Filippinin cənubunda? Basilan əyalətindəki Baluk adası yaxınlığında göyərtəsində təxminən 332 sərnişin və 27 heyət üzvü olan “Trisha Kerstin 3″ bərəsi batıb.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin “Seanews.az” -a istinad edərək Müstəqil.Az-a verdiyi xəbərə görə, bərə Zambaonqa şəhərindən Colo adasına gedərkən batıb.
Xilasetmə əməliyyatının gedişində 215 nəfər sağ tapılıb, 13 nəfərin meyiti sudan çıxarılıb.
Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
İlkin ehtimala görə, bərə texniki problem səbəbindən batıb.





















