Fazil Məmmədov və Mikayıl Cabbarovun Vergilər Nazirliyi: Köhnə hamam, köhnə tas…

 Müstəqil.Az-n Azərbaycan Respublikası Vergilər Nazirliyinin  Lənkəranda yerləşən, Cənub bölgəsini əhatə edən 6 saylı ƏVİ-i haqda araşdırmaları davam edir.

Ötən yazılarda xatırlatdığımız kimi,(http://www.mustaqil.az/2018/06/04/mikayil-cabbarov-fazil-məmmədovun-is-prinsipini-təkrarlayir-arasdirma/ http://www.mustaqil.az/2018/05/28/sabibkarlar-bu-dəfə-nazirə-etiraz-etdilər-susmayin/,http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir http://www.mustaqil.az/2018/05/20/mikayil-cabbarov-umidimizi-dogrultmur-sahibkarlar-od-puskurdu)  haqqında bəhs etdiyimiz vergi idarəsində baş verən hadisələr əslində, böyük bir mafiyanın planlı şəkildə həyata keçirdiyi aksiyadır, desək yanılmarıq.

Mikayıl Cabbarovun idarəçilik fəaliyyəti

Zaman keçdikcə redaksiyamıza tükürpədici faktlar daxil olmaqda davam edir. Bizimlə əlaqə saxlayan iş adamları və idarənin əməkdaşlarının gəldiyi qənaət budur ki, təkcə 6 saylı ƏVİ deyil,  ümumiyyətlə respublikanın vergi sistemi belə qurulub. Əgər bu mühüm dövlət strukturunda  əsaslı dəyişiklik aparılmasa yaxşılığa doğru nəyəsə nail olmaq mümkün olmayacaq. Bunun səbəblərindən biri  də odur ki, ölkə başçısına ötürülən məlumatlar ya gedib ünvanına çatmır, ya da gizli və həris qüvvələr yazılanların, deyilənlərin yalan olduğunu prezidentə inandırmağa çalışırlar.

Redaksiyamıza ünvanlanan şikayət məktublarında o da məlun olir ki, zərər çəkmiş sahibkarların, haqsız hücum və təzyiqlərə məruz qalan vergi müfəttişlərin ümüdlərinin hələ ölməyib. Vergi idarəsinin səlahiyyət sahibi olan əməkdaşlarının acgözlüyündən bəhs olunan müraciətlərin birində deyildiyi kimi: “Bu çox çəkməz. Yaxın tariximizdə qudurğan nazirlərin işdən uaqlaşdırılması, onların dövlətə vurduqları zərbənin nə qədər olmasının şahidi olduq. Düzdür, bəzən onların yerinə gətirilən qüvvələr Prezidentin və xalqın ümüdünü doğrultmur, lakin görüntü odur ki, bütün bunlar korrupsiyanın kökünün kəsilməsi istiqamətində görülən işlərdir. Məsələn, keçmiş vergilər naziri Fazil Məmmədovun, keçmiş təhsil naziri ilə əvəzlənməsi biz vergi işçilərini sevindirsə də, zaman keçdikcə bu təyinat bizi məyus etmədədir. Fazil Məmmədov nə qədər rüşvətə və harınlşmağa meyilli olsa da, nazirlikdə sözünün sahibi idi,  hökmü var idi, görülən bütün əyri işlərə birbaşa nəzarət edirdi.

Mikayıl Cabbarovun isə idarəçilik fəaliyyəti yox dərəcəsindədir. Yerlərdə, eləcə də nazirliyin özündə belə onu ciddi kadr kimi qəbul etmirlər. Əks halda bu boyda özbaşınalığa barmaq silkələyərdi”, deyilir müraciətdə.
Müstəqil.Az-ın daimi və israrlı mənbəsi, eləcə də digər  şikayətçilər və haqsız təzyiqə məruz qalan sahibkarlar həm də  ondan gileylidirlər ki, bütün bu neqativ hallara dövlət rəhbərliyi tərəfindən reaksiya çox gec baş verir: “Hər şey vaxtında olsaydı, necə də gözəl olardı…”

Qanunazidd hərəkətlər…

Ötən yazılarımızda Müstəqil.Az-a ünvanlanan məktublarda,  “Vergilər Nazirliyinin yerlərdə fəaliyyət göstərən strukturlarının acınacaqlı, qanunazidd hərəkətləri ölkənin iqtisadi cəhətdən inkişafına mənfi təsir etməsi göz önündədir”, – yazıldığını qeyd etmişdik. Bu dəfə də olunan şikayətlərdə əsas hədəf qanunazidd hərəkətlərin aşkarlanması və ictimaiyyətin nəzərinə çatdırılmasıdır:

“Əlaqədar təşkilatların başı nəyə qarışıbsa, qoy elə qarışıq qalsın, axır ki, vaxt çatacaq, bizi və milyonlarla insanı, bütünlüklə ölkəni narahat edən bu məsələlərə də diqqət yetiriləcək, ələnib ələkdən keçiriləcək”, deyilir ünvanımıza göndərilən elektron şikayət ərizələrində…

Yoxlama başlayacaq…

İndi isə 6 Saylı ƏVİ-də baş verən və bu hadisələrə rəvac verən insanların əməllərinə bir daha nəzər yetirək. Bu günlərdə redaksiyamızın qonağı olan mənbə bildirir:

“Vergilər nazirliyi sistemində  hər bir vergi əməkdaşına  daimi, işlə ələqədar istifadə etmək üçün   050-254 rəqəmləri ilə başlayan  mobil telefon nömrələr verilmiş və onların adına qeydiyyta salınmışdır. 6 saylı Ərzai Vergilər İdarəsi də Vergilər Nazirliyinin  strukturu olduğundan  o idarənin əməkdaşlarında da həmən nömrələr var. Lakin  İdarənin rəsi müavini Namiq Bağırov, rəis müavini əvəzləyicisi Eldəniz Kərəmov  başda olmaqla idarənin bütün əməkdaşları həmən nömrələrlə paralel olaraq  Vergilər Nazirliyində qeydiyyatdan keçməyən  mobil nömrələrdən istifadə edirlər.

Şöbə rəhbərləri Seyran Vəliyev və Valeh Əliyev, bölmə rəhbərləri Nazim Tağıyev, Bəhruz Heydərov  və Regional Gəlirlər Şöbəsi ilə kiçik sahibkarlarla iş şöbəsinin (hansıki bu şöbələrin bhirinin rəhbəri Seyran Vəliyev, digərinin rəhbəri Valeh Əliyevdir) əməkdaşları Vergilər Nazirliyində qeydiyytda olmayan  mobil telefonlarla  ödəyicilərə zəng vurub yoxlama başlayacaq adı ilə onlardan  pul tələb edirlər. Onların hədə qorxularından çəkinib, tələblərinə  tabe olub pul verən iş adamları üçün yoxlama acılmır. Kim ki, bunların qanunsuz tələblərinə məhəl qoymur,  onlara yoxlama açılır və həmin ödəyicilərin işləri daha çətinə düşür. 6 saylı ƏVİ-də açılan bütün yoxlamalar xüsusi baxışlara, şəxsi münasibətlərdə olunan anaşmamalara  görə açılır. Məsələn, Seyran Vəliyev hər hansı  xırda məsləyə görə , deyək ki, Vergi ödəyicisi hardasa onu görüb salam verməyib,   onlarla səyyar vergi yoxlaması  açdırıb, düzdür bub yoxlamaların coxu da heç bir nəticə verməyib, oistədiyinə çata bilməyib, lakin özbaşınalıq və səlahiyyətlərdən sui-istifadə göz önündədir. Bütün bunlar və bu xislətlilər 6 saylı ƏVİ-nin baş ağrısı olmaqdan başqa bir şey deyil. Əsasda idarənin rəhbəri Ədalət Fərəcov və onun həmyerlisi, dostu və qara-qura işlərinə nəzarət edən Bəhruz Heydərovun, Namiq Bağırovun, Nazim Tağıyevin, Valeh Əliyevin əməlləri.”

Haşiyə: Bu arada redaksiyamıza daxil olunan şikayətçilər arasında Lənkəran rayon Girdəli kəndindən olan, kənddə ticarət obyekti olan iş adamının telefon zəngindən məlum olur ki, Akula ləqəbi ilə Vergilər sistemində ad qazanmış Namiq Bağırovla həmkəndlidir və onun iş adamlarınən başına gətirdiyi oyunları sadalamaqla bitməz. Şikayətçi onu da qeyd edir ki, Namiq Bağırovun özünün maraqları daxilində olan obyektlərin büdcəyə ödəmələri gündəlik dövriyyələrinin heç 1 faizi də etmir.

Elə Nazim Tağıyev haqqında da həmkəndliləri xoş söz demir. Masallının Ərkivan kəndindən olan bu vergi mütəxəssisi qaynatası, rayonda xususi hörmətə və vəzifəyə -Rayon İcra hakimiyyətində baş memar və arxitektura sobəsinin rəisi olan  Mikayıl Abbasova güvəndiyini də deyirlər. Lakin araşdırmalarımız və bizə olunan müraciətlərdən məlum olur ki, Nazim Tağıyev bəzən qaynatasının da tövsiyyələrinə qulaq asmır.

 

Əli Babayev isə müqəddəs Ramazan ayı kimi “pakdır”..

Mənbə , mobil telefonlardan danışan zaman bir məsələyə də toxunmaq lazımdır, deyir: “Babayev Əli Elşad oğlunun    atasının,    Yəni Babayev Elşadın istifadəsində olan mobil telefon nömrəsi  yüzə yaxın vergi ödəyicisinin baza məlumatında var. Vergi orqanı həmən ödəyicilərə nə zəng edə bilir, nə də mesaj göndərə bilir. Telefona təbii ki,  Elşad  Babayev cavab verir, sonra da  ödəyicini aldadıb ondan cərimə adı ilə pullar alır”.

Mənbə ironiyasından da qalmır: “Əli Babayev isə müqəddəs Ramazan ayı kimi həmişə pak qalır. Hacılar pak olmalıdır axı. Əli Babayev şeytana daş atıb, and içib axı. Əli Babayev  bəlkə elə  əməllərinə görə atası Elşad Babayevə daş ataydı?  Bu doğurdan da belə ollsaydı  Masallı rayonunda neçə -neçə mebel sexlərinin, neçə- neçə tirlərin vergiləri dövlət büdcəsindən yayınıb, Elşad Babayevin evinə getməzdi.

 

“Samozvanç” Rauf İsgəndərov…

 

Bakı –Astara şosesi, Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində yerləşən, ərzaq, spirtli içkilərin və aksizsiz tütün məmulatlarının  topdan satışı ilə məşğul olan Bayramov Elman Çapı oğlu gündəlik dövriyyəsi  500-600 manat  olmasına  baxmayaraq  ayda 20 manat vergi ödəyirdi. 2017-ci ilin avqust ayında  onda xronometraj qaydada yoxlama keçirilmiş. aylıq vergisi 180 manat təyin olunmuşdur. Yoxlama zamanaı sənədsiz mal qalığına görə 800 manat büdcəyə ödəniş etmişdir. Bir az sonra Elman ödənişi azLtmışdır. Onun ödənişinin azaldılmasına səbəb yaxın qohumu olan İsgəndərov Rauf Həsənəli oğludur. Rauf İsgəndərov 6 saylı ƏVİ də xidmət bölməsinin  rəisi olmasına baxmayaraq, özünü idarənin Cəlilabad  rayon Vergilər  şöbəsinin, (hansı ki belə bir şöbə yoxdur, o bir “samozvanç”) rəisi ikimi aparır. Raufun himayə etdiyi gündəlik dövriyyələri 300-3000 manat olan 15 qədər mağazalar var ki, hər biri ayda 20-50 manat vergi ödəyir.

Bundan əvvəlki materiallarda deyildiyi kimi  Rauf İsgəndərov sanki karqo xidməti ilə məşqul olur. O xaricdən mal idxal edən ödəyicilərdən  faiz alır. Raufa  faiz  verməyən ödəyicilərlə  səyyar vergi yoxlaması  keçirən əməkdaşlar məşqul olur, Akula və Seyran Vəliyevin tapşırıqları ilə. Rauf aldığı faizdən Akula və Seyrana fazi verir axı. Faizdən-faiz, bu da 6 saylı ƏVİ-nin tapıntısıdır, – deyir mənbə.

“Vallah Gennes müəllimin bunlardan xəbəri yoxdur, heç  Nobel mükafat fondunun rəhbərliyinin də bunlardan, bub tapıntıdan xəbəri yoxdur.Yoxsa  rekordlar kitabına salardılar, Nobel mükafatı verərdilər, bu tapıntıya.Heç olmasa Oskardan zaddan bir şey verərdilər.Yaxşı rol oynayırlar axı. O qədər  ciddi rol oynayırlar ki,Vergilər Naziri cənab Mikayıl Cabbarov da  hələ ki bunlara inanır …”

Ötgün
P.S Müstəqil.Az-a daxil olan şikayətlərin araşdırması davam edir. Redaksiya olaraq əks tərəfində mövqeyini dinləyib, yayınlamağa hazırıq

 

 

Share: