə batıb, ölənlər var

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin “Seanews.az” -a istinad edərək Müstəqil.Az-a verdiyi xəbərə görə, bərə Zambaonqa şəhərindən Colo adasına gedərkən batıb.

Xilasetmə əməliyyatının gedişində 215 nəfər sağ tapılıb, 13 nəfərin meyiti sudan çıxarılıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

İlkin ehtimala görə, bərə texniki problem səbəbindən batıb.

Share: