Fahişiləyə çağırış edənlər 500 AZN cərimələnəcək – Prezident təsdiqlədi

Fahişiləyə çağırış edənlər 500 AZN cərimələnəcək – Prezident təsdiqlədi

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək.

Müstəqil.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə tətbiq ediləcək.

Müstəqil.Az

Share: